Məhkəmə qərarları › İş №2(006)-126/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-126/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-126/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı X52, X44, X72, X71, X45, X62, X73, X98 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində 14 02.2004-cü il tarixli 96 saylı aktla nikah bağlamış və Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla həmin nikah pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövləl Reyestri Xidmətinə KVB-117 nömrəli, 10 sentyabı 2020-ci il tarixli sorğu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən № **********89 xx.xx.2020-ci il tarixli məktubla sorğusuna cavab verilmişdir.Məktubda qeyd olunmuşdur ki, «sorğu ilə əlaqədar olaraq bildiririk ki, Cavabdeh adına ünvan 1 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 2q edilmiş xx.xx.2012-cü il tarixlı, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində; Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli, 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli, 132 nömrəli forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixində ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri 12 saylı notariat kontorı tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X32 adına özgəninkiləşdirilmiş və Bakı şəhəri 12 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 40-809 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarxində Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir». İddiaçı xx.xx.2014-cü il tarixdə 7E-8l60 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinın özgəninkiləşdirilməsmə və ipotekaya qoyulmasına razılıq vermişdir. Cavabdeh iddiaçı tərəfindən ona verilmiş razılıq ərizəsindən sui-istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzili 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı notariusa müraciət edərək yuxarıda qeyd edilən ərizəsini ləğv etmişdir Belə ki, «Elektron notariat X9 çıxarış»a əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X79 tərəfindən 8160 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir «Mən yazıb bildirirəm ki, keçmiş həyat yoldaşım Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmirəm». «Elektron notariat X9 çıxarış»a əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X79 tərəfindən 8696 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir: «Yazıb bildirirəm ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşım Cavabdeh T. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə haqqında ərizə vermişəm. Xahiş edirəm həmin ərizəni ləğv edəsiniz». Bundan başqa, «Elektron notariat X9 çıxarış»a əsasən, xx.xx.2014-cü il tarixdə 3 saylı ASAN xidmət mərkəzindəki notariat kontorunun notariusu X63 tərəfindən 14952 reyestr nömrəsi ilə təsdiqlənmiş etibarnaməyə əsasən İddiaçı Cavabdeh banklarda onun nümayəndəsi kimi çıxış etmək haqqında etibarnaməni təsdiqləmişdir. Həmin çıxarışda Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 4 hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılmalıdır. Mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi iddiaçının yuxarıda qeyd edilən əmlak üzərində pay hüququ müəyyənləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, mənzil 100 qeydiyyatdan keçmişdir və 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçının razılığı olmadan ümumi birgə mülkiyyətdə olan əmlakı bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsi iddiaçının həmin əmlak üzərində olan mülkiyyət hüquqlarını pozmuşdur. Belə olan halda xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X38 bağışlanması barədə ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli, 40-882 reyestr nömrəli müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. Həmin təmir nəticəsində mənzilin Mirbəşir Qasımov küçəsinə qapısı açılmışdır, arakəsmə divarlar sökülmüşdür, elektrik xəttləri, su və isitmə xəttləri yenidən çəkilmişdir, tavanın divarların səthi düzəldilmişdir, rənglənmişdir, yeni çıl-çıraqlar, elektrik açarlar və qoruyucular quraşdırılmışdır, Mirbəşir Qasımov küçəsindən yeni giriş qapısı, vitrin quraşdırılmışdır. Mənzilin döşəməsi tamamilə yenilənmişdir. Köhnə döşəmə sökülmüşdür. Məhz bu səbəbdən Cavabdeh sözügedən qeyri-yaşayış sahəsin 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin, cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi,ev 4, 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi və əsaslı təmiri nəticəsində əmlakın dəyəri əhəmiyyətli dərəcə artmışdır. Bu səbəbdən cavabdeh tərəfindən sözügedən əmlak 500.000 manat məbləğində satılmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X46 bağışlanması barədə ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X101 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda məlum olmuşdur ki, cavabdeh X74 xx.xx.2013-cü il tarixdə əldə etdiyi və AB836456 nömrəli şəhadətnamə və 10OV800 nömrə nişanı ilə «X112 minik» buraxılış ili 2011, rəngi ağ, mühərrik 1GRA313420 Ban JTMDU09J1B4042402 avtomobili əldə etmişdir və qeydiyyata saldırmışdır. Tərəflər arasında nikah ləğv olunduqdan sonra Cavabdeh İddiaçı Fikrət qızının razılığın olmadan, ondan xəbərsiz həmin avtomobili 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satmışdır və bu əsasla avtomobili öz adından qeydiyyatdan çıxarmışdır. Həmin avtomobil də birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən qeyd edilən avtomobilin satışından cavabdehin əldə etdiyi pulun ½ hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X38 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ½ payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat və 10OV800 nömrə nişanlı, 2011 buraxılış ili, ağ rəngli, mühərrik 1GRA313420, ban JTMDU09J1B4042402 olan «X112» minik avtomobilinin 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satılmasından əldə edilən pulun ½ hissəsi Cavabdeh İddiaçı Fikrət qızının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

5. Öz növbəsində, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə onun arasında olan nikah xx.xx.2004-cü il tarixdə rəsmi qaydada qeydə alınmış, xx.xx.2015-ci il tarixdə həmin nikah pozulmuşdur. Birgə nikah dövründə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Birgə nikah dövründə Respublika ərazisində cavabdeh İddiaçı adına qeydə alınmış daşınmaz əmlaklar barədə dəqiq məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmişdir. Hal-hazırda həmin sorğuya cavab verilmədiyi üçün birgə nikah dövründə, yəni xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısı əlində yoxdur. Bununla belə, cavabdehin adına birg nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri əlində olduğu üçün hazırki qarşılıqlı iddia ərizəsi ilə həmin daşınmaz əmlakların ½ hissələrinə payının müəyyən edilməsini məhkəmədən xahiş etmək qərarına gəlmişdir. Cavabdehin adına birgə nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri aşağıdakılardır:

1. xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında iki otaqlı mənzil;

2. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzil;

3. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 8 ünvanında iki otaqlı mənzil;

4. xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X94 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzil. Qeyd edilən daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərində mülkiyyətçi kimi yalnız İddiaçı adına qeyd edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün hesab edir ki, həmin daşınmaz əmlakların ½ hissələrinə payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən xx.xx.2004-cü il tarixli seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmış ünvan 7 ünvanındakı iki otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanındakı üç otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 8 ünvanındakı iki otaqlı mənzilin ½ hissəsinə, xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Bakı şəhəri, X94 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanındakı üç otaqlı mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Daha sonra cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlakların dövlət qeydiyyatına alınıb-alınmaması, müsbət halda həmin tarixlərdə onun adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan hansıların özgəningiləşdirilməsi barədə məlumatların əldə edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Həmin sorğuya 7552 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda aşağıdakılar göstərilmişdir:

1. «İddiaçı adına ünvan 10 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqaviləsinə əsasən X3».

2. «İddiaçı adına ünvan 10 ünvanda yerləşən mənzil Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqaviləsinə əsasən X3».

3. «İddiaçı adına ünvan 13 ünvanda yerləşən mənzil Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqaviləsinə əsasən X10».

4. «İddiaçı adına ünvan 15 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqaviləsinə əsasən X18».

5. «İddiaçı adına ünvan 17 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqaviləsinə əsasən X27».

6. «İddiaçı adına ünvan 19 ünvanda yerləşən mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqaviləsinə əsasən X4».

7. «İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqaviləsinə əsasən X19».

8. «İddiaçı adına ünvan 21 ünvanda yerləşən mənzil Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqaviləsinə əsasən X15».

9. «İddiaçı adına ünvan 23 ünvanda yerləşən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqaviləsinə əsasən X5». xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısını əldə etdiyinə görə qarşılıqlı iddia tələbini dəqiqləşdirmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X11 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 25 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X11 barədə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqavilənin etibarsız sayılması, ünvan 25 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 13 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X20 barədə Bakı ASAN xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqavilənin etibarsız sayılması, ünvan 13 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 15 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X24 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqavilənin etibarsız sayılması, ünvan 15 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 17 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X29 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli, 4Ə-02-383 saylı müqavilənin etibarsız sayılması, ünvan 17 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X16 barədə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin İddiaçı tərəfindən X25 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 10 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X11 barədə Bakı şəhəri notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 10 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 21 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X23 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqavilənin etibarsız sayılması, ünvan 21 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi; ünvan 23 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X12 barədə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqavilənin etibarsız sayılması, ünvan 23 ünvanda yerləşən mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbini müdafiə edərək,onun təmin edilməsini, ilkin iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qarşı tərəflə Cavabdeh arasında münasibətlər 2014-cü ildən faktiki olaraq kəsilmişdir. 2015-ci ildə isə tərəflər rəsmi qaydada boşanmışlar. Qarşı tərəf qanunvericilikdə müəyyənləşdirilən iddia verilməsi üçün müddəti ötürmüşdür. O, bu müddəti cavabdeh tərəfindən gözləntisi olduğu üçün ötürdüyünü desə də bildirmək istəyir ki, xx.xx.2013-cü il tarixdə onun tərəfindən Milli Təhlükəsizlik «dələduzluq» faktı ilə bağlı müraciət edilmişdir. Buradan aydın olur ki, qarşı tərəf hüquqlarının pozulduğunu bilirdi. Bundan başqa, qarşılıqlı iddianı müdafiə edir və bildirir ki, birgə nikah dövründə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Həmin əmlaklar hamısı Cavabdeh razılığı olmadan özgəninkiləşdirilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün, iddia verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir.

9. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında nikah xx.xx.2015-ci il tarixdə xitam olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbin 3 illik iddia müddəti tətbiq olunur. İşdən göründüyü kii, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin müddəti ötürmüşdür. Bu səbəbdən iddia müddətini tətbiq edərək onun iddiasını rədd edilməsini xahiş etmişdir. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X52, X44, X72, X71, X45, X62, X73, X98 və X54 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11.Məhkəmə, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. 12.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X35 öz ifadəsində göstərmişdir ki, o, Səkinə xanımın bacısı ilə məktəb vaxtlarından rəfiqə olmuşdur. Səkinə xanımı da bacısı vasitəsilə tanımışdır. Səkinə xanım qızıl alqı-satqısı ilə məşğul olduğundan imkanı kifayət qədər yaxşı olmuşdur. Onun ailəsinin – atasının da maddi imkanı kifayət qədər yaxşı olub. Səkinə xanım hələ evlənməmişdən əvvəl Bakı şəhəri, Ə.Haqverdiyev küçəsi, ev 3, 35 saylı mənzilin alınması ilə bağlı söhbətlər gedir ki, lakin tərəflər arasında qiymətlə bağlı razılıq əldə olunmamışdır. Səkinə xanım evi ucuz - 60.000- 70.000 manat civarında almaq istəyirdi. Evin alqı-satqısı ilə bağlı razılıq isə iddiaçı və cavabdeh arasında nikah bağlandıqdan təxminən 5 ay sonra baş tutdu. Həmin ev Səkinə xanımın şəxsi vəsaiti hesabına alınmışdı, çünki Fikrət müəllimin heç özünün elə bir imkanı yox idi, o, Səkinə xanımla evləndikdən bir müddət sonra onun sayəsində müəyyən imkan əldə etdi. Fikrət müəllimi qiyabi tanıyırdı, haqqında heç yaxşı fikirlər səslənmirdi. Onlar bu barədə Səkinə xanıma desələr də, sonuncu onları dinləmirdi. O, özü alqı-satqı prosesinin özündə iştirak etməsə də, evin baxılmasında iştirak etmişdir. Həmin ev 2007-ci ildə satılarkən Fikrət müəllim də bunu bilirdi və bundan xəbərdar idi.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 15 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə İsmayılov, qadına Sadıxova soyadı verilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Kermur” ixtisaslaşdırılmış vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 29 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 2q edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi (qaraj) "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2019-cu il tarixli 184 saylı protokoldan çıxarışa, xx.xx.2019cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixdə, Şəki şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 0.0032 ha torpaq sahəsi Şəki şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli, 4Ə-84 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36 saylı, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli 132 nömrəli Forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X32 adına özgəninkiləşdirilmiş və ünvan 2q edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-809 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Mİrbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1991-ci il tarixli, 05/1931 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1378/2014 nömrəli,xx.xx.2014-cü il tarixli qərarına əsasən sözügedən mənzilin təyinatı dəyişilərək qeyri-yaşayış sahəsinə keçmişdir. Sözügedən qeyri-yaşayış sahəsi Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-25 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 31 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 32q edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-2-207 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil üzərində Cavabdeh hüququ Yasamal rayon İcra Hakimiyyəti Başçısının 46 saylı, xx.xx.2014-cü il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 7, 35 saylı mənzil üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 017496 nömrəli orderə, "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına, 37 nömrəli xx.xx.2010-cu il tarixli Forma 2 arayışına əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil ünvan 2q edilmiş, xx.xx.2013-cü il tarixli 4Ə-04-1166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 33 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 002244 qeydiyyat nömrəli, xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyri-yaşayış sahəsi 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh adına Azərbaycan Respublikasının digər ərizələrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

15. İş materiallarında olan “Elektron notariat” X9 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 14952 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə adından dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etməsi, o cümlədən banklarda nümayəndəsi olması, istənilən bankdan istənilən məbləğdə adından kreditə pul vəsaiti götürməsi, bununla əlaqədar lazımi sənədlərdə imza etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqə.dar digər hərəkətləri etməsi Cavabdeh xx.xx.2014cü il tarixədək səlahiyyət verilmişdir.

16. İş materiallarında olan “Elektron notariat” X9 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmir.

17. İş materiallarında olan “Elektron notariat” X9 çıxarışın surətinə əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə 7E- 8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşı Cavabdeh T Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişdir. Həmin ərizənin ləğv edilməsini xahiş etmişdir.

18. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 200990 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin yaşayış sahəsi 27,33 kv.m. olan 2 otaqlı 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 209 nömrəli reyestr kitabının 30849 nömrəli vərəqində, 30/17438 nömrə ilə qeydiyyat aparılmışdır.

19. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində istifadədə olan 0,05574 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binada yerləşən 58,87 kv.m. ümumi, 45,87 kv.m.yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 391 nömrəli reyestr kitabının 36377 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır.

20. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 28 saylı evin C bloku, 3-cü giriş, ümumi sahəsi 133,5 kv.m. olan 3 otaqlı 24 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1238 nömrəli reyestr kitabının 112653 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

21. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 nömrəli 5 mərtəbəli binanın 40,33 kv.m.ümumi sahəsi, 27,33 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı 16 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 472 nömrəli reyestr kitabının 43584 nömrəli vərəqində, **********98-05101-093009 nömrə ilə qeydiyyat aparılmışdır.

22. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunun 4Ə-882 №-li xx.xx.2014-cü il tarixli Notariat İşindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 88,8 kv.m.ümumi sahəsi, 39,6 kv.m. yaşayış sahəsi, 49,2 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 100 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1982 nömrəli reyestr kitabının 183123 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

23. Adıçəkilən notariat işindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 88,8 kv.m.ümumi sahəsi olan 2 otaqlı 100 saylı mənzili xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X38 hədiyyə etmişdir.

23. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı adına ünvan 35 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqaviləsinə əsasən X13. İddiaçı adına ünvan 36 ünvanda yerləşən mənzil Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqaviləsinə əsasən X3. İddiaçı adına ünvan 37 ünvanda yerləşən mənzil 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-766 saylı müqaviləsinə əsasən X10. İddiaçı adına ünvan 39 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqaviləsinə əsasən X21. İddiaçı adına ünvan 40 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqaviləsinə əsasən X27. İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqaviləsinə əsasən X6. İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsini Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqaviləsinə əsasən X22. İddiaçı adına ünvan 41 ünvanda yerləşən mənzil Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqaviləsinə əsasən X15. İddiaçı adına ünvan 42 ünvanda yerləşən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqaviləsinə əsasən X5. İddiaçı adına ünvan 43 ünvanda yerləşən mənzil Bakı şəhərinin notariusunun xx.xx.2002-ci il tarixli, 4Ə-1/11 saylı müqaviləsinə əsasən X7.

24. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X62 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 53 ünvanında yerləşən, ümumi sahəsi 40,33 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilini X47 bağışlamışdır.

25. İş materiallarında olan Cavabdeh notariat qaydada yazılmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, keçmiş həyat yoldaşı İddiaçı məxsus olan ünvan 45 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etməmişdir.

26. İş materiallarında olan İddiaçı tərəfindən 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, onun heç kimlə rəsmi nikahı yoxdur. Gələcəkdə bununla əlaqədar mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

27. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X37 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X37 mülkiyyətində olan ünvan 47 ünvanında yerləşən, ümumi sahəsi 40,13 kv.m olan 2 otaqlı 35 nömrəli mənzilini İddiaçı satmışdır.

28. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X55 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X55 mülkiyyətində olan ünvan 47 ünvanında yerləşən, ümumi sahəsi 58,87 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilini İddiaçı satmışdır.

29. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X48 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X31 mülkiyyətində olan ünvan 48 ünvanında yerləşən, ümumi sahəsi 40,33 kv.m olan 2 otaqlı 16 nömrəli mənzilini İddiaçı satmışdır.

30. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunun 4Ə-474 №-li xx.xx.2007-ci il tarixli Notariat İşindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 53 ünvanında yerləşən, ümumi sahəsi 40,13 kv.m olan 2 otaqlı 35 nömrəli mənzilini X14.

31. Adıçəkilən notariat işində olan X56 tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı məxsus olan və ünvan 49 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir.

32. İş materiallarında “Everton” firması tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən 28 saylı C bloklu evin 24 saylı mənzilin sahibidir və hal-hazırda həmin ünvanda qeydiyyatda heç kim yoxdur.

33. İş materiallarında olan ünvan 50tariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X57 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 51 ünvanında yerləşən, ümumi sahəsi 133,5 kv.m olan 3 otaqlı 24 nömrəli mənzilini X17.

34. İş materiallarında olan İddiaçı tərəfindən notariat qaydada yazılmış xx.xx.2013cü il tarixli ərizənin surətindən görünür ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, C bloklu, 3-cü giriş, ev 28, mənzil 24 ünvanda yerləşən mənzili əldə etdiyi vaxt subay olmuşdur və hal-hazırda həmin əmlakı satanda da subaydır. Bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.

35. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Kontorunun 4Ə-02-235 №-li xx.xx.2015-ci il tarixli Notariat İşindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsində yerləşən 3 saylı evin 58,87 kv.m.ümumi sahəsi olan 3 otaqlı 3 saylı mənzili xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2.

36. Adıçəkilən notariat işində olan İddiaçı tərəfindən yazılmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, o, hal-hazırda subaydır, heç kəslə rəsmi nikah qeydiyyatında deyil, ünvan 53 ünvanında yerləşən 3 saylı mənzilin satılması bağlı gələcəkdə mübahisə yaranarsa, cavabdehliyi və məsuliyyəti öz üzərinə götürmüşdür.

37. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X75 ilə İddiaçı arasında bağlanılmış xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X75 mülkiyyətində olan ünvan 47 ünvanında yerləşən, ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı 20 nömrəli mənzilini İddiaçı satmışdır.

38. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X58 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2003-cü il tarixli, 204060 nömrəli alqısatqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X58 mülkiyyətində olan ünvan 47 ünvanında yerləşən, ümumi sahəsi 38,46 kv.m olan 2 otaqlı 32 nömrəli mənzilini İddiaçı satmışdır.

39. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 650 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir. X81 ilə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1979-cu ildə 40 saylı aktla nikahı və həmin şəxsin ölümü Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1997-ci ildə 90 saylı aktla, Cavabdeh ilə Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixli 96 saylı aktla nikahı ilə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla nikahın pozulması qeydə alınmışdır.

40. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X60 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli, 143787 nömrəli alqısatqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 54 ünvanında yerləşən, ümumi sahəsi 52,0 kv.m olan 2 otaqlı 7 nömrəli mənzilini Seidova X30.

41. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X71 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli mənzil dəyişmə müqaviləsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 3 nömrəli binada yerləşən yaşayış sahəsi 16,22 kv.m., ümumi sahəsi 29,22 kv.m. ibarət 20 nömrəli mənzilini X53 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 3 nömrəli binada yerləşən yaşayış sahəsi 16,22 kv.m., ümumi sahəsi 29,22 kv.m. 1 otaqdan ibarət 33 nömrəli mənzil ilə dəyişmişdir.

42. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və X55 (etibarnamə əsasında X82 imzalanmış) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2003-cü il tarixli bağışlanma müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X55 mülkiyyətində olan ünvan 47 ünvanında yerləşən 18 nömrəli mənzilinin ½ hissəsi qızı İddiaçı bağışlamışdır.

43. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(102)-3804/2014 saylı qərarından görünür ki, cavabdeh Hüseynova Reyhan Musa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-839/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Hüseynova Reyhan Musa qızı, X36, X59 və X49 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin iddiaçı Cavabdeh sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2823/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iddianın təmin olunması, Hüseynova Reyhan Musa qızı, X36, X59 və X49 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir.

44. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, «Toyota Land-Cruiser» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən Cavabdeh adına (qeydiyyat şəhadətnaməsi AB836456) qeydiyyata alınmış, qeydiyyat şəhadətnamənin dəyişməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış, həmin tarixdə yenidən Cavabdeh adına (qeydiyyat şəhadətnaməsi AE099695) qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən maşın X50 etibar edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

45. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2004cü il tarixdə nikah bağlanılmış, xx.xx.2015-ci il tarixdə nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. Hal-hazırda tərəflər həmin bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, həmin əmlakların ½ payların müəyyən edilməsi ilə bağlı iddialar qaldırmışlar. Belə ki, ilk iddia üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan görünür ki, Cavabdeh adına olan və iddia ərizəsində sadalan 1 adda daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, 2 adda daşınmaz əmlakların ½ payların üzərində mülkiyyət hüququnun tanınmasını, qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və «X112» markalı avtomaşının satışından əldə edilən pulun ½ hissəsinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaldırılan iddiadan görünür ki, İddiaçı adına olan və iddia ərizəsində sadalanan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin əmlakların ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

46. Məhkəmə verilmiş ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.

47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

48. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.

49. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

51. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

52. Məhkəmə ilkin iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilin bağışlanması barədə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.

53. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə olduqları zaman mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzili xx.xx.2006-cı il tarixdə əldə etmişlər və mənzil xx.xx.2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. ünvan 2q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan mübahisəli mənzili anası X38 bağışlamış və həmin bağışlama müqaviləsi təsdiq edilərkən iddiaçı Səkinə İsmayılovanın razılığı olmamışdır ( notariat işinin içərisində nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin olmasına baxmayaraq). xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (324.2). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir(maddə 324.3).

55. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Göstərilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

57. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

58. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutuğmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur.

59. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən nikah dövründə olduğu zaman Səkinə İsmayılovanın razılığı olmadan birgə mülkiyyətdə olan mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən özgəninkişləşdirilmişdir.

60. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzil ilə bağlı ilkin bağışlama müqaviləsi (xx.xx.2014-cü il tarixli) etibarsız hesab edildiyindən, daha sonradan Cavabdeh mülkiyyətinə yenidən keçməsinə baxmayaraq sonuncu xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsidə etibarsız hesab edilməlidir.

61. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

62. Məhkəmə ilkin iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.

63. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə olduqları zaman əldə edilmiş və ilkin iddia üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir.

64. Məhkəmə hesab edir ki, göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir.

65. Məhkəmə ilkin iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

66. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh adına olmuş Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzili 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. İlkin iddia üzrə Cavabdeh həmin qeyriyaşayış sahəsini 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

67. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsaitin xərclənməsini göstərsə də, bu halları təsdiq edən mötəbər olan hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

68. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir.

69. Belə ki, sözügədən sahə ilkin iddia üzrə iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi 06 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmiş, həmçinin mübahisəli sahəyə aid heç bir əsaslı sübutu təqdim etməmişdir. (şahid ifadələri, təmir ilə bağlı video görüntü, fotoşəkil, ödəniş qəbzləri və s.)

70. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsində iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

71. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

75. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

76. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

77. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.

78. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

81. Məhkəmə ilkin iddia tələbinin avtomobilin satışından cavabdehin əldə etdiyi pulun ½ hissəsi iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

82. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına qeydiyyata alınmış «X112» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı avtomobilin onun razılığı olmadan xx.xx.2021-ci il tarixdə satılmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

83. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, mübahisəli «X112» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmış, qeydiyyat şəhadətnamənin dəyişməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış, həmin tarixdə yenidən Cavabdeh adına qeydiyyata alınmış və hal-hazırda cavabdehin mülkiyyətindədir.

84. Məhkəmə hesab edir ki, «X112» markalı, 10OV800 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh mülkiyyətində olması müəyyən edildiyindən, iddia tələbi avtomobilin satışından əldə etdiyi pulun ½ hissəsinin tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.

85. Məhkəmə İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların ½ hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

86. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

87. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzili İddiaçı anası xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış və həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1;

88. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 32 saylı mənzili xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X18;

89. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilin ½ hissəsi İddiaçı anası xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X27;

90. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 33 saylı mənzili xx.xx.2006-cı il tarixli mənzil dəyişmə müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3;

91. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 20 saylı mənzili xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15.

92. Məhkəmə hesab edir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi payların müəyyən edilməsi xahiş olunan yuxarıda sadalanan daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə olunmadığından, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir.

93. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X17. İddiaçı notarial qaydada ərizə yazaraq sözügedən mənzili əldə etdiyi vaxta subay olması və həmin əmlakı satanda da subay olması göstərmişdir.

94. Məhkəmə qeyd edir ki, Nəsimi rayonu, X94 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 sonra satış nəticəsində əldə olunmuş vəsait birgə nikah dövrü aralığına düşmüş, həmin vəsaitin İsmayılova Səkinə tərəfindən ailə ehtiyaclarından kənar sahəyə xərclənməsi barədə sübutları qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə təqdim etməmişdir.

95. Bu səbəbdən məhkəmə hesab edir, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsi, ev 28 ünvanında yerləşən 24 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

96. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X47 bağışlamış və Cavabdeh notariat qaydada ərizə yazaraq həmin mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

97. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

98. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi, Cavabdeh razılığını almadan, xx.xx.2014cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X26.

99. Məhkəmə mübahisəli bağ sahəsinin nikah dövründə satılması ilə bağlı qeyd edir ki, Cavabdeh razılığı alınmasa da belə, satış birgə nikah dövründə həyata keçirilmişdir və satışdan əldə edilmiş vəsaiti də nikah dövründən kənar başqa bir yerə xərclənməsi də sübuta yetirilmədiyindən, ehtimal olunur ki, həmin vəsaitlər birgə nikah dövründə xərclənmişdir.

100. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində təmin edilməməlidir. 101.Məhkəmə iddia tələbinin ünvan 48 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

102. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzili xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 99.000.000 manata almışdır.

103. Məhkəmə qeyd edir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzili tərəflərin birgə nikah dövründə İddiaçı adına qeydiyyata alınsa da, həmin mənzil Cavabdeh ilə nikaha daxıl olduqdan 5 aydan sonra tərəflərin birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır və hal məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq edilmişdir.

104. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

105. Məhkəmə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

106. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-ci maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

108. Məhkəmə qeyd edir ki, qarşılıqdı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur.

109. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədəndə söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi.

110. Odur ki, qarşılıqdlı iddia üzrə verilən iddia müddətinin tətbib edilməsi barədə vəsatət əsassız olduğundan təmin oluna bilməz.

111. Məhkəmə ilkin iddia tələbi ilə verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda məhkəmə verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edir.

112. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X52, X44, X72, X71, X45, X62, X73, X98 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3cü şəxslər kimi cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair ilkin iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X38 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reystr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda ½ pay üzrə mülkiyyət hüququ tanınmalıdır.

113. İlkin iddia tələbləri qalan hissədə təmin edilməməli və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.

114. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

115. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

117. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

118. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

119. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X52, X44, X72, X71, X45, X62, X73, X98 və X32 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair ilkin iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X38 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reystr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda ½ pay üzrə mülkiyyət hüququ tanınsın. Qətnamə yalnız bu hissədə həmin daşınmaz əmlaklara dair (Bakı şəhəri, Nəsimi rayonu, X94 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququnun (hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsasdır. İlkin iddia tələbləri qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin ½ payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar