Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1485/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 2020-ci il tarixdə vəfat etmiş atası X2nun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X9 xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası onkoloji xəstəlikdən əziyyət çəkərək xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bibiheybət qəbirstanlığında dəfn olunmuşdur. O, atasının vərəsəsi kimi tanınıb vərəsəlik şəhadətnaməsini əldə etmək üçün atasının ölüm haqqında şəhadətnaməsini notariat orqanına təqdim etməlidir. Bunun üçün uzun müddət keçməsinə baxmayaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Bibiheybət Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdn görünür ki, mərhum atası X1 rayon ərazisindəki Bibiheybət qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q- 1518/75 nömrəli məktubla ona bildirilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də VVADQ-da hər hansı məlumat aşkar edilmədiyindən, ölüm haqqında şəhadətnaməni digər qaydada ala bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin anası, mərhumun isə həyat yoldaşıdır. X9 ilə xx.xx.1981-ci il tarixində ailə qurmuşdur. 40 ilə yaxın evli olmuşlar. X2 Milli Qvardiyada qulluq etmişdir. Yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkmişdir və o, xx xxxxxxx 2020-ci il tarixində, təxminən səhər saat 10:00 radələrində rəhmətə getmişdir. Təcili Yardım çağırmışlar. Elə həmin gün də mərhum yoldaşını Bibiheybət qəbirstanlığında dəfn etmişlər. Dəfndə qohumları da iştirak etmişdirlər. X3 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, ərizəçinin qardaşı, mərhumun isə oğludur. Atası xx xxxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Həmin gün o, dostugildə qalmışdır. Ona atasının vəziyyətinin pisləşdiyini demişlər və o, evə gəldikdən sonra atasının rəhmətə getdiyini görmüşdür. Təcili Yardım çağırmışlar. Atasını Bibiheybət qəbirstanlığında dəfn etmişlər. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin əmisi, mərhumun isə qardaşıdır. Onlar mərhum qardaşı X9 ilə qonşuluqda yaşamışlar. xx xxxxxxx 2020-ci il tarixində Marina onlara gələrək bildirdi ki, qardaşının vəziyyəti pisdir. Təcili Yardım çağırmışlar. Qardaşının təzyiqi düşmüşdü. Ona iynə vuruldu. Bir müddət sonra isə vəziyyəti düzəlmişdi. Lakin bu çox çəkməmişdir və qardaşı bir qədər sonra rəhmətə getmişdir. Mərhum qardaşı Bibiheybət qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X5 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə 1958-ci il təvəllüdlü X7 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Bibiheybət Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X1 rayonu ərazisindəki Bibiheybət qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-1518/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 1691 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X9 xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, qeyd olunan ünvan söküldüyü üçün müayinə və müalicə almadığına görə ölüm səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X7 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1958-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuş X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1485/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1485/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver