Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1706/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum 29.05.1942-ci il tarixdə doğulmuş atası X5 04 may 2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29.05.1942-ci il tarixdə doğulmuş atası X7 04 may 2003-cü il tarixdə ünvan 1 ünvanında rəhmətə getmişdir. Atası rəhmətə getdiyi üçün o və ailə üzvləri çox pis olduqlarından, ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Atası rəhmətə getdikdən sonra onlar mərhumu Sumqayıt şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Son vaxtlar isə o, evlə bağlı sənədləşmə işləri aparmaq istədikdə, ondan atası barədə hər hansı məlumat istəmişlər və o, atasının rəhmətə getdiyini bildirdikdə, ondan ölüm haqqında şəhadətnamə istəmişlər. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün həmin sənədin verilməsindən imtina edilmiş və 29.05.1942-ci il tarixdə doğulmuş atası X5 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası 04 may 2003-cü il tarixdə rəhmətə getmişdir. Mərhumu Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Atası rəhmətə gedən zaman ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı hər hansı bir quruma müraciət etməmişlər. Lakin sonradan sənədləşmə işləri aparan zaman ona həmin şəhadətnamənin lazım olduğunu anlamışdır. Bir sıra orqanlara müraciət etsə də, ona həmin şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin dayısı, mərhumun isə qaynıdır. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 1 il xəstə yatmış, daha sonra Kaspar adına xəstəxanada əməliyyat olmuşdur. X7 04 may 2003-cü il tarixdə ünvan 3 ünvanında rəhmətə getmişdir. Mərhumu Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bibisi qızı, mərhumun isə bacısı qızıdır. X2 04 may 2003-cü il tarixdə rəhmətə getmişdir. Elə xəbəri eşidər-eşitməz dəfndə iştirak etmişlər. Dayısını Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü, mərhumə anası və digər qohumlar da iştirak etmişlər. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bibisi qızı, mərhumun isə bacısı qızıdır. X2 04 may 2003-cü il tarixdə ünvan 3 ünvanında rəhmətə getmişdir. Dayısını Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X10 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 04 may 2003-cü il tarixdə ünvan 3 ünvanına 1942-ci il təvəllüdlü X5 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 02.10.2021-ci il tarixli, 05/Q-1799/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 22.01.2022-ci il tarixli, 09 saylı arayışından görünür ki, X7 04 may 2003-cü il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X5 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X5 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 29 may 1942-ci il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndində doğulmuş X7 04 may 2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 may 1942-ci il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndində doğulmuş X5 04 may 2003-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1706/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1706/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver