Məhkəmə qərarları › İş №2(006)-1950/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1950/2023

21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1950/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1960-cı il təvəllüdlü X5 25 fevral 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının atası - X8 16 may 1960-cı il tarixdə anadan olmuş və 25 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Qəbələ Rayonu Qəbələ Bələdiyyəsinin 06 mart 2023-cü il tarixli, 56 nömrəli arayışı ilə atası X5 25 fevral 2023-cü il tarixdə vəfat edən zaman xərclərinin iddiaçı Ərizəçi ödədiyi və X5 Qəbələ şəhər qəbirstanlığında (Qəbələ şəhəri, Heydər Əliyev prospekti, 1 saylı orta məktəbin yaxınlığı) dəfn edildiyi müəyyən edilmişdir. Vəfat edən zaman dərhal Təcili və X4 Stansiyasına məlumat verilmiş, əməkdaşlar gələrək ölümün ilkin səbəbi kimi qəfləti ölüm qeyd olunaraq ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Vəfatından sonra ölüm haqqında şəhadətnaməni almaq məqsədi 3 saylı Bakı “ASAN xidmət" X2 müraciət edilmişdir. 07 mart 2023-cü il tarixli məktub ilə ölümün qeydə alınmasından imtina ecilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1960-cı il təvəllüdlü X5 25 fevral 2023-cü il tarixdə Qəbələ rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçinın mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-683/23 saylı məktubdan görünür ki, X5 ölümünün qeydə alınması barədə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmi AZ-İİİ serialı, 337203 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixində, 1264 nömrəli qeyd edilmişdir. Atası qrafasında X8, anası qrafasında X6 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixdə verilmi İİ-ИЕ serialı, 001833 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı il tarixində, 437 nömrəli qeyd edilmişdir. “Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X5 adına Qəbələ şəhərinə saat 13:02 radələrində çağırış verilmişdir. Kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Qəbələ rayonu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Qəbələ şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mərhumun keçmiş arvadı olub. xx.xx.2023-cü il tarixində ona zəng edərək bildirmişdilər ki, X8 rəhmətə gedib. O, mərhumun yas mərasimində iştirak edib. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, mərhumun xalası tərəfdən qohumudur. Mərhum ürək çatışmazlığından ölübdür. O, mərhumun yas mərasimində iştirak edib. X8 xx.xx.2023-cü il tarixdə Qəbələ şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin atası olmuşdur. X1 şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar