Məhkəmə qərarları › İş №2(006)-1552/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1552/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1552/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 6426.37 (altı min dörd yüz iyirmi altı manat otuz yeddi qəpik) manat əsas, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 12 fevral 2018-ci il tarixə ödənilməmiş 2355.77 (iki min üç yüz əlli beş manat yetmiş yeddi qəpik) manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4932.67 manat dəbbə pulu, ümumilikdə 13714.81 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, tutma 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və borc 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilə yönəldilsin, həmin avtomobilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, bildirdi ki, “Nikoyl” X1 6 saylı filialı ilə Cavabdeh arasında 11 fevral 2014-cü il tarixli 17-A-1-0-325-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11 bəndlərinə əsasən illik 17% hesablanmaqla 48 aylıq müddətə cavabdehə 10300 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə kreditin təyinatı 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 11 fevral 2014-cü il tarixli 17-A-1-0-325-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 20600 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “ödəniş cədvəlinə” əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 298 manat, ümumilikdə isə 14253 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Nikoyl” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2014-cü il tarixli 17-A-1-0-325-14 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11 bəndlərinə əsasən illik 17% hesablanmaqla 48 aylıq müddətə cavabdehə 10300 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə kreditin təyinatı 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilin alınması olmuşdur. iş materiallarında olan “Nikoyl” X1 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2014-cü il tarixli 17-A-1-0-325-14 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 20.600 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilidir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ay sabit məbləğdə olmaqla 298 manat, ümumilikdə isə 14253 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilərkən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 4932.67 manat cərimə cavabdehin hazırda ödənilməmiş borcuna mütənasibdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 400 manat məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əsas borc 6426.37 (altı min dörd yüz iyirmi altı manat otuz yeddi qəpik) manat əsas, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 12 fevral 2018-ci il tarixə ödənilməmiş 2355.77 (iki min üç yüz əlli beş manat yetmiş yeddi qəpik) manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 400 (dörd yüz) manat dəbbə pulu, ümumilikdə 9.182,14 (doqquz min yüz səkkən iki manat on dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və borc 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207199 ban nömrəli, gümüşü rəngli avtomobilə yönəldilsin, həmin avtomobilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar