Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1460/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhərində doğulan və Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 40-da qeydiyyyatda olan mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X6 Bakı şəhərində rəhmətə gedib. Qardaşının vəziyyəti xx.xx.2024-ci il tarixdə qəfildən pisləşmişdir və ərizəçi tez təcili yardım çağırmışdır. Təcili yardım çatanda mərhum qardaşı ölmüşdür. Qardaşı onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mərhum qardaşı rəhmətə getdikdən sonra ərizəçi onu Saray qəbiristanlığında dəfn etmişdir. Ərizəçi isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəçinin əlində əsaslı sənədlər olmadığı üçün bundan imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, Qeydiyyat şöbəsinin imtina etməsi ərizəçinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Mərhum qardaşının ölüm faktını şahidlər təsdiq edə bilər: X1 və X9. Odur ki, xx.xx.1957-ci il tarixdə doğulan mərhum qardaşı X4 xx.xx.2024-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi və qətnamənin icrasının Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Dzerjinski (Nərimanov) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1589 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X2, ana qafasında İlyasova Leyla Xidmətovna qeyd edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X13 5 nömrəli Şəhər Poliklinikasının 1247 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müalicə və müayinə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 arayışı verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Abşeron Rayon Saray Bələdiyyəsinin 05/820 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Masazır qəsəbəsi, Qurtuluş 93,13-4 ünvanında X4 həmin tarixdə həkiməqədər ölümü aşkar edilmişdir. Bakı-Nəsimi PRİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı № 07752977 Azərbaycan respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, mərhum onun dostu Elçinin dayısı olmuşdur. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkmişdir. X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Saray qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X6 onun dayısı olmuşdur. Mərhum onkoloji xəstə olmuş, uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. Mərhum xx.xx.2024-cü il tarixdə Saray qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X6 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmiş və Abşeron Rayon Saray kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1460/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1460/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver