Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1582/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli F800 №li arxiv çıxarışında göstərilmiş Abşeron rayonu Fatmayı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 97-3 №li qərarı əsasında ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizə ünvanlayaraq Abşeron rayon Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 nömrəli xx.xx.1990-cı il tarixli qərarının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona Abşeron rayonu, Fatmayi kəndi ərazisində 1990-cı ildə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ona verilməsi Abşeron rayonu Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 nömrəli xx.xx.1990-cı il tarixli qərarından çıxarışla təsdiqlənir. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün müraciət etdikdə 4 saylı Abşeron Ərazi İdarəsindən ona bildirmişlər ki, xx.xx.2023-cü il tarixli F800 №-li Abşeron Rayon Dövlət Arxivinin verdiyi arayışda Ərizəçi əvəzinə X17 göstərilmişdir. Odur ki, göstərilən sənədin ona məxsus olmasının məhkəmə qaydasında təsdiqlənməsi zərurəti yaranmışdır. Göstərilən səhvə görə mülkiyyətində olan torpaq sahəsini dövlət reyestrində qeydiyyata saldıra bilmir. DƏDKR-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-M-0396- 8/2023 №-li bildirişinə əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir və göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə iddiaçının soyadına və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Hesab edir ki, Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 04 iyul 2023-cü il tarixdə F800 qeydiyyat №-si ilə verilmiş arxiv arayışından çıxarışın ona Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X12 ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Nüsrət qızı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin Ərizəçi ünvanlanmış F-1288 nömrəli, xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Fatmayı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 07-3 nömrəli qərarına əsasən Ərizəçi 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmaqla fərdi ev tikdirməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət X1 ünvanlanmış F800 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Fatmayı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 07-3 nömrəli qərarına əsasən X13 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmaqla fərdi ev tikdirməsinə icazə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin T-191/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Fatmayı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 07-3 nömrəli qərarına əsasən X13 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmaqla fərdi ev tikdirməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Ərizəçi ərizəsinin icrasından imtina olunmuşdur. Məktubda imtinanın əsaslarından biri kimi o da göstərilmişdir ki, müraciət üzrə əlavə edilmiş 29.06.22-ci il tarixli, F-755 nömrəli arxiv arayışında göstərilən hüquq sahibinin soyad və ata ilə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə göstərilən hüquq sahibinin soyad və ata adı arasında uyğunsuzluq olduğun müəyyən edilmişdir. Belə ki, arxiv arayışında hüquq sahibi “X18” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə Ərizəçi” kimi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 4 saylı Abşeron Ərazi İdarəsi hazırki ərizəyə etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Bildirir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 29 iyun 2022- ci il və 04 sentyabr 2023-cü il tarixli müraciətləri olmuş, həmin müraciətlərin icrasından Abşeron rayon Fatmayı kənd XDS İK-nin 14 fevral 1990-cı il tarixli, 07-3 nömrəli qərarı ilə Ərizəçi ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının idarəyə təqdim edilməməsi; eyni qərar əsasında verilmiş arxiv arayışlarında torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə fərqli qeydlər aparılması; torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi; müraciət üzrə əlavə edilmiş 29.06.22-ci il tarixli, F-755 nömrəli arxiv arayışında göstərilən hüquq sahibinin soyad və ata ilə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə göstərilən soyad və ata adı arasında uyğunsuzluq olması (Belə ki, arxiv arayışında hüquq sahibi “X17” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “‘Ərizəçi” olaraq qeyd edilmişdir) əsasları ilə imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinə sahiblik faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309-cu maddəsinə uyğun olaraq, mülkiyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Nəzərə çatdırılır ki, mübahisə predmeti olan 0,10 ha torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Sözügedən maddələrin məzmunundan da göründüyü kimi, ərizəçi tərəfindən ərazi aidiyyəti pozulmuş, Abşeron Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin bildirilir ki, sözügedən torpaq sahəsi Abşeron Rayonu Fatmayı Kənd XDS İK-nin xx.xx.1990-cı il tarixli, 07-3 saylı qərarı ilə ayrılmışdır. Adıçəkilən qurum sonradan ləğv edilmiş, onun hüquqi varisləri olaraq Abşeron Rayon İcra Hakimiyyəti və Fatmayı kəndi üzrə nümayəndəliyi təsis edilmişdir. Torpaq sahəsini ayırmış orqan ləğv edilsə də, hal-hazırda hüquqi varisləri olaraq müvafiq qurumların təsis edildiyini nəzərə alaraq bildirilir ki, imtina əsası kimi çıxış edən soyad və ata adı uyğunsuzluğunun aradan qaldırılması həmin qurumların səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi tərəfindən hüquqi varis olan orqanlardan birinə müraciət edilməlidir. Nəzərə çatdırılır ki, mövcud uyğunsuzluğun aradan qaldırılması həmin qurumların səlahiyyətləri daxilində olduğundan bu mülki iş üzrə maraqlı şəxs qismində də 4 saylı Abşeron Ərazi İdarəsi deyil, Abşeron Rayon İcra Hakimiyyəti və ya Fatmayı kəndi üzrə nümayəndəliyi cəlb olunmalı idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəməyə təqdim edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X23 arasında xx.xx.1981-ci ildə rəsmi nikah qeyd edilmişdir. Orta təhsil haqqında attestatın surətindən görünür ki, X2 rayonu, Zəngilan şəhər orta məktəbini bitirmişdir. Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, 1938-ci il təvəllüdlü X3 rayonu, Zəngilan qəsəbəsi, Kalinin kolxozunda fəaliyyət göstərmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxx 1960-cı il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. X4r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 iyul 1969-cu ildə Zəngilan rayonunda anadan olmuşdur. X5r. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X10 1992-ci ildə Laçın rayonundan məcburi köçkündür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 iyul 1974-cü ildə Zəngilan rayonu, Beşdəli kəndində anadan olmuşdur. X6r. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1974-cü ildə Zəngilan rayonu, Beşdəli kəndində anadan olmuşdur və kənddə pasport qeydiyyatındadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1964-cü ildə Zəngilan rayonu, Beşdəli kəndində anadan olmuşdur və Zəngilan rayonu, Genlik kəndində pasport qeydiyyatındadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarını 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, iş materialları ilə təsdiq olundu ki, Abşeron rayonu Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 №-li xx.xx.1990-cı il tarixli qərarı ilə adıçəkilən kənd ərazisində 0,10 ha torpaq sahəsi fərdi ev tikmələri məqsədilə müəyyən şəxslərə ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarda şəxsin adı “Ərizəçi” əvəzinə, yanlışlıqla “X17” qeyd edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəd hesab edilən torpaq sahəsinin ayrılması barədə qərarda ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçinin soyadı və ata adı qeyri-düzgün yazılmışdır. Hüquqmüəyyənedici sənəd üzrə hüquqların həyata keçirilməsi istiqamətində ərizəçi tərəfindən müvafiq səlahiyyətli orqana müraciət edilsə də, qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktın digər qaydada həlli mümkün olmadığından, ərizəçi həmin faktın məhkəmə qaydasında həllini xahiş edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 №-li xx.xx.1990-cı il tarixli qərarının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Fatmayi kənd XDS İcraiyyə Komitəsinin 07-3 №-li xx.xx.1990-cı il tarixli qərarının xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1582/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1582/2024
17.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver