Məhkəmə qərarları › İş №2(006)-1400/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1400/2022

28.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1400/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi qızı Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X5 20 dekabr 2021-ci il tarixində Bakı şəhəri Mirəli Qaşqay küçəsi, ev 75, mənzil 6-da yaşadığı evdə vəfat etmişdir. Bu barədə Təcili və X7 X2ynar xətti 103 xidmətinə məlumat verilmişdir. Stansiya tərəfindən ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Mərhum anası yaşayış yeri üzrə poliklinikada qeydiyyat da olmadığı üçün ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, X4 20 dekabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərmişdir ki, ərizəçinin yeznəsidir. Ölən şəxsi tanıyır, qayınanası idi. 88 yaşı var idi, yeriyə bilmirdi, yataq şəraitində yaşayırdı. 20 dekabr 2021-ci il tarixində səhər saatlarında dünyasını dəyişmişdir. Dəfndə də iştirak etmişdir.

8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, ərizəçinin iş yoldaşıdır. Ölən şəxsi tanıyır, evlərinə gediş-gəlişim var idi. Uzun müddət idi ki, xəstə idi. 20 dekabr 2021-ci il tarixində səhər saatlarında dünyasını dəyişmişdir. Dəfndə də iştirak etmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 06 yanvar 2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, X5 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Keyrəki” qəbiristanlığında 20 dekabr 2021-ci il tarixində dəfn olunmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X5 28 fevral 1933-cü ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.

11. İş materiallarında olan 20.12.2021-ci il tarixində Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X3 10:40-da onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 30.12.2021-ci il tarixli, 05/Q-2368 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.

13. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 20.12.2021-ci il tarixində vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X11 5 nömrəli Şəhər Poliklinikasına ünvanladığı 25.12.2021-ci il tarixli, 740 saylı məktubunda bildirilmişdir ki, 28 fevral 1933-cü il təvəllüdlü X5 20.12.2021-ci il tarixində rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadədələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X5 20 dekabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Keyrəki” qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 17.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X4 20 dekabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 28 fevral 1933-cü il təvəllüdlü X4 20 dekabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar