Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1741/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçin iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası 26.08.1940-cı il təvəllüdlü X5 şəkərli diabet və ürək çatışmazlığı xəstəliyindən əziyət çəkmişdir. 18.11.2021-ci il tarixində anasının vəziyyəti qəfil dəyişmiş və onlar X8 çağırmışlar. X10 həkimləri evə gəlmişlər, təzyiqini və saturasiyasını ölçmüşlər, saturasiyası aşağı imiş. Onlar həkimlərə anasını xəstəxanaya aparmalarını demişlər, lakin həkim lazım olmadığını, dərman müalicəsi almağın kifayət olacağını bildirmişlər. Dərmanlar yazılmış və anası onları qəbul etmiş, lakin növbəti gün yəni 19.11.2021-ci il tarixində səhər saat 8-də anaları vəfat etmişdir. Onlar həmin vaxt X8 çağırmışlar və Bakı şəhəri, X8 Stansiyasının 9 saylı bölməsinin həkimləri evə gələrək anası Xudiyeva Solmazın vəfat etdiyini təsdiqləmişlər və bu barədə onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişlər. Ölümün səbəbi kimi COVİD- 19 pozitiv qeyd edilmişdir. Onlar anasını Bakı Goradil qəbirstanlığında dəfn eləmişlər. Anası Bakı şəhəri 1 saylı Şəhər Poliklinikasında qeydiyyatda olmuş, lakin qardaşı Binəqədi rayonu, 9-cu mikrorayonda yaşadığı üçün o, anasının tibbi kartoçkasını 1 saylı Şəhər Poliklinikasından götürüb qardaşına vermiş ki, onu yaşadıqları ərazi üzrə 9 saylı Şəhər Poliklinikasına qeydiyyata salsın. Lakin qardaşı anasını 9 saylı poliklinikaya qeydiyyata salmadığı üçün anasının ölümü haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Anasının ölümü haqqında şəadətnaməsini almaq üçün qeydiyyatda olduğu Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmiş ancaq qeydiyyat şöbəsi tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyini bildirmişdir. Anası vəfat etməzdən öncə təqaüd alırmış və onun bir neçə aylıq təqaüdü yığılıb qalmışdı. Bundan başqa o təqaüdçü olduğuna görə dövlət tərəfindən aldığı təqaüdün iki misli miqdarında dəfn xərci verilir. Lakin anası X2 ölümü haqqında şəhadətnamə olmadığı üçün həmin vəsaitləri ala bilməmişdir. Göstərilənlərə əsasən, 26 avqust 1940-cı il təvəllüdlü X2 19 noyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərmişdir ki, ərizəçinin bacısıdır, vəfat edən şəxs onun anasıdır. O, 19.11.2021-ci il tarixində evdə dünyasını dəyişmişdir. Şəkərli diabetdən əziyyət çəkirdi, Covid-19 virusuna tutulması səbəbilə dünyasını dəyişmişdir. Dəfndə iştirak etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Görədil Bələdiyyəsinin 11 mart 2022-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, X5 19 noyabr 2021-ci il tarixində Görədil kənd qəbiristanlığında dəfn olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X5 26 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.
10. İş materiallarında olan Qazax rayon VVAQ bürosu tərəfindən 11 sentyabr 1969cu il tarixində verilmiş AZ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 27 avqust 1969 il tarixində Qazax şəhərində anadan olmuş, atası X6, anası X3r.
11. İş materiallarında olan 19.11.2021-ci il tarixində Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X1 08:57-də onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 01.02.2022-ci il tarixli, 05/Q-192/75 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
13. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X5 19.11.2021-ci il tarixində vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadədəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin anası X5 19 noyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Görədil kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
19. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası X2 19 noyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 26 avqust 1940-cı il təvəllüdlü X2 19 noyabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov