Məhkəmə qərarları › İş №2(006)-1284/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1284/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1284/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Dəvəçi rayonunda doğulan və Bakı şəhəri, Nəsimi rayonu, C Məmmədquluzadə küçəsi, ev 186-da qeydiyyatda olan mərhum həyat yoldaşı xx.xx.1949-cı il təvəllüdlü X6 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 186-də rəhmətə gedib. Mərhum həyat yoldaşının vəziyyəti xx.xx.2024-ci il tarixdə qəfildən pisləşdi və onlar tez təcili yardım çağırdılar. Təcili yardım çatanda mərhum həyat yoldaşı artıq ölmüşdür. Mərhum həyat yoldaşı rəhmətə getdikdən sonra onlar onu Bakı şəhəri Xırdalan qəbiristanlığında dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. Ərizəçi isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ərizəçinin əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, Qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi ərizəçinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Mərhum həyat yoldaşının ölüm faktını şahidlər, qəbirüstünün səkili də təsdiq edə bilər. Göstərilənlərə əsasən mərhum xx.xx.1949-cu il tarixdə doğulan mərhum həyat yoldaşının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi ölüm faktının müəyyən edilməsi və Nəsimi rayon Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında qeyd etdi ki, Dəvəçi rayonunda doğulan və Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 186-da qeydiyyatda olan mərhum həyat yoldaşı xx.xx.1949-cu il təvəllüdlü X6 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 186-da vəfat etmişdir. Mərhum həyat yoldaşının vəziyyəti xx.xx.2024-cü il tarixində qəfildən pisləşmiş və onlar təcili yardım çağırmışdılar. Təcili yardım çatanda həyat yoldaşı artıq ölmüşdü. Mərhum həyat yoldaşını Xırdalan qəbiristanlığında dəfn etmişlər. Onlar bugünə kimi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmilər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onun qudasıdır. X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq mərhumun 76 yaşı və xəstə olduğunu qeyd etdi. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun baldızı, vəfat etmiş şəxs isə qardaşıdır. Qardaşı xx.xx.2024-cü il tarixdə evində qəfildən vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq mərhumun 76 yaşı və xəstə olduğunu, heçvaxt həkimə getmədiyini, vəfat edən gün vəziyyətinin çox ağır olmasını, təcili yardım gələnə qədər artıq vəfat etdiyini bildirdi. 7.Mülki iş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixində Ərizəçi verilən cavabdan görünür ki, X3 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə çatdırılır ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. 11.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 “Respublika Təcili və X4 Mərkəzi” X15 tərəfindən verilən 11 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:59-da “Respublika Təcili və X4 Mərkəzi” X15ə ünvan 1 ünvanından Elxan adlı şəxsin (75 yaş) adına “vəfat edib” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış Binəqədi TTTYS bölməsinin həkimi A.Hümbətov icra edərək, ünvanda X5 məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm kişi cinsli meyit” diaqnozu qoymuşdur. Hadisə barəsində 20-ci polis bölməsinin əməkdaşı Əliyevə məlumat verilmişdir. 12.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 Bakı Baş Səhiyyə X11 Şəxs 5 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü ünvan 3 ünvanında yaşayan X6 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə müayinə və müalicə almadığına görə ölümün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. 13.Mülki işin materiallarında olan İ-ЖГ seriyalı, 281354 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X2 arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmışdır. 14.Mülki işin materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilən 01 sentyabr 2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat ünvan 4 ünvanında X3 həkimə qədər ölümü aşkar edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 16.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 17.Göründüyü kimi ərizəçi mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 19.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 20.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 21.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 22.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı xx.xx.1949-cu il təvəllüdlü X3 01 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X3 01 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar