Məhkəmə qərarları › İş №2(006)-1442/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1442/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1442/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1979-cu il tarixdə doğulan X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə doğulan anası X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində təcili yardım gəlib çatana kimi ünvan 1 ünvanında rəhmətə getmişdir. Başları yas mərasiminə qarışdığından anasına ölüm haqqında şəhadətnaməni vaxtında götürə bilməmişlər. Anası rəhmətə getdikdən sonra onlar anasını Kürdəxanı kənd qəbirstanlığında dəfn etmişlər. Son vaxtlar isə o, bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan anası barədə sənəd istəmişlər. O, 6 saylı Binəqədi rayon Məlikov adına xəstəxanaya 106 saylı forma arayış almaq üçün müraciət etdikdə ona bildirdilər ki, uzun müddət poliklinikaya anası ilə bağlı müraciət olunmadığı üçün 106 saylı formanın verilməsinin mümkün olmadığını və ona bu barədə məhkəməyə müraciət etməyi bildirdilər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmiş və bildirmişlər ki, xx.xx.1979-cu il tarixdə doğulan X2 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iclası keçirilən zaman maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumənin keçmiş həyat yoldaşı, ərizəçinin isə atasıdır. Mərhumə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onunla aralarında olan nikah münasibətlərinə 2019-cu il tarixində son qoyulmuşdur. Birgə nikahlarından bir oğlu və bir qızı dünyaya gəlmişdir. Qızı ailəlidir. Keçmiş həyat yoldaşının vəfat etməsi barədə uşaqları ona məlumat vermişlər. Mərhumə 09 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Onu Kürdəxanı qəbirstanlığında dəfn etmişlər. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumənin oğlu, ərizəçinin isə qardaşıdır. O, hərbi xidmətdə olarkən komandiri ona məzuniyyətə buraxıldığını bildirmişdir. Daha sonra evə gəldikdə ona məlum olmuşdur ki, anası rəhmətə getmişdir. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, "xxxx" MMC-də fəhlə işləyir. Mərumə anası 2020-ci il tarixində rəhmətə getmişdir. Mərhuməni Kürdəxanı qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı mərhumun qohumları da iştirak etmişlər. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, mərhumənin atası, ərizəçinin isə babasıdır. Qızı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Eyni zamanda, infarkt keçirtmişdir. 2020-ci ilin sentyabr ayında böyrək əməliyyatı olmuşdur. O, hər il əməliyyat olurdu. Mərhumə qızı 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onu Kürdəxanı qəbirstanlığında dəfn etmişlər. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, mərhumənin anası, ərizəçinin isə nənəsidir. Mərhumə qızı xəstə idi. Dəfələrlə əməliyyat olunmuşdur. 09 dekabr 2020-ci il tarixdə rəhmətə getmişdir. Onu Kürdəxanı qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı mərhumun qohumları da iştirak etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri Təcili və X6 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə 41 yaşlı X2 adına çağırış verilmişdir. Həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q-151/76 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə mərkəzi” PHŞ 10 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 133 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, yarımçıq binada məcburi köçkün kimi müvəqqəti məskunlaşmış və xx.xx.2020-ci il tarixdə saat 07:10-da vəfat etmiş xx.xx.1979-cu il təvəllüdlü X5 hər hansı xəstəliklə əlaqədar Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir və ambulator kartası yoxdur. Bu səbəbdən AZS-106 ölüm haqqında tibbi şəhadətnamə poliklinika tərəfindən verilmir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 44 saylı arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbəsi 4 saylı qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, mərhumə X2 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anası X2 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur ki, xx.xx.1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar