Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1638/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, xx.xx.1983-cü il tarixdə doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlərdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri xx.xx.1983-cü il tarixdə doğulan, X5 xx.xx.2023-ci il tarixdə təcili yardım gəlib çatana kimi (ünvan 1 ünvanında vəfay etmişdir). Ərinin rəhmətə getdikdən sonra onu Dağüstü-1 qəbiristanlığında dəfn etmişlər. Son vaxtlar isə o, bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan əri barədə hər hansı sənəd istəyirlər. O, 1 saylı şəhər poliklinikasına 106 saylı forma arayış almaq üçün müraciət etdikdə ona bildirdilər ki, uzun müddət poliklinikaya həyat yoldaşı ilə bağlı müraciət olunmadığı üçün 106 saylı formanın verilməsinin mümkün olmadığını və ona bu barədə məhkəməyə müraciət etməyi bildirmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 2 saylı Bakı "ASAN xidmət” X3 müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirmişlər ki, xx.xx.1983-cü il tarixdə doğulan, X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” X3 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində idafə vermiş X6 bildirmişdir ki, X2 onun dostu eyni zamanda da qonşusu olumuşdur. X2 ürəyindəki ağrılar səbəbindən 2023cü ilin fevral ayının 09-da vəfat etmişdir. Həmin vaxt o, da orada olmuşdur. Mərhum X1 rayonunda dəfn olunmuşdur. Yas mərasimləri Təzə Pir məscidində yerləşən mərasim zalında keçirilmişdir. Həmin məclisdə o, da iştirak etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində idafə vermiş X8 bildirmişdir ki, X2 onun uzaq qohumu, eyni zamanda qonşusu olmuşdur. Mərhumun ürəyində ağrılar olmuş və buna görə də ürəyindən müalicə almışdır. 2023-cü ilin fevral ayının 9-da saat 12 üçün əmisi oğlu zəng edərək bildirmişdir ki, X5 vəfat etmişdir. Yas mərasimləri Təzə Pir məscidində yerləşən mərasim zalında keçirilmişdir. Həmin məclisdə o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.1983-cü il tarixdə doğulmuş X5 Ərizəçi həyat yoldaşıdır. İş materiallarında olan “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 1 saylı şəhər polilinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, X5 1 nömrəli şəhər poliklinikasında xx.xx.2006-cı il tarixdən ambulator qeydiyyatda olmuşdur. Poliklinikaya son müraciəti xx.xx.2012-ci il tarixdə olmuşdur. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Son 11 il ərzində hər hansı xəstəliyi ilə əlaqədar poliklinikaya müraciəti olmadığı üçün poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında arayışın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilərin qızları X4 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçilərin ərizəsi təmin edilməklə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1638/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1638/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver