Məhkəmə qərarları › İş №2(006)-1444/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1444/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1444/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdeh Həsənli Cəmil Ələkbər oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Həsənli Cəmil Ələkbər oğluna, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Həsənli Cəmil Ələkbər oğluna, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Həsənli Cəmil Ələkbər oğluna İddiaçı QSC ilə bağladığı 09.07.2015-ci il tarixli 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənli Cəmil Ələkbər oğlu İddiaçı QSC ilə bağladığı 13.07.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.02.2016-cı il tarixli 002R**********S saylı, 28.03.2016-cı il tarixli 002R**********SA saylı, 15.03.2017-ci il tarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həsənli Cəmil Ələkbər oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Həsənli Cəmil Ələkbər oğlu götürdüyü kredit borcundan 13074,12 ABŞ dolları ödəmiş, onun 11925,88 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Həsənli Cəmil Ələkbər oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28.10.2020-ci il tarixə 715 gün üçün hesablanmış faiz borcu 12529,38 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 28.10.2020-ci il tarixə 715 gün üçün hesablanmış cərimə 10327.78 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənli Cəmil Ələkbər oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Həsənli Cəmil Ələkbər oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənli Cəmil Ələkbər oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh3, borclu Həsənli Cəmil Ələkbər oğlu və Bank arasında bağlanılmış 10.07.2015-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhəri 3 saylı notariat kontorunun notariusu X3 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın,3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv.m ümumi, 39,62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 4JVb-li reyestr kitabının 47 №-li vərəqində qeydiyyata alınmış RXJVb0690647 saylı çıxarışla Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın, 3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv. m ümumi, 39.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzil Həsənli Cəmil Ələkbər oğlunun kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın əri Həsənli Cəmil Ələkbər oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın,3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv. m ümumi, 39,62 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür, (razılıq ərizəsinin surəti əlavə olunur). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 02.10.2020-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 11925,88 ABŞ dolları məbləğində kredit borcu, 12529,38 ABŞ dolları məbləğində faiz borcu və 10327,78 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34783,04 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın, 3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv. m ümumi, 39,62 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və cəmi 34783,04 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın,3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv.m ümumi, 39,62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Həsənli Cəmil Ələkbər oğlunun, Cavabdeh3, X4, Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Həsənli Cəmil Ələkbər oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İşin materiallarında olan İddiaçı QSC ilə Həsənli Cəmil Ələkbər oğlu arasında bağlanmış 09.07.2015-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Həsənli Cəmil Ələkbər oğluna 120 ay müddətinə, 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarındakı ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38 nömrəli, mənzil 50 öhdəliklərin təminatı kimi İddiaçı QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 38.500 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Həsənli Cəmil Ələkbər oğlu arasında bağlanmış 13.07.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Həsənli Cəmil Ələkbər oğluna 48 ay müddətinə, illik 1,6 faiz dərəcəsi ilə 25.000 Abş dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Həsənli Cəmil Ələkbər oğlu, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 09.07.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Həsənli Cəmil Ələkbər oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 11.07.2015-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38 nömrəli, mənzil 50 İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşin materiallarında olan İddiaçı QSC-nin Həsənli Cəmil Ələkbər oğluna ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin 16.11.2021-ci il tarixli, H/02-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38 nömrəli, mənzil 50-nin likvid dəyəri 59.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 200 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4689 saylı, 09 avqust 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 02.07.2015-ci il tarixli, 100/01/114619/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla,Həsənli Cəmil Ələkbər oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 13 iyul 2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması:; 04 fevral 2016cı il tarixli saziş; 28 mart 2016-cı il tarixli saziş və 15 mart 2017-ci il tarixli sazişin şərtlərinə müvafiq olaraq Həsənli Cəmil Ələkbər oğlunun 13.03.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 24.409,54 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 12.443,84 ABŞ dolları, faiz borcu üzrə 11.965,70 ABŞ dolları. Həmçinin, hesabdan çıxarış məlumatlarından göründüyü kimi 07.10.2020-ci il tarixdə 588,10 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 588,10 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 23.821,44 (24.409,54- 588,10) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 11.855,74 ABŞ dolları, faiz borcu üzrə 11.965,70 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Həsənli Cəmil Ələkbər oğlu arasında bağlanmış 09.07.2015-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsinlə əsasən bank tərəfindən Həsənli Cəmil Ələkbər oğluna 120 ay müddətinə, 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38 nömrəli, mənzil 50 öhdəliklərin təminatı kimi İddiaçı QSC-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 38.500 manat məbləğində qiymətləndirilmiş, İddiaçı QSC ilə Həsənli Cəmil Ələkbər oğlu arasında bağlanmış 13.07.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Həsənli Cəmil Ələkbər oğluna 48 ay müddətinə, illik 1,6 faiz dərəcəsi ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Həsənli Cəmil Ələkbər oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38 nömrəli, mənzil 50-yə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 59.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh3 qaytarılmalıdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində cavabdehlərin banka 11855.74 ABŞ dolları əsas, 11.965,70 ABŞ dolları faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 11.925,88 ABŞ dolları əsas, 12.529,38 ABŞ dolları faiz borcu tələb edilir. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, 11855.74 ABŞ dolları əsas, 11.965,70 ABŞ dolları faiz borcu tutulmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «istifadə hüququnun itirilməsi» hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 002R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 11.855,74 (on bir min səkkiz yüz əlli beş ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 11.965,70 (on bir min doqquz yüz altmış beş ABŞ dolları, yetmiş sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, ümumilikdə 24.321,44 (iyirmi dörd min üç yüz iyirmi bir ABŞ dolları, qırx dörd sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın, 3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv.m ümumi, 39,62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 59.000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Həsənli Cəmil Ələkbər oğlunun, Cavabdeh2, Cavabdeh3 İddiaçı QSC-yə olan kredit borcları ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh3 qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalı, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 002R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 11.855,74 (on bir min səkkiz yüz əlli beş ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları əsas, 11.965,70 (on bir min doqquz yüz altmış beş ABŞ dolları, yetmiş sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, ümumilikdə 24.321,44 (iyirmi dörd min üç yüz iyirmi bir ABŞ dolları, qırx dörd sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.077 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 9 mərtəbəli binanın, 3-cü girişində, 7-ci mərtəbədə yerləşən 66,69 kv.m ümumi, 39,62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 50 nömrəli mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 59.000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Həsənli Cəmil Ələkbər oğlunun, Cavabdeh2, Cavabdeh3 İddiaçı QSC-yə olan kredit borcları ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh3 qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulsun. İpoteka predmeti satıldıqdan bir ay sonra boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Həsənli Cəmil Ələkbər oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar