Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1665/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1964-cü il tarixdə doğulan həyat yoldaşının X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan MR-da doğulan və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Aşırım küçəsi, ev 7, mənzil 1-də qeydiyyatda olan mərhum həyat yoldaşı xx.xx.1964-cü il təvəllüdlü X12 Bakı şəhərində rəhmətə gedib. X7 vəziyyəti xx.xx.2024-cü il tarixdə saat 17:47 radələrində X14 təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə çatdırılmışdır. Mərhum həyat yoldaşı X12 xx.xx.2024-cü il tarixdə pisləşmiş və tərəflərindən saat 17:50-də həkim baxışı zamanı artıq bioloji ölüm baş verməsi müəyyən edilmişdir. X1 meyidini təşrihə verilməli olduğu, əks halda ölüm haqqında tibbi şəhadətnaməsinin məhkəmə yolu ilə alınmalı olduğunu bildirdilər. Lakin mərhumun qardaşı Y.Novruzovun meyidinin təşrihə verilməsinə qəti etiraz etdiyini, ölüm haqqında tibbi şəhadətnamənin məhkəmə yolu ilə alacağını və tibbi heyətdən şikayəti olmadığını yazılı şəkildə bildirirək meyid evə aparılmışdır. X4 rəhmətə getdikdən sonra onu Bakı şəhəri Xocasən qəbiristanlığında dəfn etmişlər. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, əsaslı sənədlər olmadığı üçün ərizəçiyə imtina edilmişdir. Bu səbəbdən də xx.xx.1964-cü il təvəllüdlü X7 ölüm faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynı, mərhumun qardaşıdır. Qardaşının həyat yoldaşı ona zəng edib Yaşarın halının pisləşdiyini bildirmiş və ondan təcili gəlməyini xahiş etmişdir. Gəlib görmüşdür ki, qardaşı divanda uzanıb və nəfəs almaqda çətinlik çəkir. Təcili yardım çağırsalar da, gəlmədiyi üçün şəxsi maşını ilə qardaşını xəstəxanaya aparmışdır. Qardaşı bir qədər sonra xəstəxanada vəfat etmişdir. X18 qəbirstanlığında dəfn etmişlər. Dəfndə özü ilə yanaşı qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızıdır. Əmisi ona zəng edərək bildirmişdir ki, atası narahatdır. Lakin gəlib görmüşdür ki, artıq atası vəfat edib. X19 qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak etmiş şahid X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Atası 5 il öncə insult keçirmişdi. Başqa xəstəliyi olmamışdır. O, işdə idi. Anası ona zəng edib atasının vəziyyətinin pisləşdiyini və təcili olaraq evə gəlməsini bildirmişdir. O, gələnə kimi artıq atası vəfat etmişdir. X19 qəbirstanlığında dəfn etmişlər. Dəfndə özü ilə yanaşı qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhum Yaşar iki dəfə infarkt keçirib. Qəfil vəziyyəti piləşib və onu təcili olaraq xəstəxanaya aparıblar. Xəstəxanada da vəfat edib. X22 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhumun axşam halı pisləşib. Sonradan bu barədə qardaşına məlumat vermişlər. Qardaşı gəldikdən sonra onu xəstəxanaya çatdırmışlar. Lakin həyatını xilas etmək mümkün olmayıb. Orada vəfat edib. X22 qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alıb, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Nikah haqqında şəhadətnamənin surətinə görə X12 ilə X8 23 noyabr 1985-ci il tarixdə Dəmirçi kənd XDS İK-də nikaha daxil olmuş, nikahları həmin tarixdə 68 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. - “X21” PHŞ-nin xx.xx.2024-cü il tarrixli arayışına görə xx.xx.1964-cü il təvəllüdlü X2 ürək-damar çatışmamazlığı səbəbilə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - “X21” PHŞ-nin xx.xx.2024-cü il tarixli 18-1-2/2-N-911-42-544/2024 saylı məktubuna görə 1964-cü il təvəllüdlü X12 şəxsi avtomobillə xx.xx.2024-cü il tarixdə saat 17:47-də X14 təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilmişdir. Y.Novruzova xx.xx.2024-cü il tarixdə saat 17:50-də həkim baxışı zamanı artıq bioloji ölüm baş vermişdir. Y.Novruzovun yaxınlarına meyidin təşrihə verilməli olduğu, əks halda ölüm haqqında tibbi şəhadətnamənin məhkəmə yolu ilə alınmalı olduğunu bildirilmişdir. Lakin R.Novruzov qardaşı Y.Novruzovun meyidinin təşrihə verilməsinə qəti etiraz etdiyini, ölüm haqqında tibbi şəhadətnamənin məhkəmə yolu ilə alacağını və tibbi heyətdən şikayəti olmadığını yazılı şəkildə bildirirərək meyidi evə aparmışdır. - Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məlumatına görə X12 xx.xx.2024-cü il tarixində Yeni Xocəsən qəbirstanlığında dəfn olunmuşdur. - 1 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-14/25 saylı məktubuna görə ölümü təsdiq edən sənəd olmadığından, ölümün qeydə alınması mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 5 nömrəli şəhər poliklinikasının Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 201 saylı məktubuna görə xx.xx.1964-cü il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə X14 təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə gətirilmiş, həkim baxışı zamanı artıq bioloji ölüm baş vermişdir. X12 KTM-də rəhmətə getdiyinə görə yaxınları forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. - Fotoşəkillərdən görünür ki, X1 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına və şahid ifadələrinə əsasən xx.xx.1964-cü il təvəllüdlü X7 Bakı şəhəri Xocasən qəbirstanlığında dəfn edildiyi təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.1964-cü il tarixində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixində anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1665/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1665/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver