Məhkəmə qərarları › İş №2(006)-1352/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1352/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1352/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qıznın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.2020-ci il tarixdə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1943-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, mərhum anasi X4 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum anası X7 xx.xx.1943-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə səhhəti pisləşmiş və o, dərhal təcili tibbi yardımına məlumat vermişdir. Təcili tibbi yardım gələndə artıq həyatını itirmişdir. Daha sonra anası dini qaydalara uyğun dəfn etmişdir. Daha sonra o, işlərinin çoxluğu ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Bu yaxınlarda müraciət etdikdə isə müddəti keçirdiyi üçün ona imtina olunmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamə ona hüquqi məsələlərin qanunauyğun formada həll edilməsi üçün lazımdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin Şöbənin rəisi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasın xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Məhkəmədə şahid qismində ifadə verən X2 və X1 eyni məzmunlu ifadə verərək bildirdilər ki, ərizəçi onların qardaşıdır. xx.xx.2020-ci il tarixdə anaları X7 yaşadığı evdə dünyasını dəyişmişdir. Onlar digər qohumlarla birlikdə yas mərasimlərini təşkil etmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 məxsus AZE 05031367 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Q.Nəcəfova ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 08:50 radələrində X4 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “qadın cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu göstərənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydı alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır”. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X7 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1943-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş X4 xx xxxx 2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş X4 xx xxxx 2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar