Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1566/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X2 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda vəfat etmişdir. Təcili və X3 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və “Respublika Təcili və X3 Mərkəzi” PHŞ Nəsimi TTTYS tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Qobustan rayonu Qobustan şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də, yaşadığı ərazi üzrə AR "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" Publik Hüquqi şəxs Bakı Baş Səhiyyə X8 şəxs 5 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənm verilməsi mümkün olmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixli 03 saylı imtina məktubu verilmişdir. Bununla yanaşı, müvafiq ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş və həmin Şöbə tərəfindən də xx.xx.2025-ci il tarixli 3-16-5/8-M-xx-xx/2025 saylı imtina məktubu verilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda isə ölüm haqqında şəhadətnamənin olmadığına görə, Ərizəçi ölümlə bağlı dəfn müavinətini də ala bilmir. Həmçinin, ailə başçısının itirilməsinə görə pensiyanın alıması üçün də ölüm haqqında şəhadətnamənin müvafiq inzibati orqana təqdim edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi atası xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Nəsimi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X4 bildirdi ki, ərizəçinin qonşusudur. Mərhum orada vəfat olmuşdur. Qobustan rayonu Nərimankənd kəndində dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Mərhum ürək çatışmazlığından vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X5 bildirmişdir ki, ərizəçinin qardaşıdır. Atası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Yas mərasimi Qobustan rayonu Nərimankənd kəndində keçirilmiş, həmin kənddə dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələri X6 Hüquqi şəxs Bakı Baş Səhiyyə X8 Şəxs 5№li şəhər poliklinikası tərəfindən verilmiş məlumata əsasən, xx.xx.1936-cı il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, C.Məmməquluzadə 144B ünvanda yaşayan X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbini bilmədiklərinə görə Forma №106 almaq üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Qobustan rayon Qobustan Bələdiyyəsi tərəfindən xx.xx.2025ci il tarixli 325 saylı arayışda göstərilmişdir ki, X2 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi rayonunda vəfat etmiş, Qobustan şəhərinə gətirilərək şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsində görünür ki, xx.xx.2025-ci il tarixdə saat C.Məmməquluzadə 144B ünvanda kişi cinsli meyit aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin atası X1 xx.xx.2025-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçin ərizəsi təmin edilməklə xx.xx.1936-cı il tarixdə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1566/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1566/2025
20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver