Məhkəmə qərarları › İş №2(006)-1963/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1963/2025

19.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1963/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh ünvan 2at Ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq və qiyabi icraat qaydasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh ünvan 2at Ofisinə qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş, atası X15 xx.xx.1939-cu il tarixdə Oğuz şəhərində doğulmuşdur. AZ-024092 saylı evlənmək haqqında şəhadətnaməyə əsasən atası X15 ilə X2nın xx.xx.1965-ci ildə nikahları qeyd edilmişdir. Birgə nikahlarından iddiaçı doğulmuşdur. Birgə nikahlarından başqa ata və anasının ayrı uşaqları olmamışdır. X2 AZ-011606 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə, atası X15 isə AZ-İİ 445671 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. ünvan 1 ünvanı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi ilə atası X7 mülkiyyətindədir. Atası, iddiaçı və övladı (atasının nəvəsi) X10 həmin ünvanda qeydiyyatda olmaqla birlikdə orada yaşamışlar. Mərhum atası X15 vəfat etdikdən sonra həmin miras əmlaka sahiblik və idarə etməyə başlamışdır. Həmin miras əmlakı faktiki olaraq qəbul edərək qızı X10 ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı ünvan 1 ünvanında yerləşən mirasa vərəsəlik haqqında şəhadətnamə almaq üçün ünvan 2at Ofisinə müraciət etsə də, atasının valideynlərinin doğumları və ölümləri haqqında şəhadətnamələri təqdim edə bilmədiyi üçün Notarius vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Atası 3 yaşından valideynlərini itirdiyindən Vartaşen (Oğuz) Rayonu uşaq evinə yerləşdirilmişdir. 16 yaşına qədər orada yaşamışdır. Hərbi biletində atasının doğum yeri Vartaşen (Oğuz) Rayonunun Pirəli kəndi göstərilmişdir. xx.xx.1939-cu il təvəllüdlü X7 doğum akt qeydi barədə məlumatın və təsdiq edilmiş surətinin alınması üçün verilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikamın Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2-R- 969-6-1120/2024 saylı cavab məktubunda mərhum atası X7 haqqında heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. Həmçinin, Oğuz Rayon İcra Hakimiyyəti Oğuz Rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-cü il tarixli, N-3-48-36RA2-32/2024 saylı cavab məktubunda da iddiaçıya mərhum atası X7 haqqında heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. 9 dekabr 2024-cü il tarixdə ünvan 2at Ofisinə vəkil sorğusu verilərək Oğuz Rayonu Oğuz şəhərində anadan olmuş ünvan 3 ünvanında qeydiyyatda olmuş və ölmüş xx.xx.1939-cu il təvəllüdlü mərhum X7 və valideynlərinin doğum akt qeydləri barəsində məlumatın əldə edilməsi mümkün olmadığına görə xx.xx.1939-cu il təvəllüdlü mərhum X4 miras qalan ünvan 3 ünvanına dair vərəsə qismində iddiaçının vərəsəlik haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Həmin ünvana iddiaçının atasının vəfatından sonra sahiblik edərək atasından miras qalan əmlakı faktiki olaraq qəbul etdiyi üçün bu səbəblə atasından miras qalan miras əmlakına dair ona Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə ehtiyac yaranmışdır. Lakin ünvan 2at Ofisinin Xüsusi X19 xx.xx.2024-cü ci il tarixli Qərarı ilə mərhum atası X7 doğum haqqında şəhadətnaməsinin, onun ata və anasının ölüm haqqında şəhadətnamələrinin və miras əmlaka dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsini əsas gətirərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddiaçının miras qoyan mərhum atası X7 tək vərəsəsi olmağına dair qanun üzrə vərəsəlik hüququnun tanınması, ünvan 3 ünvanında yerləşən miras əmlak barədə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil ilə müqavilə üçün ödədiyi 320 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, mərhum X7 qanun üzrə vərəsəsi sayılmaqla ünvan 4 ünvanında yerləşən 17 saylı mənzildən ibarət miras əmlaka tam pay üzrə miras pay hüququnun müəyyən edilməsi və həmin miras əmlaka dair iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin ünvan 2at ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin ünvan 2at ofisinə həvalə edilməsi” hissəsində geri götürdüyünü bildirmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 8.Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, iddiaçının dayısı qızı olduğunu, mərhumun dayısı olduğunu, dayısının iddiaçıdan başqa övladının olmadığını, bir dəfə evləndiyini, onun 2024-cü ilin avqust ayının 3-ü rəhmətə getdiyini, dəfnində kənddə yaşadığı üçün iştirak edə bilmədiyini, dayısının Bakıda yaşadığını, özü, rəhmətlik həyat yoldaşı və qızı ilə yaşadığını, həyat yoldaşının 50 yaşında rəhmətə getdiyini bildirmişdir. 10.Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki, mərhumun anasının dayısı olduğunu, onun bir dəfə evləndiyini, bir uşaq olaraq iddiaçı olduğunu, evlərində olmadığını bildirmişdir. 11.Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1965-ci il tarixdə anadan olmuş, atası qrafasında X15, anası qrafasında X8 qeyd edilmişdir 13.Mülki işin materiallarında olan İV-ЖГ seriyalı, 428157 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X12 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. 14.Mülki işin materiallarında olan AZ-İİ seriyalı, 445671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2024-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 285 nömrə ilə qeyd edilmişdir. 15.Mülki işin materiallarında olan AZ seriyalı, 011606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, bu barədə xx.xx.1999-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 193 nömrə ilə qeyd edilmişdir. 16.Mülki işin materiallarında olan AЗ seriyalı, 024092 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X9 arasında xx.xx.1965-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. 17.Mülki işin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs X5r. 18.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivindən verilən 02 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Oğuz (Vartaşen) rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Oğuz (Vartaşen) rayonu Qeydiyyat şöbəsi, Xaçmaz, Böyük Söyüdlü, Baş-Daşagil, Padar, Vardanlı icra nümayəndəlikləri) X7 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. 19.Mülki işin materiallarında olan Oğuz rayon İcra hakimiyyəti Oğuz rayon Dövlət Arxivi tərəfindən verilən 18 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Oğuz (Vartaşen) rayon VVAQ şöbəsinin 1939-cu il tarixli doğum aktı qovluğunda mərhum X7 doğumu haqqında qeyd aşkar edilməmişdir. 20.Mülki işin materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mir Cəlal küçəsi, ev 34 ünvanında yerləşən 17 saylı mənzil X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. 21.Mülki işin materiallarında olan ünvan 2at ofisinin xüsusi X19 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina haqqında qərardan görünür ki, X15, 03 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Vərəsə, İddiaçı, X4 miras qalmış, ünvan 6 tavanında yerləşən mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı, xx.xx.2024-cü il tarixdə, notariat ofisinə ərizə ilə müraciət etmişdir. Müraciət araşdırılarkən, X14 aid doğum haqqında, ata və anasının isə ölümü haqqında şəhadətnamələri, həmçinin miras əmlaka dair hüquqmüəyyənedici sənəd notariat ofisinə təqdim edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən X4 miras qalmış daşınmaz əmlaka dair İddiaçı adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 22.Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi 77 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 342 nömrəli arayışdan görünür ki, X15 4-cü mkr., Mir Cəlal küçəsi 34 saylı evin 17 saylı mənzilində qeydiyyatda olub, xx.xx.2024-cü il tarixdı vəfat etmiş, dəfn edən günədək ailə üzvləri qızı İddiaçı və nəvəsi X10 ilə birlikdə yaşamışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 23.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mərhum atası X15 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, vəfat edən günədək iddiaçı, qızı və atası X1 məxsus ünvan 6 ünvanında yaşamışlar. Atası vəfat etdikdən sonra iddiaçı atasında miras qalan həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ünvan 2at Ofsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının atasının doğum haqqında, atasının ana və atasının ölüm haqqında şəhadətnamələri olmadığından qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı mərhum X7 qanun üzrə vərəsəsi sayılmaqla ünvan 4 ünvanında yerləşən 17 saylı mənzildən ibarət miras əmlaka tam pay üzrə miras pay hüququnun müəyyən edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 25.Həmçinin, məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. 26.“G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” 27.Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı qanun üzrə vərəsəlik hüququnun tanınmasını tələb etsə də, 14 saylı notariat ofisi tərəfindən müvafiq sənədlərdən olmadığından imtina cavabı verilməsinə baxmayaraq, iddiaçı mirası qeyriformal üsulla qəbul etmişdir. Yəni iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı və onun qızı mərhum atası ilə birlikdə atasına məxsus sözügedən mənzildə yaşamış və atası vəfat etdikdən sonra hazırda yaşamaqda davam edir və iddiaçı mərhum atasının yeganə vərəsəsidir. 28.Bunlardan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. 29.Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 30.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 7 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlakda tam payı müəyyən edilməlidir. 31.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 32.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış ünvan 7 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlakda tam payı müəyyən edilsin. Qətnamə İddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Cavabdeh ünvan 2at Ofisi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar