Məhkəmə qərarları › İş №2(006)-1913/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1913/2021

20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1913/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin nənəsi xx.xx.1935-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixində yaşadıqları mənzildə qəfil ürək tutması nəticəsində ev şəraitində vəfat etmişdir. Təcili və X3 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və BŞT TTYS-nin 4 saylı bölməsinin təcili yardım briqadası tərəfindən xx.xx.2020-ci il tarixində (saat 00:00-da) ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Bundan sonra ərizəçi qeydiyyat yeri üzrə 1 saylı poliklinikaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məqsədi ilə müraciət etmişdir. Lakin poliklinikadan imtina edərək bildirilmişdir ki, təcili yardımın əməkdaşları tərəfindən tərtib edilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsində ölüm səbəbi qeyd olunmamışdır. Bundan başqa, poliklinikadan deyilmişdir ki, ərizəçinin mərhum nənəsi 5 ildən artıq müddətdir ki, poliklinikaya müraciət etməmişdir və uçot kartı yenilənməmişdir. Ərizəçi hesab edir ki, tibb işçilərinin səhlənkarlığına görə bu məsuliyyət onun üzərində qalmamalıdır. Bu səbəbdən yerli poliklinikadan qanunvericiliklə müəyyən edilmiş formada ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Belə olan halda qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən haqlı imtina etmişdir. Ərizəçi həmçinin qeyd edir ki, mərhum nənəsi Mehdiabad qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur və dəfndə iştirak edən qohum və qonşular şahid ifadəsi verməyə razıdırlar. Göstərilənlərə əsasən ərizəçi xx xxxxx 1935-ci il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixində Baki şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, X2 onun qonşusu olmuşdur. xx xxxxxx 2020-ci il tarixində Mehdiabad qəbristanlığında dəfn olunmuş, dəfnində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarında olan AZE № 05303951 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1935-ci il tarixində Ağdaş rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən X2 haqqında qadın cinsli meyit qeydi aparılmışdır. İş materiallarında olan Baki şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-1791/75 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında əlavə olunmuş fotoşəkildən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 37 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixində Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin nənəsi X2 xx xxxxxx 2020-ci il tarixində vəfat etmiş və xx.xx.2020-ci il tarixində Mehdiabad qəbristanlığında dəfn olunmuşdur, lakin ərizəçi nənəsinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi nənəsinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi nənəsi X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin nənəsi X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar