Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1226/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 ölüm faktının qeydə alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 ilə xx xxxx 1988-cİ ildə nikaha daxil olmuşlar. Mərhum həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkmiş və davamlı stasionar müalicə almışdır. Stasionar müalicədən sonra evə buraxılmış və xx xxxxx 2019cu ildə Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48 ünvanında vəfat etmişdir. Ölüm faktı BŞT və TTYS-nın 5 saylı bölməsi tərəfindən həmin tarixdə Ölüm haqqında Xəbərdarlıq vəsiqəsi tərtib olunmuşdur. Ölüm haqqında Şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəsinə xx.xx.2020-ci il tarixli, 05/Ql565/75 saylı cavab məktubu ilə ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunması göstərilmişdir. Qeydiyyat Şöbəsi xx xxxxx 2019-cu il tarixində BŞT və TTYS-nın 5 saylı bölməsi tərəfindən tərtib olunmuş ölüm haqqında Xəbərdarlıq vəsiqəsi tibbi sənəd kimi qəbul etmir. Buna görə də hüquqi əhmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb, məhkəmədən kömək istəyir. Qeyd olunanlara əsasən mərhum həyat yoldaşı X2 ölüm faktının qeydə alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü i! tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Abşeron rayonu Altıağac kənd soveti tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 224191 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X6 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eldarov, arvada Eldarova soyadı verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfəindən verilmiş xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X1 qəbirstanlığında xx.xx.2019-cu il tarixində dəfn olunub. Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə X2 adına çağırış verilmişdir. Həkim qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 xx.xx.1965-ci ildə doğulduğu, xx.xx.2019-cu ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, mərhum X5 onun qardaşıdır. Mərhum xəstəlikdən əziyyət çəkirdi. Qardaşı xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, xx.xx.2019-cu il tarixdə Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, mərhum X5 onun qaynıdır. Mərhum xx.xx.2019-cu il tarixdə onun yanında rəhmətə getmişdir. Başındakı xəstəlikdən əziyyət çəkirdi. Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin əri olmuşdur. X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüş və Xırdalan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1226/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1226/2021
25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver