Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1553/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» İKB ASC-nin (hazırda «xxxx» ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3.666 manat 77 qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə – yəni, xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 565 manat 46 qəpik faiz, iddia qaldırılan tarixə hesablanmış 3.584 manat 69 qəpik dəbbə pulu, ümumilikdə 7.816 manat 92 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması; tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 2013-cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi; həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 17 % hesablanmaqla 36 aylıq müddətə cavabdehə 6.850 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 13.700 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 245 manat, ümumilikdə isə 8.785 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 12.3-cü bəndinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə kreditor öhdəliklərin icrasını bankın öz seçimi ilə məhkəmə və ya notariusun icra qeydi əsasında təminat üsuluna yönəltmək hüququna malikdir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə kredit üzrə faizlər hər ayın ödəniş qrafikində göstərilmiş tarixdən gec olmayaraq borc alan tərəfindən kreditora ödənilir. Kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın ödəniş qrafikində göstərilmiş tarixinədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş (vaxtında ödənilməyən) faizlər hesab olunur. Kredit müqaviləsinin 1.14-cü bəndinə müvafiq olaraq kredit və kredit üzrə faizlər ödəmə qrafikinə əsasən vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka, vaxtında ödənilməmiş məbləğə görə gündəlik 0,15 % həcmində dəbbə pulu cərimə faizi ödəməlidir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 6.1 və 8.1-ci bəndlərinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və borc alanın bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbləri məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Cavabdeh kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Həmin Fərmanın 6.2 və 8.10-cu bəndlərinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan «xxxx» İKB ASC-nin Cavabdeh qarşı iddiası xx xxx 2019-cu il tarixli 2(006)-248/2019 saylı qərardadla baxılmamış saxlanılmışdır. Lakin, Cavabdeh Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti xx xxxxxx 2019-cu il tarixədək banka heç bir müraciət etməmişdir. Borcun ödənilməsi üçün bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetə yönəltməni tam qanuna uyğun hesab edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC-nin 6 saylı filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.850 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3.666 manat 77 qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə – yəni, xx xxxxxx 2017-ci il tarixə ödənilməmiş 565 manat 46 qəpik faiz, iddia qaldırılan tarixə hesablanmış 3.584 manat 69 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 7.816 manat 92 qəpik borcunun mövcud olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 6.850 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-372-14 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, 2013-cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilini banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindənxx xxxxxx 2014-cü il tarixli AA seriyalı 117193 saylı çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan «xxxx» ASC ipoteka ilə yüklü edilmiş avtomobili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Bildirişdən görünür ki, «xxxx» ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3.666 manat 77 qəpik əsas borc, 565 manat 46 qəpik faiz, 100 manat cərimə olmaqla, cəmi 4.332 manat 23 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan 2013-cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği «xxxx» ASC-yə ödənilməli, «xxxx» ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3.666 manat 77 qəpik əsas borc, 565 manat 46 qəpik faiz, 100 manat cərimə olmaqla, cəmi 4.332 manat 23 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan 2013-cü il buraxılışlı, «SAİPA 132 SE» markalı ** GU *** dövlət qeydiyyat nişanlı, NAS421100E1141313 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği «xxxx» ASC-yə ödənilsin. «xxxx» ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1553/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1553/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver