Məhkəmə qərarları › İş №2(006)-1885/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1885/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1885/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, XX.XX.1943-cü il təvəllüdlü X2 Gəncə şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, məhrum həyat yoldaşı X4 vəfat etmişdir. Hal-hazırda həyat yoldaşının vəfatından sonra ölüm haqqında şəhadətnamə ala bilmir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, X1 onun qonşusudur. X1 xx xxxxxx 2020-ci il tarixində Gəncə şəhərinə qonaq getmiş, orda da vəfat etmişdir. Qazax rayonunda da dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, X1 onun qonşusudur. X1 xx xxxxxx 2020-ci il tarixində qonaq getdiyi Gəncə şəhərində vəfat etmişdir. Qazax rayonunda da dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Təcili və X5 Stansiyası ölüm haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 11:54 radələrində X2 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsinə məxsus meyit” aşkar etmişlər. Xəstəyə qəflətən koranar ölüm diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Kommunal Təsərrüfat Birliyinin 17 saylı Mənzil Kommunal İsitsmar sahəsinin X3 Bakı şəhəri, S.Rəhimov küçəsi 215 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X4 xx.xx.1970-ci il tarixdə nikah bağlanaraq bu barədə akt qeydləri kitabında 13 saylı qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri sənədi təqdim edilmıdiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat sahəsində mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, XX.XX.1943-cü il təvəllüdlü X2 Gəncə şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1943-cü il təvəllüdlü X2 Gəncə şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1943-cü il təvəllüdlü X2 Gəncə şəhərində xx xxxxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar