Məhkəmə qərarları › İş №2(006)-1631/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1631/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1631/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X21 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdü həyat yoldaşı X1 Bakı şəhərində xx.xx.2023-cü ildə ölməsi faktının müəyyən olunması barədə Məhkəmədən qətnamə çıxarmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü həyat yoldaşı X6 ünvan 1 ünvanında yaşayırdı və X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün onun qeydiyyatda olduğu 1 saylı polikliniaya müraciət etdi. Lakin həmin xəstəxanadan ərizəçiyə bildirildi ki, həyat yoldaşı son 1 il ərzində həmin xəstəxanaya müraciət etməmişdir. X6, 2022-ci ilin oktyabr-noyabr aylarında xəstəliyi ilə əlaqədar olaraq X9 müraciət etmişdir.Onun qeydiyyatda olduğu xəstəxanadan verilən tibbi şəhadətnamə olmadan isə ölüm haqqında şəhadətnaməni almaq mümkün olmayacaq. Ölümün qeydə alınması barədə Bakı 2 saylı “Asan xidmət” X4 X16 şöbəsinə müraciət edib. X5 Dövlət Qeydiyyat şöbəsi isə ölüm faktının qeydə alınmasından imtina etmiş, faktın müəyyən olunması ilə əlaqədar Ərizəçi məhkəməyə müraciət etməyini tövsiyyə olunmuşdur. Mərhum həyat yoldaşı X6 ölüm faktını təstiq edən ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmək iqtidarında deyildir. Ölüm faktının müəyyən olunması və qeydə alınması ərizəçiyə miras əmlakının qəbul edilməsi üçün lazımdır. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, ərizəçinin onun qardaşı olduğunu bildirərək, hadisə yerinə gəldiyi zaman Gülsənəm xanımın ölmək üzrə olduğunu, təcili yardımı çağırdıqlarını ancaq təcili yardım gəlmədən canını tapşırdığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, Gülsənəm xanım fevralın 6-sı rəhmətə gedib, Bibiheybətdə dəfn olunub, dəfində və yasda iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, 28 may küçəsi., ev.50, m.41-də yaşadığını, 25 ildir qonşu olduqlarını, Gülsənəm xanımın rəhmətə getdiyi zaman orda olduğunu, uşağlara təcili yardıma zəng vurmağlarını dediyini, dəfində iştirak etmədiyini, yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, ərizəçi ilə qonşu olduğunu, həmin gün işdən gələndən sonra mərhumun oğlu gələrək anasının vəziyyətinin pis olduğunu bildirdiyini, mərhumun Bibiheybətdə dəfn olunduğunu, dəfində iştirak etdiyini, mərhumun adı Gülsənəm olduğunu, vəfat etdiyini günü dəqiq xatırlamagığını, lakin 40-nın tezə çıxdığını bildirdi. Maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan Təcili və X17 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:44-də Nəsimi rayonu 28 may 50, m-17 ünvanında yaşayan X1 “həkimə qədər ölüm” halı baş vermişdir. Mülki işin materiallarında olan X11 ********** nömrəli xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İbrahimova Gülsənəm həkim radioloqun qəbulunda olmuş, “Sinus taxikardiyası., Sol mədəciyin hipertrofiya əlamətləri” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli № 3-16-5/876/237/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi onun xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təstiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydası”-nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vatəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Ölümü təstiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyət üzrə məhkəməyə müraciət etməsini məsləhət görüldü. Mülki işin materiallarında olan Vİ-ЖГ № 369084 nömrəli xx.xx.1993-cü il tarixli Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X7 həmin tarixdə 953 nömrə ilə qeyd edilməklə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 08988727 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Qazax rayonunda anadan olmuşdur, yaşayış yeri Bakı şəh., 28 may küç., ev.50, m.17 olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X24 “Bakı Baş Səhiyyə Mərkəzi” X24 1 №li şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 58 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, 28 may 50 mənzil 17 ünvanında qeydiyyatda olmuş X8 № 1 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmadığından ambulator kartası yoxdur və poliklinikaya xəstəliyi ilə əlaqədar heç bir müraciət olmayıb. Bu səbəbdən X3 poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında arayışın verilməsi mümkün deyil. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1959-cu ildə Qazax rayonunda anadan olmuş X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi arvadının ölümü haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı “ASAN Xidmət” X12 müraciət etmiş, lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1959-cu ildə Qazax rayonunda anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə Qazax rayonunda anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar