Məhkəmə qərarları › İş №2(006)-1539/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1539/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1539/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etdiyi) "ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1971-ci il təvəllüdlü həyat yoldaşı X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə təcili yardım gəlib çatana kimi ünvan 1 ünvanında rəhmətə getmişdir. Başları yas mərasiminə qarışdığından və həmin günlər qeyri-iş günləri olduğundan yoldaşına ölüm haqqında şəhadətnaməni vaxtında götürə bilməmişdirlər. Ancaq yanvar ayının 3-də onlar müraciət etdikdə bildirdilər ki, “biz verə bilmərik, məhkəməyə müraciət etməlisiniz.” Yoldaşı rəhmətə getdikdən sonra onlar onu Suraxanı rayonu, Əmircan qəsəbəsi qəbiristanlığında dəfn etmişdirlər. X10 tərəfindən verilmiş arayış təsdiq edir. Son vaxtlar isə o bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan əri barədə hər hansı sənəd istəyirlər. O, 3 saylı şəhər poliklinikasına 106 saylı Forma arayış almaq üçün müraciət etdikdə ona bildirdilər ki, uzun müddət poliklinikaya həyat yoldaşı ilə bağlı müraciət olunmadığı üçün 106 saylı Formanın verilməsinin mümkün olmadığını və ona bu barədə məhkəməyə müraciət etməyi bildirdilər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə və vərəsəlik işlərində lazım olur. Yoldaşının ölüm faktını şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək, Ərizəçi bacısı olduğunu, mərhum X2 yeni il günü rəhmətə getdiyini və yasda iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində mərhum X2 onun qardaşı olduğunu və 31 dekabrdan 01 yanvara keçən gecə rəhmətə getdiyini bildirdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (2QBUT3E) sürətindən görünür ki, X3 xx.xx.1971-ci il tarixində doğulmuşdur. İş materiallarında olan Təcili və X9 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:32-də xəstənin yanına gəlinmiş və kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Syraxanı rayonu Əmircan Bələdiyyəsinin 19 yanvar 2024-cü il tarixli, 4 saylı arayışına əsasən məhrum X1 qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki, X3 xx.xx.1971-ci il tarixində doğulmuş, xx.xx.2024-cü ildə isə ölmüşdür. İş materiallarında olan Mənzil-İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 29 nömrəli arayışından görünür ki, X3 ölümünə qədər, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək həyat yoldaşı Ərizəçi ilə Bakı şəhəri, AK. H.Əliyev küçəsi, D saylı binanın, 10 saylı mənzildə qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X12"Bakı Baş Səhiyyə Mərkəzi" X12 3 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçia ünvanlanmış 19 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 ölüm səbəbi məlum olmadığından mərhumun adına “Ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün deyildir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1971-ci il tarixdə doğulmuş X3 01 yanvar 2024-cü il tarixində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 01 yanvar 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar