Məhkəmə qərarları › İş №2(006)-1624/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1624/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1624/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2022-ci il tarixində X11 X3 Yardım şöbəsinə aqonal və huşsuz vəziyyətdə daxil olmuş, aparılan 40 dəqiqəlik CPR-a baxmayaraq vəfat etmiş, X12 Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli,6147 saylı məktub verilmiş, xx.xx.2022-ci il tarixində Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda vərəsəlik işləri ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə vəfat etmiş əri X4 ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q-139/75 saylı cavab məktubunda ölüm haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Bundan başqa X4 qeydiyyatda olduğu 1 saylı şəhər Poliknikasına müracət edilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən X4 Bakı şəhəri, Nəsimi rayonu, X11 X3 Yardım şöbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra ərizəçi X2 ərizəyə dəqiqləşdirmə ilə müraciət edərək X4 01 dekabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi kimi qeyd olunması məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda Maraqlı şəxs rəisi Şəfəq Salmanlı ərizə ünvanlayaraq Nəsimi Rayon Qeydiyyat Şöbəsinin iş yükünün çoxluğunu nəzərə alaraq iddiaçı Ərizəçi mülki işinə dair keçiriləçək məhkəmə baxış iclasını onlarının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır. Vəfat edən şəxs isə atasıdır. O, xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və xx.xx.2022-ci il tarixində Yasamal qəbristanlığında dəfn olunmuş, yas mərasimində şəxsən iştirak etmişdir.

8. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon bələdiyyəsinin 13 fevral 2023-cü il tarixli, 202 nömrəli arayışından görünür ki, X1 rayonu, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası X12 publik hüquqi şəxsi tərəfindən X5 ünvanlanan cavab məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixində, saat 13:50-də X11 X3 Yardım şöbəsinə aqonal və huşsuz vəziyyətdə daxil olmuş, aparılan 40 qəqiqəlik CPR-a baxmayaraq 14:30-da ölüm hadisəsi baş vermişdir.

11. Mülki işin materiallarında olan 09 fevral 2023-cü il tarixli, 48 nömrəli Azərbaycan Respublikası A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı məktubdan görünür ki,1952-ci il təvəllüdlü, ünvan 3 qeydiyyatda olmuş, X9 1 nömrəli şəhər poliknikasında xx.xx.1990-cı ildən ambulator qeydiyyatda olmuş, X4 poliknikaya son müraciəti xx.xx.2022-ci il tarixində həkim nefrolaqa “Xroniki pielonefrit” diaqnozu ilə olmuşdur. Ərizəçi tərəfindən təqdim olunan arayışa əsasən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində X11 reanimasiya şöbəsində X9 vəfat etmişdir.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-ci il tarixli, 05/Q-139/75 saylı məktubda bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

13. Mülki işin materiallarında olan Səadət Sarayı tərəfindən xx.xx.1978-ci il tarixində verilmiş İİ-ЖГ seriyalı 273443 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 və X6 arasında 25 noyabr 1978-ci ildə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5439 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir.

14. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 03023139 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən X9 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X9 01 dekabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara, şahid ifadəsinə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X4 01 dekabr 2022ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 18 noyabr 1952-ci il təvəllüdlü X4 01 dekabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar