Məhkəmə qərarları › İş №2(006)-1664/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1664/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1664/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, mərhum qardaşı xx.xx.1973-cü il təvəllüdlü qardaşı X10 xx.xx.1973-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Zulkaydayev küçəsi, ev 27-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum qardaşı xx.xx.1976-cı il təvəllüdlü qardaşı X6 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Onun xx.xx.1973-cü il təvəllüdlü qardaşı X10 xx.xx.1973-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Zulkaydayev küçəsi, c-27- də yaşadığı evdə rəhmətə getmiş və Xəzər rayonu Mərdəkanda yerləşn Şağan kənd qəbiristanlığında dəfn olunmuşdur. Anası və atası rəhmətə gediblər. Anası da qardaşı olan qəbiristanlıqda dəfn olunub və hətta qəbirləri də yan-yanadır. Atası isə şəhid olduğu üçün şəhidlər qəbiristanlığında dəfn olunub. Atası, anası qardaşı və o, əvvəllər Xəzər rayonunda qeydiyyatda olmuşlar və o, nikaha daxil olduqdan sonra Nəsimi rayonuna qeydiyyata düşmüşdür. Qardaşının ölümünü görən şahidlər vardır və həmin şahidlər onun dayısı X8, dayısının yoldaşı X16 Əhmədovnadır. Onlar qardaşının ölümünü görüblər və yasda iştirak ediblər. Dayısının həyat yoldaşı uzaq qohumdur. Başları yas mərasiminə qarışdığından həmçinin onun ölümü onlara pis təsir etdiyindən, qardaşının ölüm haqqında şəhadətnaməni vaxtında götürə bilməmişlər. Son vaxtlar isə o, bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan qardaşının ölümü barədə hər hansı sənəd istəyirlər. O, X18 X19inə 106 saylı Forma arayış almaq üçün rəsmi olaraq müraciət etmiş və onlar ona imtina veriblər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və ona bildirmişlər ki, məhkəməyə müraciət etsin. Bir sözlə ölüm haqqında şəhadətnamə ona valideyinlərindən qalmış evi sənədləşdirmək ücün lazımdır. Belə ki, sistemdə ölən qardaşının adı çıxdığı üçün bu sənədi istəyirlər. Ona görə ki, o da 1-ci dərəcə qanun üzrə vərəsədir. Qardaşının doğulandan sonra cəmi 3 ay yaşadığı üçün ona nə doğum haqqında şəhadətnamə, nə də ölüm haqqında şəhadətnamə almayıblar. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X2 ifadəsində bildirdi ki, ərizəçinin dayısıdır. Bacısının 4 uşağı olmuşdur. Kamila və 2 qardaşı sağdır. Böyüyü isə ölüb. Böyük uşaq - Zulkaydayev Sardar 6-7 aylıq olanda rəhmətə gedib. Təxminən 1976-cı il tarixdə ölüb. Hansı səbəbdən rəhmətə getdiyini bilmir. Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. X15 Gül Əhmədovna ifadəsində bildirdi ki, ərizəçinin dayısının arvadıdır. Həm də uzaqdan qohumdurlar. Ərizəçinin anasının 4 uşağı olub. Böyük uşağı 1976-cı ildə rəhmətə gedib. Ondan sonra doğulmuş 3 uşağı sağdır. Sardar Rəhmətə gedəndə körpə idi. Nəyə görə rəhmətə getdiyini bilmir. Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, anası X3 və atası X7 qeyd edilmişdir. Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Sardar Zulkaydayevin doğumundan başqa digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. Belə ki, valideynləri 1955-ci il təvəllüdlü X4 ilə X1 xx.xx.1976-cı il təvəllüdlü X6 doğumu Xəzər rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X19 “X18 Mərkəzi” X19 18-1-15/2-M-2-42-1/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yaşamış X13 xx.xx.1976-cı ildə xəstəxanasının doğum şöbəsində anadan olmuş, 3 aydan sonra vətəndaşın ölüm haqqında heç bir məlumat verə bilmir. Maraqlı şəxsndə xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-2689/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubun surətinə əsasən, X12 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi mümkün deyil. Xəzər rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən əsasən, X12 adına ölüm akt qeydi kitabı aşkarlanmamışdır. Ərizəçi Zulkadayevnanın ünvan 2 ünvanlanmış ərizəsindən görünür ki, anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı (bacı-qardaş olmaları iş materialları ilə təsdiq olunur) X13 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və Xəzər rayonu Mərdəkanda yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, sağlığında anasına məxsus olmuş əmlak üzrə vərəsəliyə dair rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1976-cü il təvəllüdlü X12 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və xx.xx.1976-cü il təvəllüdlü X12 xx.xx.1976-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X12 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar