Məhkəmə qərarları › İş №2(006)-1511/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1511/2021

06.04.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1511/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili X9 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh2nə qarşı «ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə X7 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 5494 F nömrəli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 191000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə X8 arasında bağlanmışxx.xx.2015- ci il tarixli, 5947 PK nömrəli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqaviləyə əsasən kredit alana 12 ay müddətinə, illik 28 faiz hesablanmaqla 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Hər iki kredit öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, - nömrəli binada yerləşən 248 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli Qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, İddiaçı və X5 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsi təmin edilmiş, xx.xx.2014-cü tarixli 5494F saylı kredit müqaviləsi üzrə X2 ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X3 11911 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, hər iki cavabdehdən müştərək qaydada 82 manat rus məbləğinin “Cavabdeh1" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə ünvanında yerləşən 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmet bazar qiymətinin 222000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi və mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamədən müvafiq olaraq apelyasiya və kassasıya şikayətləri verilsə də, hər iki şikayət təmin olunmamış, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1005/2017 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə icraya yönəldilmişdir. İddiaçı hesab edir ki, ipotekaya xitam verilməli, ona məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış iddiaçıya qaytarılmalıdır. Belə ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli xx/xx-239967/4-17565 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında qanun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq “Birja yenilikləri” qəzetinin xx.xx.2019cu tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddət müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olamayan qiymətlə, yəni 141525 manat olmaqla ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 1 (bir) ildən çox müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi və ipoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtdə, ‘'Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Qeyd olunduğu kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabı prospekti, 3153-cü məhəllə ünvanında yerləşən 248 nömrəli mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc etdirilmiş və “Cavabdeh1" ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə, Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi" termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, “əldə etmə" termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. “Cavabdeh1" ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyata aldırmamış, hətta hərrac təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. Beləliklə, Cavabdeh1 ASC-nın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində qeyd olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsi iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciəti üçün əsas yaratmışdır. Göstərilənlərə əsasən, iddiaçıya məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, - nömrəli binada yerləşən 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, ipoteka haqqında qanunun tələblərinə uyğun olaraq bank hərracın yekunlarından sonra əmlakı əldə etməmiş və bu barədə hərracı keçirən təşkilat tərəfindən arayış verilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianı qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq digər Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbələri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə mülki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, İddiaçı və X5 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsinin təmin edilməsi, xx.xx.2014-cü tarixli 5494F saylı kredit müqaviləsi üzrə X2 152554 ABŞ dolları əsas borcun, 34535 ABŞ dolları faiz borcunun, ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X3 9958 ABŞ dolları əsas borcun, 1953 ABŞ dolları faiz borcunun, ümumilikdə 11911 ABŞ dolları məbləğində kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ümumilikdə 199000 ABŞ dolları və 82 manat məbləğində tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə istifadədə olan 0,198 ha torpaq sahəsində yerləşən, 18 mərtəbəli binada, 142,8 kv.metr ümumi, 85,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 222000 manat dəyərində qiymətləndirilməsi və açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi və əmlakın satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cavabdeh2 xx xxxx 2019-cu il tarixli məktubunun və xx xxxx 2019-cu il tarixli 239967/4 saylı Hərracın keçirilməsi haqqında Sifarişin surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin hərraca çıxarılması Respublika Xammal və X15 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş olunmuşdur. İş materiallarında olan Respublika Xammal və X15 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 01/2535 saylı təklifin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 141525 manat olmaqla Cavabdeh1 ASC-yə təklif olunmuşdur. İşdə olan Respublika Xammal və X15 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2021-ci il tarixli a/1983 saylı məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzili Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli Qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4, İddiaçı və X5 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsinin təmin edilməsi, xx.xx.2014-cü tarixli 5494F saylı kredit müqaviləsi üzrə X2 152554 ABŞ dolları əsas borcun, 34535 ABŞ dolları faiz borcunun, ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X3 9958 ABŞ dolları əsas borcun, 1953 ABŞ dolları faiz borcunun, ümumilikdə 11911 ABŞ dolları məbləğində kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ümumilikdə 199000 ABŞ dolları və 82 manat məbləğində tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə istifadədə olan 0,198 ha torpaq sahəsində yerləşən, 18 mərtəbəli binada, 142,8 kv.metr ümumi, 85,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 222000 manat dəyərində qiymətləndirilməsi və açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi və əmlakın satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamə üzrə icra sənədi Bakı şəhəri Cavabdeh2 icraatına daxil olduqdan sonra xx xxxx 2019-cu il tarixli məktubla və xx xxxx 2019-cu il tarixli 239967/4 saylı Hərracın keçirilməsi haqqında Sifarişlə ipoteka predmetinin ilkin satış qiyməti 222000 manat olmaqla hərraca çıxarılması üçün Respublika Xammal və X15 Mərkəzi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş verilmiş, həmin hərrac təşkilatı tərəfindən hərraclar keçirilsə də əmlak satılmamış, bundan sonra hərrac təşkilatı tərəfindən Cavabdeh1 ASC-yə xx xxxxxxxx 2019-cu il tarixli 01/2535 saylı təklif göndərilmiş, həmin təklifdə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 141525 manat olmaqla Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Lakin mənzil Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 317.2-ci maddəsinə əsasən satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. - 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. - 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. .... İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzili hərraclar zamanı satılmamış, bundan sonra ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilsə də, sonuncu həmin mənzili əldə etməmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı hissəsində təmin edilməli, ipotekaya xitam verilməli, ipotekanın qeydiyyatı ləğv edilməli və dövlət reyestrindən çıxarış iddiaçıya qaytarılmalıdır. İddianın Cavabdeh2nə qarşı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh2 hazırki mübahisə üzrə ipoteka münasibətlərinin subyekti olmadığından iddia, Cavabdeh2nə qarşı hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməli, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilməli və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış iddiaçıya qaytarılmalı, iddia, Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilsin, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilsin və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı İddiaçı qaytarılsın. İddia, Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar