Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1467/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi və vəkili oğlunun, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi iştirakları ilə, iddiaçı cavabdehlər «xxxx» QSC və qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» QSC və qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə “xxxx” QSC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış, reyestrdə 3M-1136 № ilə qeyd edilmiş, xx xxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri Yasamal rayonu 614-cü məhəllə, X11 Naxçıvani küçəsi, 15 nömrəli mənzilin ipotekadan azad edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş üzrə cavabdeh “xxxx” QSC məhkəmə iclasında işlərin birləşdirilməsi barədə vəsatət ilə müraciət edərək, İddiaçı cavabdeh “xxxx” QSC-yə və Cavabdeh2 oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair mülki işin Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmaqda olan “xxxx”xxxx” MMC-nin X8 və qeyrilərinə qarşı irəli sürdüyü “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair 2(008)-22/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2015-ci il tarixində «xxxx» QSC ilə “xxxx” MMC arasında 134384/03 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan “xxxx” MMC-yə 36 ay (otuz altı ay) müddətinə, illik 15% (on beş faiz) olmaqla 727 800 AZN (yeddi yüz iyirmi yeddi min səkkiz yüz manat) məbləğində kredit ayrılmışdır. Borcalanın 134384/03 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxxx 2015-ci il tarixində bank ilə ipoteka qoyan X8 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X4 məxsus olan, 0.08 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 268.1 kv.m., yaşayış sahəsi 176.5 kv.m., yardımçı sahəsi 91.6 kv.m-dən ibarət Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evi «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalanın 134384/03 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxxx 2015-ci il tarixində bank ilə ipoteka qoyan X9 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X6 məxsus olan, ümumi sahəsi 60.62 kv.m., yaşayış sahəsi 42.62 kv.m., yardımçı sahəsi 18 kv.m-dən ibarət 3 otaqlı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., 4090/94 məhəllə, ev 6, 33 nömrəli mənzil «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalanın 134384/03 №-li Kredit müqaviləsindən irəli gələn Öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxxx 2015-ci il tarixində bank ilə ipoteka qoyan İddiaçı arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, ümumi sahəsi 129.6 kv.m-dən ibarət olan ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalanın 134384/03 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxxx 2015-ci il tarixində bank ilə ipoteka qoyan İddiaçı arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, 0.110406 ha torpaq sahəsindən ibarət, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1184 saylı bağ sahəsi «xxxx» QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı borcalanın 134384/03 №-li Kredit müqavilələrindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdeh X8 və Cavabdeh2 ilə bank arasında xx xxxxxxx 2015-ci il tarixində zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanm öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. «xxxx» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də “xxxx” MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadİ olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «xxxx» QSC-ə olan borclarını ödəməmişlər. Bu səbəbdən cavabdehlər “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair xx.xx.2016-cı il tarixdə Sabunçu rayon Məhkəməsində iddia qaldırılmışdır. İddiaçı “xxxx” MMC cavabdeh «xxxx» QSC-yə qarşı ‘‘kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə” tələbinə dair xx.xx.2016-cı il tarixdə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. İddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-249/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçı X1 (Cavabdeh2 anası) cavabdeh «xxxx» QSC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlakın ipotekadan azad edilməsi” tələbinə dair xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia tələbi Nəsimi rayon Məhkəməsinin 2(006)-4481/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı məhkəmənin qətnaməsində apellyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin edilməmişdir. İddiaçı X9 (X3 atası) cavabdeh «xxxx» QSC-yə və X4 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə və ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlakın ipotekadan azad edilməsi ” tələbinə dair xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində iddia qaldırılmışdır. “xxxx” QSC tərəfində məhkəmədə vəsatət verilərək qaldırılmış iddia tələbili ilə bankın iddia tələbinin bir icraatda birləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə vəsatətimizi təmin edərək X5 iddia ərizəsinin bankın iddia tələbi ilə bir icraatda birləşdirilməsi ilə bağlı qərardad vermişdir. Hal-hazırda iş Sabunçu rayon Məhkəməsinin icraatında baxılmaqdadır. İcraatda olan işlə bağlı iddia ərizəsində göstərilənlər formal xarakterli ərizədir. Fikrincə bu iddia ilə məhkəməyə müraciət etməkdə məhz “xxxx” QSC-nə olan kredit borcların bu yolla banka ödəməsini yubatmaq məqsədi daşıyır. Ədalət mühakiməsinin obyektiv araşdırılması məqsədilə eyni tərəflər arasında bir işin Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında 2016-cı ilin dekabr ayından araşdırılması aparıldığını nəzərə alaraq icraatda olan 2(006)- 1467/2021 saylı işin bir məhkəmənin icraatında baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edirlər. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh “xxxx” QSC-yə və Cavabdeh2 oğluna qarşı işin bir icraatda baxılması üçün “xxxx”xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı irəli sürdüyü borcun qaytarılması tələbi barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində olan 2(008)-22/2021 saylı işlə birlikdə baxılması üçün birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin nümayəndəsi və vkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 vəsatətin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, vəsatətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı “xxxx” QSC “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı borcun qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1739/2016 saylı qərardadından (hakim Anar Rzayev) görünür ki, iddiaçı “xxxx” QSC “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı “kredit üzrə borcun qaytarılması və s” tələbinə dair iddiası ərizəsi xx.xx.2016-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2017-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər «xxxx» QSC və qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-1739/2016 saylı qərardadından (hakim Anar Rzayev) görünür ki, iddiaçı “xxxx” QSC “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı “kredit üzrə borcun qaytarılması və s” tələbinə dair iddiası ərizəsi xx.xx.2020-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-cı il tarixə, saat 10:20-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırkı iş üzrə cavabdehin işlərə birgə baxılmasına dair xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-22/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1467/2021 saylı mülki işdən məhkəmə icraatına daha əvvəl icraata götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı cavabdehlər «xxxx» QSC və qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-1467/2021 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” QSC-nin “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair 2(008)-22/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalı və bu məqsədlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1467/2021 saylı mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 44, 184, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı cavabdehlər «xxxx» QSC və qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-1467/2021 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” QSC-nin “xxxx” MMC-yə, X4, Cavabdeh2, İddiaçı və X6 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair 2(008)-22/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1467/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1467/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver