Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1627/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü mərhum əri X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun həyat yoldaşı olmuşdur. O, xx.xx.1967-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur. Mərhum həyat yoldaşı evdə olan zaman xx.xx.2016-cı il tarixdə qəfil ürək-damar çatışmazlığından iş yerində vəfat etmişidr. O, ölən vaxta kimi təcili tibbi yardımın ona verilmiş tibbi sənəddə ölümünün səbəbi göstərilməmişdir. Lakin, onlar bilirlər ki, həyat yoldaşının ürək-damar çatışmazlığı xəstəliyi vardır və onun ürəyi ilə əlaqədar uzun zaman müalicələr alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən 30.0.1967-ci il təvəllüdlü mərhum həyat yoldaşı X3 adına xx.xx.2016-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmirlər. Atasının ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişlər. Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xx.xx.1967-ci il təvəllüdlü mərhum həyat yoldaşı X3 adına xx.xx.2016-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ona xx.xx.2024-cü il tarixdə məktubla imtina verilmişdir. Ona görə də xx.xx.1967-cu il təvəllüdlü mərhum həyat yoldaşı X3 adına xx.xx.2016-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə ala bilmir. Bundan başqa həyat yoldaşının ölməsi və Yasamal qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda xx.xx.1967-ci il təvəllüdlü mərhum həyat yoldaşını X3 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirdi ki, mərhum X4 onun uzaq qohumu olmuş, eyni zamanda qonşuluqda yaşamışlardır. Mərhum 7-8 il öncə vəfat etmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Əməliyyat olunmuşdur. Ölüm səbəbi ürək çatışmazlığı olmuşdur. Dəfndə iştirak etmişdir. Yasamal rayon qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X12 bildirdi ki, ərizəçinin oğlu ilə tanışlığı vardır eyni zamanda mərhum X4 onun qonşusu olmuşdur. Mərhum xx.xx.2016-cı il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Mərhum evdə ölmüşdür. 3 oğlu 1 qızı olmuşdur. Yasamal rayon qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, X9 ilə X4 xx.xx.1994-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Sadıqova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 Bakı Baş Səhiyyə X17 Şəxs 20 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məlumatdan görünür ki, 4mkr Cavadxan küçəsi ev 29a m 29 ünvanında qeydiyyatda olmuş və ünvan 1ında vəfat etmiş 1967-ci il təvəllüdlü X1 rayonu 20 nömrəli şəhər poliklinikasına müraciəti olmayıb. Eyni zamanda E.Sadıqov xx.xx.2016-cı il tarixində vəfat etdiyində, yaxınları ölüm haqqında tibbi şəhadətnamə yazılması üçün poliklinikaya müraciət etməmişdilər. Hal-hazırda xx.xx.2016-ci il tarixində vəfat edən E.Sadıqovun adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən ölüm haqqında tibbi şəhədətnamə poliklinika tərəfindən yazılması imkan xaricindədir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə Biləcəri, V-ci Dağlıq ev 13 ünvanında həkimə qədər ölüm-49 yaşlı kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilərin qızları X2 xx.xx.2016-cı il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməklə xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1627/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1627/2024
12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver