Məhkəmə qərarları › İş №2(006)-1297/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1297/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1297/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 39/40, ev 95, 39 saylı mənzildə yaşamışdır. Onun həyat yoldaşından və qızından başqa hər hansı bir qohumu olmamışdır. 11 noyabr 2024-cü ildə öz evində rəhmətə getmişdir. Ərizəçi dərhal təcili tibbi yardım stansiyasına müraciət etmiş və oradan gələn həkimlər həyat yoldaşının ölməsini müəyyən etmişdirlər və bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdirlər. Respublika Təcili və X6 Mərkəzi PHŞ-nin 03 dekabr 2024-cü il, 18-1-88/2-2383-2024 saylı məktuba əsasən xx.xx.2024-cü il tarixdə saat 23:54-də “Respublika Təcili və X6 Mərkəzi” X9in Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından Pobedonostyeva Lyudmilanın adına “rəhmətə gedən” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış Yasamal TTTYS bölməsinin həkimi Günay Qaziyeva icra edərək, X3 “Həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoymuşdur. Bundan sonra yerli poliklinikaya müraciət olundu və orada ərizəçiyə bildirdilər ki, nəzərə alaraq ki, xəstə ev şəraitində rəhmətə getmişdir və xəbərdarlıq vərəqəsində ölüm səbəbi qeyd olunmadığından, poliklinika hər hansı bir sənəd vermir və ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə qeydiyyat şöbəsinə müraciət etməlidir. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və Qeydiyyat şöbəsi bizə 11 dekabr 2024-cü il, 3-16-5/8-15-T-2269/24 saylı məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə çatdırılır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Ona görə ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Pobedonostyeva Lyudmilanın ərizəçinin həyat yoldaşı olmasını nikahın bağlanması haqqında şəhadətnamə təsdiq edir və bu sənəd məhkəməyə təqdim olunur. Müəyyən sənədləşdirmə işlərinin aparılması üçün mərhumun ölüm faktının müəyyən edilməsi üçün lazımdır. Göstərilənlərə əsasən X2 ölüm faktının müəyyən edilməsi və Nəsimi rayon Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Sonradan və son olaraq ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, X2 11 noyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi və onun mərhum həyat yoldaşı X1 qonşuları olmuşdur. Onlarla yaxın münasibətdə olmuşlar. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vəfat səbəbi ilə bağlı dəqiq məlumatı yoxdur. Onlar xarici millətin nümayəndəsi olduğundan bununla bağlı yas keçirilməmişdir. 6.Mülki iş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmədə vəkilin izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan İİİ-ЖГ seriyalı, 397622 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X4 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmışdır. 10.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X9 “Respublika Təcili və X6 Mərkəzi” X9 tərəfindən verilən 03 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il 2024-cü il tarixdə saat 23:54-də “Respublika Təcili və X6 Mərkəzi” X9in Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından Pobedonostyeva Lyudmilanın adına “rəhmətə gedən” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Yasamal TTTYS bölməsinin həkimi Günay Qaziyeva icra edərək, X3 “Həkimə qədər ölüm, qadın cinsli meyit” diaqnozu qoymuşdur. Hadisə barəsində 20-ci polis bölməsinin əməkdaşı Əliyevə məlumat verilmişdir. 11.Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyası PHŞ Statistika Şöbəsi tərəfindən verilən 12 noyabr 2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 00:55-də Azadlıq 95, mənzil 37 ünvanında X2 həkimə qədər ölümü aşkar edilmişdir. 12.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində Ərizəçi etibarnaməsinə əsasən nümayəndəsi Vəkil verilən cavabdan görünür ki, X2 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə çatdırılır ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilən cavabdan görünür ki, Pobedonostyeva Sergeyevna (xx.xx.1942-xx.xx.2024) Bakı şəhəri, X8 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 4-cü sektorunda dəfn olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 15.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16.Göründüyü kimi ərizəçi mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 18.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 19.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 20.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı xx.xx.1942-ci il təvəllüdlü X2 11 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1942-cı il təvəllüdlü X2 11 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar