Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1385/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi 1 saylı Bakı Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1936-cı il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi X3 ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. xx.xx.1936-cı il təvəllüdlü X5 ərizəçinin anasıdır. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. 29.01,2008-ci il tarixdə anasının vəziyyəti pisləşdiyindən Bakı şəhər Təcili və X6 Stansiyasına çağırış etdilər. Həmin vaxt ərizəçinin anası Zirə bağlarında olan bağ evində yaşayırdı. Xəstəliyi ilə əlaqədar anasının yanında qalırdı, anasına ürək çatışmazlığı, şəkərli diabet diaqnozları qoyulub, tibbi yardım göstərib getdilər. xx.xx.2008-ci il tarixdə anası X5 rəhmətə getdi. Rəhmətə getdiyindən Bakı şəhər Təcili və X6 stansiyasına çağırış etmədilər. xx.xx.2008-ci il tarixdə Bakı şəhər Təcili və X6 Stansiyasına müraciət edərək 29.01,2008-ci il tarixdə çağırışla bağlı cavab məktubu aldılar. Anası rəhmətə gedəndə ərizəçi də orada idi. xx.xx.2008-ci il tarixdə anası X4 qohumları ilə birgə Zirə qəsəbə qəbirstanlığında dəfn etdilər. Bu hal Bakı şəhəri Xəzər Rayonu Zirə Bələdiyyəsinin 27.01,2023-cü il tarixli arayışı ilə təsdiq olunur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almaq üçün 19.01,2023-cü il tarixdə Azərbaycan Republikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Publik hüquqi şəxs Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 5 saylı şəhər poliklinikasına müraciət etsələr də, anasının xəstəliyi ilə əlaqədar müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə 32 saylı cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə 32 saylı cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir və müraciətinə cavab olaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair məktub verilmişdir. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin saylı 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alındığı bildirilmişdir. Anasının ölüm faktını şahidlər təsdiq edə bilər. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin, anasının ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailələri üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir. Buna görə də ərizəçinin mərhum anası X2 ölüm faktı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə çağrılmış, lakin qabaqcadan heç bir məlumat verilmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısının həyat yoldaşı olub. Tamam xanım 2008-ci ilin fevralın 2-də rəhmətə gedib. Sonradan məlum olub ki, onun bağırsağında onkoloji xəstəliyi olub. Zirədə dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Tamam xanımı tanıyır. Qonşuluqda yaşayırlar. O, Ərizəçiin qonşusu olmuşdur. Sadəcə 2008-ci ildə rəhmətə getdiyini bilir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 nömrəli şəhər poliklinikasından verilən 32№-li, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X5 ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.2008-ci il tarixdə rəhmətə getmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyasının 03 saylı bölməsinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə, saat 21.00-da Zirə bağlarına X2 adına çağırış daxil olmuşdur. İş materiallarında olan 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilən 31 yanvar 2023-cü il tarixli cavab məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli Arayışdan görünür ki, X5 xx.xx.2008-ci il tarixdə Zirə qəsəbə qəbirstanlığında dənf olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X5 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Zirə bağları qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1385/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1385/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver