Məhkəmə qərarları › İş №2(006)-1232/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1232/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1232/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qızları, X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlərdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 19 yanvar 2015-ci ildə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək, ailə qurmuş, birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Onların birgə nikahlarından doğulmuş xx.xx.2019cu il təvəllüdlü Sofiya adlı uşaqlarının vəziyyəti xx.xx.2022-ci il tarixdə pisləşdiyindən onu X3 apardıqda o, artıq bioloji ölümlə xəstəxanaya daxil olmuşdur. Xəstəxanada müayinə olunmuş, «naməlum səbəbli qəfləti ölümlərin digər formaları, ani ölüm» diaqnozu ilə təsdiq edilmiş və bu barədə arayış verilmişdir. Onlar uşağı Tərtər rayon Bəyimsarov kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər, sonradan ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti orqanlara müraciət etmişlər, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamış, hətta bununla bağlı 1 saylı Gəncə regional Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmi məktub verilməklə onlara məhkəməyə müraciət etmək huquqlarının olması izah olunmuşdur. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X6 onun qızıdır. Doğulduqdan 1 yaşına qədər uşaqda əqli gerilik müşahidə olunmaqla ona epilepsiya sindromu diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə uşağın vəziyyəti pisləşmiş və onu xəstəxanaya yetişdirə bilməmişlər. Hal-hazırda qızının ölüm haqqında şəhadətnaməsini almaqda çətinlik çəkdiyindən ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 ifadəsində bildirmişdir ki, o, X2nın babasıdır. X6 xx.xx.2022-ci il tarxidə vəfat etmişdir. Uşaq doğulandan xəstə olmuşdur. X1 rayon Bəyimsarov kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi1 atası X8 ilə Tərtər rayonu Bəyimsarov kəndində yaşayırlar. Ərizəçi1 atası X8 ona zəng edərək X4 vəfat etdiyini bildirmişdir. X2 dəfn olunan zaman o, da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ərizəçi1 atası X8 ilə Tərtər rayonu Bəyimsarov kəndində yaşayırlar. Ərizəçi1 atası X8 ona zəng edərək X4 vəfat etdiyini bildirmişdir. X2 dəfn olunan zaman o, da dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İV seriyalı 278829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Tərtər şəhərində doğulmuşdur, atası Ərizəçi1, anası isə Ərizəçi2dır. İş materiallarında olan X5 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 həqiqətən xx.xx.2022-ci il tarixdə saat 08:30-da X3 bioloji ölümlə daxil olmuşdur. Müayinə nəticəsində “naməlum səbəbli qəfləti ölümlərin digər formaları, ani ölüm” diaqnozu təsdiq edilmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixdə Ərizəçi1 ünvanlanmış məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarının Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Həmin qaydaya əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1034/2023 saylı arayışda yalnız ölüm xarakterli məlumat verilməklə ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatı aparmaq qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti başçısının Bəyimsarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Tərtər rayonunun Bəyimsarov kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən X4 ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 21-C-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, material üzrə izahatı alınmış Ərizəçi1 2015-ci il tarixdə ailə həyatı qurmasını, 03 avqust 2019-cu il tarixdə isə həmin evlilikdən qızı Sofiya Hüseynovanın doğulduğunu göstərmişdir. Sofiya anadan olduqdan sonra ilkin olaraq ona “əqli və fiziki inkişafdan geri qalma” diaqnozu qoyulmuşdur. Bundan bir müddət sonra onda “Prune gen anomaliyası, west sindromu” xəstəliyi müəyyən olunmuşdur. Bu xəstəlik isə qıc olma, hərəkət etmədə zəiflik kimi özünü biruzə vermişdir. Sofiyanın xəstəliyinin müalicəsi üçün xeyli çalışsa da, həmin sindromla əlaqəli olaraq getdikcə səhhətində ağırlaşmalar baş vermişdir. 28 dekabr 2022-ci il tarixdə saat 08 radələrində yuxudan oyandıqda artıq Sofiyanın öldüyünü müşahidə etmişdir. Bundan sonra köməklik ola biləcəyini düşündüyündən Sofiyanı Gəncə şəhəri Beynəlxalq xəstəxanasına aparmışdır. 28 dekabr 2022-ci il tarixdə saat 08 radələrində o yuxudan oyandıqda Sofiya artıq “Prune gen anomaliyası, west sindromu” xəstəliyindən ölmüşdür. Bununla bağlı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 1 nömrəli Uşaq Poliklinikası tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X4 adına xx.xx.2022-ci il tarixdə açılmış ambulator tibbi kitabçadan görünür ki, uşaq həmin tarixdən Poliklinikaya qeydiyyata alınsa da, sonradan atanın işi ilə əlaqədar ailə təkrar Gəncə şəhərinə qayıtmışdır. Ana mütəmadi olaraq həkim ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə ana növbəti dəfə əlaqə saxlamaqla bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə uşaq vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilərin qızları X4 xx.xx.2022-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməklə xx.xx.2019-cu il tarixdə Tərtər şəhərində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə Tərtər şəhərində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar