Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1830/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1928-ci il tarixdə doğulmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs2 Bakı şəhəri Nəsimi rayonunda ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1928-ci il təvəllüdlü Maraqlı şəxs2 Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay 61 ünvanda 11 yanvar 2025-ci il tarixdə rəhmətə getmişdir. Mərhum Maraqlı şəxs2 ailə üzvləri və yaxınları yoxdur. Ölən günə kimi onun qulluğunda olmuşdur. 13 yanvar 2025-ci il tarixdə 5 nömrəli şəhər poliklinikası Nəsimi Rayon Məhkəməsinə 18 saylı məktubda bildirmişdir ki, xx.xx.1928-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayon, M.Qaşqay 61 ünvanda qeydiyyatda olan, P.Həşimov 90B ünvanda Maraqlı şəxs2 xx.xx.2025-cü il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına və ölümün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Mərhum Maraqlı şəxs2 30 avqust 2022-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində ona etibarnamə vermişdir. Belə ki, mərhum Maraqlı şəxs2 ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında 14 noyabr 2025-ci il tarixdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cii il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edir ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, mərhum Şəfiqə onun atasının bacısı, yəni bibisi olmuşdur, lakin qohumluq sənədləri hamısı qaydasında olmadığında yalnız ata adlarının eyni olması, həmçinin bəzi arayışlara əsasən onların qohumluq əlaqələrini göstərmək olar. Ancaq bibisinin öz ailəsi olmadığından bibisinə o baxmışdır. Daha dəqiq, tanış bir ailə onun bibisinə qulluq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 öz ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır və onunla münasibəti yaxşıdır. Ərizəçi onun qaynanasının tanışıdır. Sonradan ərizəçi İradə xanımla birgə onun bibisi Şəfiqə xanıma baxmışlar. Şəfiqə xanıma avqust ayından etibarən qulluq etmişlər. Şəfiqə xanım çox savadlı həkim idi. Əvvəllər vəziyyəti yaxşı idi. Lakin, sonradan Yeni İl bayramı ərəfəsində, 22 dekabrdan sonra yemək yemirdi. Düzdür, yaşı da çox idi. Özləri də şübhələndilər ki, Şəfiqə xanım niyə az yemək yeyir. Sonradan düşündülər ki, yaşı çox olduğundan yəqin ki, belə olmalıdır. Artıq Şəfiqə xanım gəzmək belə istəmirdi. Gözlərinin görməməsinə baxmayaraq, İradə xanımla birgə Şəfiqə xanımı gəzdirirdilər. Ağrıyan yeri yox idi. Təcili tibbi yardıma müraciət etmək istəsələr də, Şəfiqə xanım etiraz edirdi. Özünün həkim olmasını əsas gətirərək təcili tibbi yardımdan imtina edirdi. Son vaxtlarında ayaqyoluna da gedə bilmirdi. Təcili tibbi yardıma etiraz etməsinə baxmayaraq, yenə də çağırdılar. Təcili tibbi yardım Şəfiqə xanımı yoxladı və bildirdilər ki, hər şey yaşına görə normaldır. Şəfiqə xanım vəfat etdiyi gün yemək yedi, sonra gördülər ki, hərəkətsizdir. Birinci elə bildilər ki, yatır. Sonradan məlum oldu ki, Şəfiqə xanım dünyasını dəyişib. Bununla bağlı tez təcili tibbi yardıma xəbər verdilər. Onlar da gəlib müvafiq qeydiyyat apardılar. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X36 5 saylı Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 18 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1928-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayon, M.Qaşqay 61 ünvanda qeydiyyatda olan, P.Həşimov 90B ünvanda Maraqlı şəxs2 xx.xx.2025-cü il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına və ölümün səbəbini bilmədiklərinə görə Forma №106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 684152 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2014-cü il tarixdə kəskin konorar çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 516 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 164439 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1964-cü il tarixdə qaraciyərin sirrozu səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1969-cü il tarixdə 1624 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 168246 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 235 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 301192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə antipsixotik və neyroleptik preparatlarla zəhərlənmə səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 496 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat ve vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhər Voroşılov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 23 noyabr 1929-cu ildə doğulan X8 təvəllüdü qeyd olunur. Əlavə olaraq, atası X9 və anası X1 qeyd edilmişdir. Təcili və X7 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Maraqlı şəxs2 həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, P.Həşimov 90B ünvanında həkiməqədər ölümü aşkar edilmişdir. Bakı şəhəri Oktyabrskiy rayon VVAQ tərəfindən verilmiş И-ЖГ seriyalı, 322179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X23, ana qafasında X3 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ tərəfindən verilmiş İİİ-ЖГ seriyalı, 418888 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X4 nikahı barədə xx.xx.1984-cü il tarixdə 1145 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra arvada Həsənzadə soyadı verilmişdir. SSSR X37 Komissarlığının ******* nömrəli təvəllüd şəhadətnaməsinin surətindən görünür ki, X18 1 sentyabr 1924-cü il tarixdə doğulmuşdur. X11 və Cəfərova Gülnisə qeyd edilmişdir. Dövlət yaşayış sahəsinin icarəsinə dair pasportun surətindən görünür ki, mənzilin icarədarı X12 və ailə üzvləri - qızları 1924-cü il təvəllüdlü X21, 1937-ci il təvəllüdlü X17, 1928-ci il təvəllüdlü Maraqlı şəxs2 Yusuf qızı və digərləridir. Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 tərəfindən ünvan 6 ünvanında qeydiyyatda olan Ərizəçi geniş səlahiyyətli etibarnamə verilmişdir. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 doğum tarixi xx.xx.1928-ci ildir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 876 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs2 Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 6-cı sektorunda dəfn olunmuşdur. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə X2, X5, X6 və X10 məzar abidələri əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi bibisinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1928-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1830/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1830/2025
19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver