Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1293/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X11 ilə xx.xx.2013-cü il tarixli birgə nikahlarından olan xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X11 ilə xx.xx.2013-cü il tarixdə nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü qızları X13 dünyaya gəlmişdir. O, xx.xx.2021-ci ildə vəfat etmişdir. Dünyaya gəldikdən təxminən 4 ay sonra qızı xəstələndiyindən X7 yardıma müraciət etmiş və təcili tibbi yardım maşını ilə Respublika Pediatriya Mərkəzi X22 strukturuna daxil olan Ə.Qarayev adına 2 saylı Uşaq xəstəxanasına aparılmışdır. Xəstəlik ağır səviyyədə olduğundan qızı birbaşa reanimasiya şöbəsina qaldırılmışdır. X19 tərəfindən müayinə edildikdən sonra X5 bioloji ölümünün baş verdiyi bildirilmişdir. Dərhal sonra akt tərtib edilmiş, 102 xidmətinin ***-**-** saylı əlaqə nömrəsi ilə əlaqə yaradaraq polis serjantı Qabil Kərimliyə ölüm hadisəsi barədə şifahi məlumat verilmiş və polis serjantı şikayət olmadığı üçün xəstəxanaya gəlməmişdir. Eyni zamanda, 12 saylı poliknika şöbəsinə məlumat verilmişdir. Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası tərəfindən valideyni olaraq ona ölüm kağızının poliklinikadan veriləcəyi bildirilmişdir. Daha sonra o, uşağın qeydiyyatda olduğu poliklinikaya müraciət etmiş, uşağın ölümü barədə heç bir məlumatın və sənədin olmadığını, ölüm haqqında sənədin gedib Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasından almalı olduğunu ona bildirmişlər. O, tibb müəssisələrində ölüm haqqında sənədin olmamasını müəyyən etdikdən sonra məhkəmə yolu ilə sənədin əldə edilməli olduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 Rayonu Aşağı–Güzdək qəsəbəsində yerləşən qəbirstanlıqda babalarının və qonşularının iştirakı ilə dəfn edimişdir. X5 ölümünün qeydiyyata alınması iə bağlı Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də, həmin idarənin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ölümün qeydə alınması üşün zəruri sənədlər təqdim edilmədiyindən X5 ölümü dövlət tərəfindən qeydiyyata alınmamış və beləliklə məhkəməyə müraciət etmişdir. Hazırda o, qızının ölməsinə baxmayaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında sağ olan uşaq kimi qeydiyyatdadır. Bu səbəbdən də, vəfat etməsinə baxmayaraq uşağın ümumi təhsili ilə bağlı gələcəkdə müəyyən öhdəliklər yaranacaqdır. Eləcə də, onun və yoldaşının vəfat etməsi halında vərəsəlik rəsmiləşdirilməsində qızının həyatda olan şəxs kimi qeyd edilməsi bir sıra çətinliklərə səbəb olacaq. Bu səbəbdən də xx.xx.2021-ci il təvəllüdlü X5 ölüm faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X14 ifadəsində bildirmişdir ki, o, ərizəçinin atasıdır. Nəvəsinin müəyyən müddət nasaz olduğunu öyrənmiş, vəziyyətinin ağırlaşdığı gün onlarla xəstəxanaya getmiş və nəvəsinin vəfatına şahid olmuşdur. Nəvəsi Abşeron rayon Aşağı Güzdək qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Onun dəfnində özü də iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Qızının halı dəfələrlə pisləşmişdir. Sonuncu dəfə qızının xx.xx.2021-ci ildə səhər saatlarında halı pisləşmiş və təcili tibbi yardım vasitəsi ilə Ə.Qarayev adına 2 saylı Uşaq xəstəxanasına aparmışlar. Xəstəxanaya çatdıqda qızı vəfat etmişdir. Lakin ölümünün nədən olduğunu bilmir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qayınanasıdır. Səhər saatlarında qızı Solmaz onunla əlaqə saxlayaraq Aminənin vəziyyətinin pisləşdiyini və xəstaxanaya gətirdiyini demişdir. O, xəstəxanaya çatdıqda Aminə Babayeva vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O, səhər saatlarında səs-küy eşidib qapıya çıxmış və qonşularının uşağı xəstəxanaya apardıqlarını görmüşdür. Aradan bir neçə saat keçdikdən sonra onların gəldiyini görmüş və uşağın vəfat etdiyini ona demişdirlər. Uşaq Abşeron rayon Aşağı Güzdək qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Onun dəfnində özü də iştirak etmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alıb, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - AZ-İ seriyalı 887934 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X10 xx.xx.2013-cü ildə Sumqayıt Asan Xidmət X8 445 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci ildə anadan omuşdur. Valideynləri Ərizəçi və X6r. - “Respublika Pediatriya Mərkəzi” X22 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.2021-ci il təvəllüdlü TTTY ölüm qeydiyyat kitabına məlumatları əsasında xx.xx.2021-ci il tarixində saat 08:55-də Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının giriş qapısından birbaşa reanimasiya şöbəsinə qaldırılmış və həkim Nağdəliyev Əzim tərəfindən müayinə edilmiş, uşağın meyit olduğu bildirilmişdir, artıq meyit ləkələri və bioloji ölüm baş vermişdir. Bu haqda valideynlərə bildirilib və akt tərtib edilib. 102 xidmətinə ***-**-** telefonla serjant Kərimli Qabilə məlumat verilib və şifahi və eyni zamanda 12 saylı poliknika şöbəsinə Cahangirovaya məlumat verilmışdır. Valideynə ölüm kağızını poliknikadan veriləcəyi bildirilmişdir. Valideyn Ərizəçi övladı Babayeva Aminə ekspertizaya göndərilməsindən imtina etmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. - Abşeron rayonu X9 xx.xx.2025-ci il tarixli arayışı və fotoşəkillərlə müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X13 tarixdə xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Abşeron rayon Aşağı Güzdək qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına və şahid ifadələrinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X5 Abşeron rayon Aşağı Güzdək qəsəbə qəbirstanlığında dəfn edildiyi təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.2021-ci il tarixində anadan olmuş X5 xx.xx.2021ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixində anadan olmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1293/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1293/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver