Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1637/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24 fevral 2023-cü il tarixdə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X3 04 may 2022-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1958-ci il təvəllüdlü X4 04 may 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırılmışdır və BŞT və TTYS-nin 17 saylı Bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. X1 Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbrirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, 09 dekabr 2022-ci il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması göstərilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin həkimin tibbi şəhadətnamə verilməsi ilə bağlı 5 nömrəli şəhər poliklinikasına müraciət etmiş, poliklinikadan verilmiş cavabda mərhumun poliklinikaya müraciət etməməsi və bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, ərizəçi onun qaynanası, X4 isə ərizəçinin oğludur. X4 04 may 2022-ci il tarixdə vəfat etmiş, bu barədə məlumat alan zaman o işdə olmuş, məlumat aldıqdan sonra dərhal evə getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, ərizəçi ana tərəfdən nənəmdir, X4 ərizəçinin oğludur. X4 04 may 2022-ci il tarixdə vəfat edib. X4 vəfat edən zaman yanında idim. Mərhum ərizəçinin evində vəfat etdi. Dəfn və yas mərasimlərində iştirak etmişəm. X14 qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1924-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 65 № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. 137998 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə doğulmuş, atası X5 anası isə Ərizəçidır Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayon Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında mərhum oğlu X4 xx.xx.2022-ci il tarixində qəbirstanlıqdan yer ayrılaraq dəfn olunmuşdur. Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası” PHŞ 5 №li Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 40 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Binəqədi rayonu, X15 yaşayan, xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2022-ci ildə rəhmətə getmişdir. BŞT və TTYS-in 17 saylı bölmə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 həkim gələnə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 05/Q-2027/75 saylı məktubundan görünür ki, vəfat etmiş X3 ölümü ilə bağlı Maraqlı şəxsndə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, keçmiş məhkəmə iclasında iştirak edən ərizəçinin və şahidlərin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu X4 04 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Dədə Qorqud qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu - xx.xx.1958-ci il təvəllüdlü X3 04 may 2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X3 04 may 2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1637/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1637/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver