Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1249/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü anası X2 03 aprel 2022-ci tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1935-ci il təvəllüdlü anası X3 xx.xx.2022-ci il tarixdə təcili yardım çatana kimi Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi ünvanında rəhmətə getmişdir. Yas mərasimi səbəbindən ölüm haqqında şəhadətnamə vaxtında alına bilməmişdir. Anası Binəqədi qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı bəzi sənədləşmə işləri aparmazı zərurəti yarandıqda anasının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Bunla bağlı 5 saylı Poliklinikaya və Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət olunsa da imitina cavabı alınmışdır. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il təvəllüdlü anası X2 03 aprel 2020-ci tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q- 06/75 saylı məktubdan görünür ki, X2 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 27 nömrəli arayışdan görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında qeydiyyatda olan, lakin Xırdalan şəhəri AAF bina 12 ünvanında yaşayan, xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət ünvan 3 şəhər poliklinikasına müraciət etmədiyi, müayinə və müalicə almadığına görə ölümün səbəbi bilinmədiyi üçün Forma N 106 almaq üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Belə ki, iş materiallarında olan: AZE 02961762 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. “Təcili və X5 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 02 aprel 2020-ci il tarixdə X2 adına Xırdalan şəhəri AAF bina 12 ünvanına saat 14:09 radələrində çağırış verilmişdir. Qadın cinsli meyit aşkar edilmişdir. Üzərində zorakılıq əlamətləri yoxdur. Azərbaycan Respublikası Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. Həmçinin, iş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 xx.xx.1935-ci ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, mərhumun nəvəsidir. Nənəsi yaşlı idi, 85 yaşı var idi. Xəstə idi və insult keçirmişdi. Nənəsi rəhmətə gedərkən o da balaca qızı ilə orda olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, mərhumun nəvəsidir. Nənəsi yaşlı idi, 85 yaşı var idi. Xəstə idi və insult keçirmişdi. Nənəsi rəhmətə gedən günü anası ağlayaraq ona zəng etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin anası olmuşdur. X1 qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1935-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-1249/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1249/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver