Məhkəmə qərarları › İş №2(006)-1620/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1620/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1620/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı 16 saylı Mediasiya təşkilatının onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı qurmuşdur. Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2012-ci il tarixdə qızı X5 və xx.xx.2014-cü il tarixdə X8 qızı anadan olmuşdur. Aralarında olan nikah pozulmamışdır. Ancaq 2 ildir faktiki ayrı yaşayırlar. Nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. xx.xx.2023-cü tarixdə Bakı 16 saylı mediasiya təşkilatında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Bak 16 saylı Mediasiya təşkilatında maraqlı şəxslə aralarında uşağın yaşayış yeri və alimentə dair barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən maraqlı şəxs Maraqlı şəxs 3 aylıq müddət tətbiq olunmadan nikahın pozulması ilə bağlı iddianı qəbul edir və nikahın pozulmasına etiraz etmir. Tərəflər birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü Əlizadə Fərasə Zaur qızının ananın himayəsində qalması barədə razılığa gəlirlər. İkinci tərəf qəbul edir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər iki uşağa görə 470 manat məbləğində aliment ödənişi edəcəkdir. Ödəniş hər ayın ilk 5 günü ərzində ediləcəkdir. Hər iki tərəf bir-birilərinin valideynlik hüquqlarını həyata keçirmələrinə maneə yaratmayacaqdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə uyğun olaraq alimenti ödəmir. Mediasiya posesi nəticəsində əldə edilmiş barışıq sazişi könüllü qaydada maraqlı şəxs tərəfindən icra edilmədiyinə görə aliment məbləğini əldə edə bilməyərək maddi çətinliklərlə qarşılaşır. Maraqlı şəxs tərəfindən barışıq sazişi müəyyən olunmuş 10 gün müddətində könüllü qaydada icra edilməyərək həmin sazişinin könüllü icrasından imtina etdiyinə görə barışıq sazişinin məcburi icrasının təmin olunması üçün həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndinin tələbinə görə saziş, 10 təqvim günü ərzində könüllü icra ediləcəkdir. 8-ci bəndinə əsasən Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, 1.Maraqlı şəxs 3 aylıq müddət tətbiq olunmadan nikahın pozulması ilə bağlı iddianı qəbul edir və nikahın pozulmasına etiraz etmir. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 ananın himayəsində qalması barədə razılığa gəlirlər. 3. İkinci tərəf qəbul edir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər iki uşağa görə 470 manat məbləğində aliment ödənişi edəcəkdir. Ödəniş birinci tərəfin təqdim etdiyi kart hesabına ediləcəkdir. Ödəniş hər ayın ilk 5 günü ərzində ediləcəkdir. 4. Hər iki tərəf biribirilərinin valideynlik hüquqlarını həyata keçirmələrinə maneə yaratmayacaqdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, barışıq sazişinin 1-ci bəndində göstərilən hallar (Maraqlı şəxs 3 aylıq müddət tətbiq olunmadan nikahın pozulması ilə bağlı iddianı qəbul edir və nikahın pozulmasına etiraz etmir) nə könüllü nə də məcburi icra edilə biləcək hallara aid edilmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından yetkinlik yaşlarına çatmayan iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-cu maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixldə bağlanmış barışıq sazişi qismən təsdiq edilməli, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Bakı 16 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 ananın himayəsində qalması barədə razılığa gəlirlər. İkinci tərəf qəbul edir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər iki uşağa görə 470 manat məbləğində aliment ödənişi edəcəkdir. Ödəniş birinci tərəfin təqdim etdiyi kart hesabına ediləcəkdir. Ödəniş hər ayın ilk 5 günü ərzində ediləcəkdir. Hər iki tərəf biribirilərinin valideynlik hüquqlarını həyata keçirmələrinə maneə yaratmayacaqdır. Maraqlı şəxs ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi alınaraq Ərizəçi ödənilsin. Ərizə barışıq sazişinin “Maraqlı şəxs 3 aylıq müddət tətbiq olunmadan nikahın pozulması ilə bağlı iddianı qəbul edir və nikahın pozulmasına etiraz etmir” bəndinin təsdiq edilməsinə dair hissəsində təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar