Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1298/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi qızının maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı xx.xx.1979-cu il təvəllüdlü X2 şizofrenəbənzər psixotik pozuntu xəstəliyindən əziyyət çəkir. Bacısı onun himayəsindədir, ona o baxır. X3 psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özünü idarə edə bilmir. Özünə qapanıq vəziyyətdədir. Onu tək nəzarətsiz buraxmaq mümkün deyil. Daim onun nəzarətindədir. Onun işi ancaq X3na baxmaqdır. X1 adına olan sənədləşmə işlərində iştirak etməyi üçün onun qəyyumu təyin edilməlidir. Onun özünün düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Buna görə də onun bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən bacısı xx.xx.1979-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə:
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş X12 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
b) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası 2 saylı KPX-nin ambulator, stasionar (xətt çəkməli) xəstənin xəstəlik tarixindən çıxarışdan görünür ki, X12 xx.xx.2011ci il tarixdə stasionar üzrə daxil olmuş, xx.xx.2011-ci il tarixdə xəstəxanadan çıxışı yazılmışdır. Xəstəyə kəskin şizofrenəbənzər psixotik pozuntu diaqnozu qoyulmuşdur.
9. İş materiallarında olan Abşeron rayon VVAQ tərəfindən 12 dekabr 1967-ci il tarixində verilmiş AZ seriya ******* nömrəli doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, valideynləri X11 ilə X4r.
10. İş materiallarında olan Abşeron rayon VVAQ tərəfindən 06 iyun 1979-cu il tarixində verilmiş VQ-JQ seriya 272005 nömrəli doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, valideynləri X11 ilə X4r.
11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə müalicə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X6 göndərilmişdir.
12. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixində verilmiş AZ-İ seriyalı 437634 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X17 arasındakı nikah ləğv edilmiş, nikah pozulandan sonra qadına “Salahova” soyadı verilmişdir.
13. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-6319/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X19 xx.xx.2023-cü il tarixli, 981 №-li rəyindən görünür ki, X9 “şizofreniya paranoid forma” (F20.0) qeyd olunur. Bunu anamnestik məlumatlar (2008-ci ildən psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X5 “kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X5 “kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu ilə qeydiyyatda olması, hal-hazırda “şizofreniya paranoid forma” diaqnozu ilə adı yuxarıda göstərilən xəstəxanada stasionar müalicə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün paraloji və autik olması, eşitmə hallüsinasiyaları haqqında məlumat verməsi, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - xx.xx.1979-cu il təvəllüdlü X9 “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi qeyd olunur. - xx.xx.1979-cu il təvəllüdlü X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. - xx.xx.1979-cu il təvəllüdlü X12 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
17. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov