Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1771/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində qeyd edilməklə «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinin təsdiqlənməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, tələbkarlar borclu Maraqlı şəxs MMC-yə qarşı “Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi” barədə iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(008)-7790/2024 nömrəli qərardadı ilə cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6- 02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır, həm də xx.xx.2024-cü il tarixli ********** nömrəli GPP qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qaytarılması qərara alınmışdır. Onlar hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-7790/2024 nömrəli qərardadına əsasən “Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdırlar.Belə ki, hal-hazırdaki ərizəyə əlavə edilmiş “Bakı 6 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02073 nömrəli barışıq sazişinə əsasən tərəflər kimi çıxış edən Ərizəçi1, Ərizəçi2 və “X4" MMC aralarında olan əmək münasibətləri zamanı tərəflərə ödənilməmiş borc əməkhaqqı olduğunu təsdiq və bəyan edib, razılaşmışlar. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs MMC xx.xx.2024-cü il tarixinə kimi birinci tərəflər kimi çıxış edən Ərizəçi1 1560 AZN və X1 9100 AZN məbləğində borc əməkhaqqını tam şəkildə ödəməyi öhdəsinə götürür. Borclu Maraqlı şəxs MMC Bakı şəhəri 6 saylı X2 Sazişinin icrasını 04 noyabr 2024-cü il tarixə kimi bizə tam şəkildə ödəməyi üzərinə götürdüyü öhdəliyi hal-hazıradək icra etməmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında verdikləri ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02073 saylı «Barışıq sazişi»ndən görünür ki: 2.1. Tərəflər kimi çıxış edən Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs MMC aralarında olan əmək münasibətləri zamanı tərəflərə ödənilməmiş (Ərizəçi1 1560 AZN, Ərizəçi2 9100 AZN məbləğində) borc əmək haqqı olduğunu təsdiq və bəyan edir,razılaşırlar 2.2. İkinci tərəf kimi çıxış edən ”X4” MMC xx.xx.2024-cü il tarixinə kimi birinci tərəflər kimi çıxış edən Ərizəçi1 1560 AZN və Ərizəçi2 9100 AZN məbləğində borc əmək haqqını tam şəkildə ödəməyi öhdəsinə götürür 2.3. Bu Sazişin 2.2-ci bəndi tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Elçin Həsənov tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişini təsdiq etməyi əsaslı hesab edir. Ərizəçilərin barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciəti ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti Maraqlı şəxs MMC-dən tutularaq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs MMC maraqlı şəxs qismində qeyd edilməklə «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ilə Maraqlı şəxs MMC arasında Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-02073 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1 Tərəflər kimi çıxış edən ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs MMC aralarında olan əmək münasibətləri zamanı Ərizəçi1 1560 manat, Ərizəçi2 9100 manat ödənilməmiş borc əməkhaqqı olduğunu təsdiq edir və bəyan edir, razılaşırlar. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs MMC xx.xx.2024-cü il tarixinə kimi birinci tərəflər kimi çıxış edən Ərizəçi1 1560 manat və Ərizəçi2 9100 manat məbləğində borc əmək haqqını tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.3 Bu sazişin 2.2-ci bəndi tam icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birilərinə qarşı hər hansı bir iddianın olmayacağını bəyan edir və razılaşırlar. Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti Maraqlı şəxs MMC –dən tutularaq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1771/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1771/2025
12.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver