Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1621/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı Maraqlı şəxs qismində cəlb edərək "ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, 1960-cı il 16 Noyabr tarixində doğulmuş atası X8 nun 2025-ci il 03 yanvar tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 1960-cı il 16 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. O, 2025-ci il 3 Yanvar tarixində qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra həmin gün Bakı şəhəri Nardaran qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X8 nun adına ölüm haqqında şəhadətnamə verilmədi. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 6 saylı Bakı Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs 6 saylı Bakı Maraqlı şəxsn nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, yoldaşının xəstəlikləri var idi. 3 yanvar tarixində Nardaranda dünyasını dəyişib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, atası 3 yanvar tarixində Nardaranda dünyasını dəyişib Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (2Z4ACGD) sürətindən görünür ki, X8 xx.xx.1960-cı il tarixində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi Əsəd oğludur. Anası isə X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1991-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X3r. Anası isə X12r. İş materiallarında olan Təcili və X10 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:52-də xəstənin yanına gəlinmiş və kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X20"Bakı Baş Səhiyyə Mərkəzi" X20 38 nömrəli Şəhər Poliklinikası tərəfindən Xətai rayon məhkəməsinə ünvanlanmış 07 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 No-li Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası" haqqında qərarın 4.3 və 4.8 bəndinə əsasən tərəfimizdən X6 "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsi mümkün deyil. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” X11 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ölüm haqqında tibbi şəhadətnamə Ərizəçi tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X8 xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olub. xx.xx.2025-ci ildə vəfat edib və Nardaran qəbiristanlığında dəfn olunub. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına X6 məxsus X17 tərəfindən verilmiş Stasionar xəstənin tibb kartasından çıxarış və Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş F-FDG PET/KT Raportu əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X4 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1960-cı il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1621/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1621/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver