Məhkəmə qərarları › İş №2(006)-197/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-197/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-197/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15.05.2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinə əsasən 19821.42 manat əsas borc, 177.29 manat faiz borcu, 100 manat dəbbə pulu, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 989 manat məbləğində pul vəsaiti, cəmi 21087.71 manat; Cavabdeh1 31.07.2018-ci il tarixli 382/F saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas borc, 1832.99 faiz borc manat, dəbbə pulu 63 manat məbləğində pul vəsaiti, cəmi 16895,99 manat məbləğində pul vəsaiti, ümumilikdə 37983,70 manat tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzilinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 499 manat məbləğində pul vəsaiti və tutmanın ipoteka predmetinə yönəldilməsi dair bildirişin qeydə alınması üçün 30 manat rüsum, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulsun və Dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 15.05.2014-cü il tarixində bağlanan 093/KTN saylı kredit müqaviləsinə əsasən borc alana Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaiti hesabına illik 7 (yeddi) faiz hesablanmaq şərti ilə, 60 (altmış) ay müddətinə, 24 (iyirmi dörd) ay güzəşt müddəti olmaqla 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. 093/KTN saylı Kredit müqaviləsinin təminatı olan 17.10.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0512101, reyestr kitabı 2181, vərəq 202086, reyestr nömrəsi **********91- 05101-093032, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.10.2014-cü il). Bundan başqa,"İddiaçı" ASC ilə Cavabdeh1 arasında 31.07.2018-ci il tarixində bağlanan 382/F saylı Kredit müqaviləsinə əsasən borc alana sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 02.10.2018-ci il tarixində "İddiaçı" ASC ilə Cavabdeh1 ilə bağlanmış 31.07.2018-ci il tarixli 382/F saylı Kredit müqaviləsinə Əlavə bağlanmışdır. Əlavənin 1.1 maddəsində göstərilmişdir: Borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Borc alana Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vəsaiti hesabına illik 5 (beş) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. 382/F saylı Kredit müqaviləsinin təminatı olan 31.07.2018-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin,33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №1394692, reyestr kitabı 2181, vərəq 202086, reyestr nömrəsi **********91-05101-093032, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.10.2018-ci il). Lakin 093/KTN və 382/F saylı Kredit müqavilələrinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, Cavabdeh1 15.10.2019-cu il tarixinə 093/KTN saylı kredit müqaviləsi üzrə banka əsas borcu 22 508.4 (iyirmi iki min beş yüz səkkiz.4) manat, faiz borcu 726.55 (yeddi yüz iyirmi altı.55) manat, dəbbə pulu 8 793 (səkkiz min yeddi yüz doxsan üç) manat, cəmi 32 027.95 (otuz iki min iyirmi yeddi.95) manat məbləğində borcu yaranmışdır. 382/F saylı Kredit müqaviləsi üzrə 15.10.2019-cu il tarixinə Cavabdeh1 banka əsas borcu 15 000 (on beş min) manat, faiz borcu 218.7 (iki yüz on səkkiz.7) manat, dəbbə pulu 638 (altı yüz otuz səkkiz) manat, cəmi 15 856.7 (on beş min səkkiz yüz əlli altı.7) manat məbləğində borcu yaranmışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2014cü il tarixli, 093/KTN saylı kredit müqaviləsindən görünür ki, borc alana Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaiti hesabına illik 7 (yeddi) faiz hesablanmaq şərti ilə, 60 (altmış) ay müddətinə, 24 (iyirmi dörd) ay güzəşt müddəti olmaqla 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 093/KTN saylı Kredit müqaviləsindən görünür ki, təminatı olan 17.10.2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0512101, reyestr kitabı 2181, vərəq 202086, reyestr nömrəsi **********91- 05101-093032, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.10.2014-cü il). İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2018-ci il tarixində bağlanan 382/F saylı Kredit müqaviləsindən görünür ki, əsasən borc alana sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2018-ci il tarixli 382/F saylı Kredit müqaviləsinə ƏlavəDƏN görünür ki, Əlavənin 1.1 maddəsində göstərilmişdir: Borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Borc alana Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vəsaiti hesabına illik 5 (beş) faiz hesablanmaq şərti ilə, 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) ay güzəşt müddəti olmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.07.2018-ci il tarixli sonrakı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №1394692, reyestr kitabı 2181, vərəq 202086, reyestr nömrəsi **********91-05101-093032, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.10.2018-ci il). İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 15.10.2019-cu il tarixinə 093/KTN saylı kredit müqaviləsi üzrə banka əsas borcu 22 508.4 (iyirmi iki min beş yüz səkkiz.4) manat, faiz borcu 726.55 (yeddi yüz iyirmi altı.55) manat, dəbbə pulu 8 793 (səkkiz min yeddi yüz doxsan üç) manat, cəmi 32 027.95 (otuz iki min iyirmi yeddi.95) manat məbləğində borcu yaranmışdır. 382/F saylı Kredit müqaviləsi üzrə 15.10.2019-cu il tarixinə Cavabdeh1 banka əsas borcu 15 000 (on beş min) manat, faiz borcu 218.7 (iki yüz on səkkiz manat) 7 qəpik, dəbbə pulu 638 (altı yüz otuz səkkiz) manat, cəmi 15 856.7 (on beş min səkkiz yüz əlli altı.7) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 30 iyul 2020-ci il tarixli, 9/2367 saylı ekspert rəyindən görünür ki, 15 may 2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləği kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən təyinatı üzrə yeni mal-qaranın alınmasına istifadə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 15 may 2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 15 may 2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 22205,60 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 22008,74 AZN, faiz borcu üzrə 196,86 AZN. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 15.05.2019-cu il tarixdən 1482,28 AZN məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 15.05.2019cu il tarix göstərildiyindən 1482,28 AZN məbləğində ödəniş nəzərə alınmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, 9/2204 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 15 may 2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə 15 may 2019-cu il tarixə olan ümumi borcu 19998,71 manat məbləğində müəyyən edilir, o cümlədən, 15 may 2019-cu il tarixə olan borc üzrə əsas borc 19821,42 manat, faiz borcu üzrə 177,29 manat. Müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi 15 may 2019-cu il tarixindən sonra da ayrı-ayrı tarixlərdə ümumilikdə 1589,58 manat məbləğində ödənişləri olmuşdur. Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualda konkret olaraq borcun müqavilə müddətinin sonuna nə qədər olması soruşulduğundan hazırki hesablama zamanı həmin ödənişlər nəzərə alınmadı. Bundan başqa bildirilir ki, 30 iyul 2020-ci il tarixdə vferilmiş 9/2367 nömrəli ekspert rəyi ilə hazırki rəy arasında yaranmış fərq ondan ibarətdir ki, ilkin ekspertiza tədqiqatı zamanı tədqiqata təqdim edilmiş hesabdan çıxarış sənədlərində ödənişlər aydın görünmədiyi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 13.11.2018-ci il tarixdə 1365,64 manat; 20.11.2018-ci il tarixdə 200 manat və 11.02.2019-cu il tarixdə 468,31 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır. Hazırki tədqiqata təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən 30 iyul 2020-ci il tarixində verilmiş 9/2367 nömrəli ekspert rəyində hesablamada yaranmış texniki səhvlər aradan qaldırıldı. İş materiallarında olan “xxxx” MMC-nin 05 iyun 2020-ci il tarixli, 0785/20/MUB saylı rəyindən görünür ki, ünvan 1 ünvanındakı 5 mərtəbəli köhnə tikili binanın birinci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 38,6 kv.metr ümumi, 27,7 kv.metr yaşayış və 10,9 kv.metr yardımçı sahədən ibarət iki otaqlı 33 nömrəli mənzilin real bazar qiyməti 75000 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ASC cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəliyi tam icra etməmişdir və borcun ödənilməsi barədə İddiaçı ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 15.05.2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinə əsasən 19821.42 manat əsas borc, 177.29 manat faiz borcu, 100 manat dəbbə pulu, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 989 manat məbləğində pul vəsaiti, cəmi 21087.71 manat; Cavabdeh1 31.07.2018-ci il tarixli 382/F saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas borc, 1832.99 faiz borc manat, dəbbə pulu 63 manat məbləğində pul vəsaiti, cəmi 16895,99 manat məbləğində pul vəsaiti, ümumilikdə 37983,70 manat tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzilinə yönəldilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 499 manat məbləğində pul vəsaiti və tutmanın ipoteka predmetinə yönəldilməsi dair bildirişin qeydə alınması üçün 30 manat rüsum, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulsun və Dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 15.05.2014-cü il tarixli 093/KTN saylı kredit müqaviləsinə əsasən 19821.42 manat əsas borc, 177.29 manat faiz borcu, 100 manat dəbbə pulu, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 989 manat məbləğində pul vəsaiti, cəmi 21087.71 manat; Cavabdeh1 31.07.2018-ci il tarixli 382/F saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas borc, 1832.99 faiz borc manat, dəbbə pulu 63 manat məbləğində pul vəsaiti, cəmi 16895,99 manat məbləğində pul vəsaiti, ümumilikdə 37983,70 manat tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 7a nömrəli evin, 33 saylı mənzilinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 499 manat məbləğində pul vəsaiti və tutmanın ipoteka predmetinə yönəldilməsi dair bildirişin qeydə alınması üçün 30 manat rüsum, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar