Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1723/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1934-cü il təvəllüdlü Nazxanım Məmmədəli qızının ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu. Qobu qəsəbəsi. Səməd Vurğun küçəsində yerləşən 1 saylı evdə yaşamış və qeydiyyatda olmuş Nazxanım Məmmədəli qızı ərizəçinin anasıdır. Onun anası 02 iyul 2005-cı tarixdə yaşadıqları evdə vəfat etmişdir. Anasının evdə vəfat etməsinə X10, X6 və X1 şahiddirlər. Çünki, həmin şəxslər uzun illərdir ki, onlarla Qobu qəsəbəsi. S.Vurğun küçəsində qonşudurlar. Anasının vəfatı ilə bağlı hər bir hadisəyə şahiddirlər. Belə ki, ailədə olan yas mərasimi ilə bağlı o zaman onlar anaları üçün ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı lazımi orqanlara müraciət etməmişdilər. Lakin, hazırda sənədləşmə işləri ilə bağlı notariat ofisində onlardan analarının ölüm haqqında şəhadətnaməsini tələb etdilər. Bunun üçün onlar Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət ediblər. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08.01.2022-cı ıl tarixli 05/Q-29/69 nömrəli arayış verilərək, 2 iyul 2005-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində vəfat etmiş - Nazxanım Məmmədəli qızının ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 08.01.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmadığı bildirilmişdir. O, daha sonra X8 müraciət etdi ki, ona məxsus siqnal vərəqəsi və yaxud xəbərdarlıq vərəqəsi barədə məlumat əldə etsin. Lakin, müsbət cavab ala bilməmişdir. Qobu qəsəbə Xəstəxanasının baş həkimi Gülməmmədova Günəş tərəfindən məlumat verilərək, 28.01.2022-cı tarixli, 112 nömrəli məlumatda bildirilmişdir ki, 02.07.2005-ci il tarixdə vəft etmiş Nazxanım Məmmədəli qızı qəfildən öldüyünə görə X8 müraicət olunmamışdır. Bu səbəbdən vəfat etmiş şəxsə ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Abşeron rayon Qobu bələdiyyəsi tərəfindən 33 nömrəli, 28.01.2022-ci il tarixli arayışda da bildirilir ki, Nazxanım Məmmədəli qızı həqiqətən 02.07.2005-ci il tarixində vəfat etmiş və Qobu qəsəbə qəbristanlığında dəf olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 nömrəli, 28.01.2022-ci il tarixli arayışda da mərhum analarının Qobu qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 9 saylı evdə yaşadığı göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, o, Kürdəmir rayonunda anadan olmuş, 1983-cü ildə gəlin gəlmişdir. Abşeron rayonu, Qobu qəsəbəsində hazırda yaşayır. O, bura gəldiyi zaman mərhum ailəsi ilə birgə orada yaşayırdılar. X5 onun həm qonşusu, həm də qudası olmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, o, Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuşdur. Əvvəlcədən mərhumun astma xəstəliyi olmuşdur. Ailəsi ilə birgə yaşayırdı. X5 2005-ci il tarixdə qəfildən rəhmətə gedib. Xəstə idi. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, o, 1951-ci ildə Qobu qəsəbəsində anadan olmuşdur. X5 onun həm əmisinin yoldaşı, həm də qonşusu olmuşdur. Xəstə idi. 2005-ci ildə vəfat etmiş və Qobu qəbristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində də şəxsən iştirak etmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölümün qeydə alınması mümkünsüz olmuşdur. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli, 136№-li Arayışdan görünür ki, X5 vəfat edən günə kimi Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, 9 saylı evdə yaşamışdır. İş materiallarında olan Abşeron rayonu Qobu bələdiyyəsindən verilən 28.01.2022-ci il tarixli, 33№-li Arayışdan görünür ki, X5 həqiqətən 02.07.2005-ci il tarixində vəfat etmiş və Qobu qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Arayış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinı təqdim etmək üçün verilmişdir. İş materiallarında olan 28.01.2022-cı tarixli, 112 nömrəli Qobu qəsəbə Xəstəxanasının baş həkimi Gülməmmədova Günəş tərəfindən verilən məlumatdan görünür ki, 02.07.2005-ci il tarixdə vəfat etmiş Nazxanım Məmmədəli qızı qəfildən öldüyünə görə X8 müraicət olunmamışdır. Bu səbəbdən də ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, 1934-cü il təvəllüdlü Nazxanım Məmmədəli qızı 02.07.2005-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5nın 02.07.2005-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1934-cü il təvəllüdlü Nazxanım Məmmədəli qızının Abşeron rayonu Qobu qəsəbəsi, S. Vurğun kücəsində yerləşən 9 sayli evdə 02 iyul 2005-ci il tarixdə ölüm faktı müəyyən edilsin. Nazxanım Məmmədəli qızının vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1723/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1723/2022
11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver