Məhkəmə qərarları › İş №2(006)-1844/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1844/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1844/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X6 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixdə kəskin psixotrop maddə ilə zəhərlənmə, ağır dərəcədə diaqnozla X10 müalicə olunurdu. xx.xx.2025-ci il tarixdə isə evdə rəhmətə getmişdir. Bununla bağlı Bakı şəhər Təcili və X5 Stansiyasının 103 qaynar xəttinə müraciət olunmuşdur. Bakı şəhər Təcili və X5 Stansiyasının həkim briqadası xx.xx.2025-ci il tarixdə saat 03:20 radələrində evə gələrək həkimə qədər ölüm faktını təsdiqləməklə arayış vermişdirlər. Başları mərhumun dəfn mərasiminə və baş sağlığı vermək üçün hüzürə gəlmiş qohum-əqrəbanın qarşılanıb yola salınması üçün qarışıq olduğundan mərhuma ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Həmin vərəqə ilə ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmirlər. X1 ölümünü ailə üzvləri və qonşular şahid kimi təsdiq edirlər. Nəsimi rayon Qeydiyyat Şöbəsi X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olması, ölümün qeydə alınması ümumi zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə 3-16-5/8-Y-15-92/25 saylı imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, o, ərizəçi və mərhumun qızıdır. Atasının pis vərdişləri var idi, 04 yanvar 2025-ci ildə rəhmətə getmiş, Məhəmmədi qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında işirak edən digər şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşı, mərhumun isə qaynıdır. Mərhumun pis vərdişləri var idi, 04 yanvar 2025-ci ildə rəhmətə getmiş, Məhəmmədi kəndində atasının yanında dəfn edilmişdir. Maraqlı şəxs iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair keçiriləcək məhkəmə baxışı iclasını nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - “Bakı şəhəri Təcili və X5 Stansiyası” PHŞ-nin xx.xx.2025 ci il tarixli arayışından görünür ki, X9 barədə həkimə qədər ölüm faktı qeydə alınmaqla təsdiqlənmişdir. - “X13” PHŞ-nin xx.xx.2025-ci il tarixli 47 №-li çıxarışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X2 psixotrop maddə ilə ağır dərəcədə zəhərlənmə diaqnozu qoyulmuş, müayinə zamanı xəstənin vəziyyətinin ağır olduğu, huşunun dəyişdiyi, zərərli vərdişinin olması və s. kimi hallar müəyyən edilmişdir. - 3 №li şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 18-1-1-1/2-Y-7-31-2/2025 saylı məktubu ilə müəyyən edilir ki, xx.xx.1969-cu il təvəllüdlü X6 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında şəhadətnamə”nin verilməsinin mümkün olmadığı bildirilmişdir. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-Y-15-92/25 saylı məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Buna görə də ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. İş materiallarına həmçinin dəfn yerinin fotoşəkli də əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi əri X6 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixində anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar