Məhkəmə qərarları › İş №2(006)-1766/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1766/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1766/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixdə doğulan mərhum atası X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində doğulan və Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, 1-ci döngə, ev 55, mənzil 25-də qeydiyyatda olan xx.xx.1952-ci il təvəllüdlü mərhum atası X5 Bakı şəhərində rəhmətə gedib. Atasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmiş və təcili yardım çağırılmışdır. Təcili yardım çatanda atası artıq ölmüşdü. Mərhum atası təxmini bir il öncə insult nəticəsində yataq xəstəsi olmuşdur. O, rəhmətə getdikdən sonra onu xx.xx.2024-cü il tarixdə Tovuz şəhər qəbiristanlığında dəfn etmişlər. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Qeydiyyat şöbəsinin imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Ərizəçinin mərhum atasının ölüm faktını şahidlər X8 və X9 təsdiq edə bilər.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, ərizəçinin anası, mərhumun həyat yoldaşıdır. X1 insult keçirmişdi. O, xx.xx.2024-cü ildə rəhmətə getmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidin ifadəsini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1952-ci il təvəllüdlü X2 və X4 Stansiyasının verdiyi xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixində evdə vəfat etmişdir. Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixində poliklinikaya verdiyi məlumata əsasən xx.xx.2024-cü il tarixində X3 evində “insult” diaqnozu ilə çağırışda olmuşdur. xx.xx.2024-cü il tarixində sahə həkimi terapevt E.Məmmədovun evinə getmiş, lakin həyat yoldaşı həkimə xəstəni müayinə etməsi üçün evə daxil olmağa icazə verməmiş və şəxsi həkimi tərəfindən müalicə olunduğu bildirilmişdir. Sahə həkimi terapevt qızına poliklinikaya müraciət edərək xəstəliyi haqqında sənədlərini və müvəqqəti yaşadığı arayışı təqdim etmələrini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə vətəndaş E.Məmmədov vəfat etmişdir.

8. 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə göndərilmiş məktubdan görünür ki, ölümü təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ərizənin təmin edilməsinin imkan xaricində olması qeyd edilməklə, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir.

9. Azərbaycan Respublikası Tovuz rayon bələdiyyəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş, xx.xx.2024-cü il tarixdə Tovuz şəhər qəbristanlığında dəfn edilmiş mərhum X3 dəfn xərcini onun qızı Ərizəçi çəkmişdir.

10. xx.xx.2024-cü il tarixli Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 23:35-də X5 adlı xəstənin yanına gəlinmiş, kişi cinsli meyid müəyyən edilmişdir.

11. Nikahın bağlanması haqqında 340509 №-li şəhadətnamədən görünür ki, X5 ilə X11 arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.

12. Doğum haqqında 437136 №-li şəhadətnamədən görünür ki, atası X5, anası X8 olan Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur.

13. X3 AA4613723 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1952-ci il tarixdə anadan olmuşdur (Fin: 35S5D56).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Tovuz şəhər qəbristanlığında dəfn olunmuşdur.

15. Ərizəçi mərhum atasının ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 20 nömrəli şəhər poliklinikasına müraciət etsə də, onun müraciətinə ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il 31 yanvar tarixli 5 nömrəli qərarına əsasən verildiyi bildirilmiş, Maraqlı şəxs isə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ölümün qeydə alınmasının mümkün olmamasını bildirmişdir.

16. Atasının ölüm haqqında şəhadətnaməsi ərizəçinin atasının vərəsəlik işi üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahid ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir.

Nəticə:

20. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar