Məhkəmə qərarları › İş №2(006)-181/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-181/2021

03.06.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-181/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə “xxxx” ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2365/2015 saylı 13.05.2015-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 77898 ABŞ dolları əsas borcun, 11823. 23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, ödənişin cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 77898 ABŞ dolları əsas borcun, 11823. 23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satışdan sonra bir ay ərzində boşaldılması, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaitinin İddiaçı verilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı 13.05.2015-ci il tarixli icra sənədi Sabunçu rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə dair hərrac keçirilmiş, lakin həmin mənzilin əldə edilməsinə dair heç bir məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı iddia tələbinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC-də keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi; F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə “xxxx” ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmıdşrı ki, tərəfindən cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi haqqında” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsinə əsasən F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə “xxxx” ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə dair hərrac keçirilmiş, lakin həmin mənzilin əldə edilməsinə dair heç bir məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC-də keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac protokolu tərtib edilmiş, lakin sifarişçi Sabunçu rayon icra şöbəsi tərəfindən möhür vurulmamış və imzalanmamışdır. 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac protokolunun etibarlı olması üçün Sabunçu rayon icra şöbəsi tərəfindən imzalanmalı və möhürlənməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətininin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi əmlakın yüklülükdən azad edilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə Cavabdeh1 ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi tələb də daxil olmaqla Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC-də keçirilmiş 22/04 saylı 11.03,2016-cı il tarixli hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2365/2015 saylı, 13.05.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 77898 ABŞ dolları əsas borcun, 11823.23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ödənişin cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 77898 ABŞ dolları əsas borcun, 11823.23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra bir ay ərzində boşaldılması, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa , həmin vəsaitin İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar verilmiş Sabunçu rayon Məhkəməsinin 2(008)- 2365/2015 saylı, 13.05.2015-ci il tarixli icra sənədi əsasında Sabunçu rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra ipoteka predmeti olan mənzilə dair hərrac keçirilmiş, lakin həmin mənzilin əldə edilməsinə dair heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2019-cu il tarixli məktubuna əsasən tutma yönəlmiş mənzil hazırda İddiaçı mülkiyyətindədir. Aşağıda göstərilən əsalara görə hesab edirlər ki, iddiaçının iddia tələblərininin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Belə ki, iddiaçının iddia etdiklərinin əksinə olaraq Sabunçu rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı, 13.05.2015-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tutma yönəlmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satışı ilə əlaqədar Sabunçu rayon İcra şöbəsi tərəfindən “xxxx” MMC-yə 29209-6103/13 saylı, 04.11.2015-ci il tarixli məktubla sifariş verilmişdir. Mənzilin satışı ilə əlaqədar ilkin hərrac 30.12.2015-ci il tarixində, təkrar hərac isə 11 fevral 2016-cı il tarixində keçirilsə də, hər iki hərracda mənzil satılmamış və bu səbəbdən də Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmaması barədə market qəzetinin 12 fevral 2016-cı il tarixli nömrəsində elan dərc edilmiş və bundan sonra həmin mənzil İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən əldə edilməsi üçün 12.02.2016-cı il tarixli 01/569 nömrəli məktubla ipoteka saxlayana təklif edilmişdir. Bundan sonra ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC ilə “xxxx” MMC arasında 11.03.2016-cı il tarixli 22/04 nömrəli protokol imzalanmış və ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 47 812.50 manata əldə etmişdir. Qeyd etmək lazımdır ki, ipoteka predmetinin satış qiyməti borc alan X3 Cavabdeh1 ASC-yə olan qətnamə üzrə 89721.23 ABŞ dolları məbləğində borcun ödənilməsinə tam yetərli olmamışdır. Göründüyü kimi iddiaçının iddia etdiklərinin əksinə olaraq tutma yönəlmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satışı ilə əlaqədar keçirilmiş hərraclar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin və İpoteka haqqında Azərbaycan Respublikası Qanunun hərracın keçirilməsi qaydaları haqqında tələblərinə tam riayət edilməklə həyata keçirilmiş və ipoteka predmeti ipoteka saxlayan tərəfindən qeyd edilən hüquq normaları ilə müəyyən edilmiş müddət ərzində əldə edilmişdir. Belə olan halda iddiaçının Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC ilə ipoteka saxlayan arasında bağlanmış 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində yerləşən 8a nömrəli evin 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi haqqında iddia tələblərinin heç bir hüquqi əsası yoxdur və formal mülahizələrə əsaslanır. Bu tələblər düzgün keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətininin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi əmlakın yüklülükdən azad edilməsi haqqında” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. «xxxx of Baku» ASC ilə borcalan X6 arasında bağlanmış 22.10.2008-ci il tarixli, F25-165 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 2 il müddətinə illik 26% dərəcəsi ilə 80.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx of Baku” ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 22.10.2008-ci il tarixli, F25-165 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla borcalan X6 arasında bağlanmış 22.10.2008-ci il tarixli, F25-165 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 21.09.2015-ci il tarixli, 2(103)-5485/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi «X1 Company» MMCnin apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı 13 may 2015-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı 13 may 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 77.898 (yetmiş yeddi min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları əsas borc, 11.823,23 (on bir min səkkiz yüz iyirmi üç dollar iyirmi üç sent) ABŞ dolları faiz borcu və 30 manat dövlət rüsumu «xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və ödəniş cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəs., Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8 «A» nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Bakıxanov qəs., Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8 «A» nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilinin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 77.898 (yetmiş yeddi min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları əsas borc, 11.823,23 (on bir min səkkiz yüz iyirmi üç dollar iyirmi üç sent) ABŞ dolları faiz borcu və 30 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Bakıxanov qəs;, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8 «A» nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilinin satışından sonra bir ay ərzində mənzilin boşaldılması, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış «xxxx» MMC-nin direktoru tərəfindən Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X4 ünvanlanmış 12.02.2016-cı il tarixli məlumatdan görünür ki, Sabunçu rayon İcra Şöbəsinin 29209-6103/13 saylı, 04.11.2015-ci il tarixli sifarişinə əsasən ipoteka ilə yüklənmiş Bakı ş, Bakıxanov qəsəbəsi, Telman küçəsi 8 a saylı binanın 10 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə market qəzetin 12 fevral 2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Məktuba əsasən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan İpoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 47812,50 manata ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər. İşin yekununa görə müəyyənləşdirilmiş müddət başa çatdığı andan hərrac təşkilatı məsuliyyət daşımır. Nəzərə alınmalıdır ki, AR Mülki Məcəlləsinin 298-ci maddəsinin bəndlərinə əsasən ipoteka saxlayan ipoteka predmetini əldə etdiyi halda ixtisaslaşlaşdınlmış təşkilata ödəniş etməlidir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış «xxxx» MMC-nin Hərracın yekunları barədə 22/04 nömrəli, 11.03.2016-cı il tarixli protokolunun surətindən görünür ki, Sabunçu rayon icra şöbəsinin sifarişinə (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı 13 may 2015-ci il tarixli icra vərəqəsinə) əsasən, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış «xxxx» MMC-nin təşkilatçılığı ilə 11.03.2016-cı il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 75.000 manat qiymətləndirilmiş və 25% endirimlə 63.750 manat olmaqla LPO Cavabdeh1 ASC-yə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan ünvanlanmış 05.09.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil 46 saylı DNK-nın 4ə/05-1003 reyestr nömrəli 11.11.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına 24.12.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, «xxxx of Baku» ASC ilə borcalan X6 arasında bağlanmış 22.10.2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 26% dərəcəsi ilə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə 22.10.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu X6 barəsində cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 13 may 2015-ci il tarixli, 2(008)-2365/2015 saylı qətnaməsinə əsasən borcludan Bankın xeyrinə cəmi 89.721,23 ABŞ dollar məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzilə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması qət edilmişdir. «xxxx» MMC tərəfindən təkrar hərrac alıcı olmadığından baş tutmamış elan edildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən LPO Cavabdeh1 ASC-yə 12.02.2016-cı il tarixdə “ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanmasının təklif edilməsi barədə” bildiriş göndərilmiş, göndərilmiş bildirişlə 30 gün müddətində əmlakı almadığı təqdirdə işin sifarişçi-icra şöbəsinə geri qaytarılacağı barədə ləğv prosesində olan bank xəbərdarlıq edilmişdir. Bunun nəticəsində 11.03.2016-cı il tarixdə Sabunçu rayon icra şöbəsinin sifarişinə əsasən Bakı şəhəri üzrə İxtisaslaşdırılmış «xxxx» MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil 63.750 manata LPO Cavabdeh1 ASC-yə satılmışdır. Hazırda iddiaçı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC tərəfindən keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac nəticəsində tərtib olunmuş protokola sifarişçi Sabunçu rayon icra şöbəsi tərəfindən möhür vurulmadığına, həmçinin həmin protokolun adıçəkilən qurum tərəfindən imzalanmadığına istinad edərək bu sənədin etibarsız hesab edilməsi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə mövcud olan ipotekaya xitam verilməsi və ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 416-cı maddəsinin mənasına görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızığına səbəb olur “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-ci maddəsində göstərilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Belə ki, Mülki Məcəllədə müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də öz növbəsində etibarsız hesab olunur. Məhkəmə hesab edir ki, hazırki işdə hərracın nəticələri haqqında tərtib olunmuş protokolun etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi dəlillərdən göründüyü kimi o, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC tərəfindən keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərracın protokoluna sifarişçi Sabunçu rayon icra şöbəsi tərəfindən möhür vurulmadığı, həmçinin həmin protokolun adıçəkilən qurum tərəfindən imzalanmadığı əsası ilə etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Halbuki cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi hərracın keçirilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərdən müəyyən edildiyi kimi, 11.03.2016-cı il tarixli Hərracın yekunları barədə protokol Mülki Məcəllənin 415.5-ci maddəsində nəzərdə tutulan qaydada hərracı udmuş şəxs (LPO Cavabdeh1 ASC) və hərracın təşkilatçısı (Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC) tərəfindən imzalanmış, protokol hər iki təşkilata aid möhürlə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gələrək hesab edir ki, mübahisəli müqavilə (hərracın yekunları barədə protokol) müqavilə tərəfləri tərəfindən imazalndığından, müqavilənin bütün mühüm şərtləri barəsində qanunvericiliklə tələb olunan formada razılığa gəlindiyindən müqavilə etibarlı razılaşma kimi qəbul olunmalıdır. Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 415.5-ci maddəsinin mənasına görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka haqqında qanunvericiliklə müəyyən edilməyən əsaslara istinad edərək 11.03.2016-cı il tarixdə bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. Hərracın yekunları barədə 11.03.2016-cı il tarixli protokolun etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar