Məhkəmə qərarları › İş №2(006)-1974/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1974/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1974/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qayınanası, xx.xx.1929-cu il tarixdə X3 xx.xx.1997-ci il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qayınanası X5 30 mart 1929-cu il tarixdə doğulmuşdur. Qayınanası 01 sentyabr 1997-ci il tarixdə Şəki şəhərində vəfat etmiş və Şəki şəhərində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. X1 30 yanvar 2019-cu il tarixdə vəfatından sonra ondan miras qalmış, Şəki şəhəri M.F.Axundov küçəsi 48 saylı fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin alınması məqsədi ilə Şəki regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində vərəsəlik işinin açılması üçün müraciət etdikdən sonra ərinin anasının vərəsələr arasına daxil olmasını nəzərə alaraq onun barəsində sənədlər tələb olunmuşdur. Bu vaxt ona məlum olmuşdur ki, qayınanası X3 ölüm haqqında şəhadətnaməsi ümumiyyətlə yaxın qohumu tərəfindən alınmamışdır. Maraqlı şəxs 22 oktyabr 2022-ci il tarixli 05/Q-1095/70 saylı arayışı ilə bu fakt öz əksini tapmışdır. Bu səbəbdən, X3 adına ölüm haqqında tibbi şəhadətnamənin alınması məqsədi ilə Tibbi Ərazi Bölmələrinin «Şəki Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə müraciət olunmuşdur. Tibbi Ərazi Bölmələrinin «Şəki Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin 01 fevral 2023-cü il tarixli 40/2 saylı məktubu ilə qayınanası barəsində arxiv məlumatlarında hər hansı qeyd aparılmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuş, bundan sonra isə qayınanasının adına ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Lakin Şöbə qayınanasının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən şəhadətnamənin verilməsinin mümkün olmaması barədə 10 mart 2023-cü il tarixli 3-16- 5/7-15/532/23 saylı məktu vermişdir. Qeyd etdiyi kimi, notariat ofisində ərindən miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması üçün miras qoyanın anası X3 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən hesab edir ki, ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə məhkəmə tərəfindən hüquqi əhəmiyyətli olan fakt kimi X3 01 sentyabr 1997-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 06 may 2023-cü il tarixli 3-16-5/8-13-972/2023 saylı məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qayınanasıdır. Belə ki, xx.xx.2023-cü il tarixli arayışa əsasən ərizəçinin əri X8 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X6, anası Yəmən Şirəli qızıdır. Ərizəçi ilə X8 arasında nikah 03 oktyabr 2003-cü il tarixdə Şəki rayon VVADQ şöbəsində bağlanmışdır. Bu barədə Şəki rayon VVADQ şöbəsi tərəfindən 03 oktyabr 2003-cü il tarixdə AZ-İ seriyalı 062579 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin qayınanası X5 xx.xx.1929-cu il tarixdə doğulmuş, xx.xx.1997-ci il tarixdə Şəki şəhərində vəfat etmiş və Şəki şəhərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Mərhumun məzarının üzərində olan xatirə lövhəsinin (baş daşının) fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Xatirə lövhəsindəki mərmər materialda mərhumun əksi həkk olunmuş, doğulduğu və vəfat etdiyi tarixlər qeyd edilmişdir. X8 07 noyabr 2018-ci il tarixdə həyat yoldaşının adına vəsiyyətnamə tərtib etdirərək, notarial qaydada təsdiq etdirmiş, mülkiyyətində olan, ölən günədək ona məxsus olan Şəki şəhəri Axundov prospekti 48 ünvanda yerləşən fərdi yaşayış evini arvadı Ərizəçi vəsiyyət etmişdir. X8 30 yanvar 2019-cu il tarixdə Şəki şəhərində şəkərli diabetdən vəfat etmiş, bu barədə Şəki regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 08 fevral 2019-cu il tarixdə 73 saylı akt qeydi aparılmışdır. Mərhumun adına həmin tarixdə AZ-İ seriyalı 990231 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Maraqlı şəxs 10 mart 2023-cü il tarixli 3-16-5/7-15/532/23 saylı məktubundan görünür ki, ərizəçiyə qayınanası X3 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Şəki rayon Mərkəzi Xəstəxanasının 01 fevral 2023-cü il tarixli 40/2 saylı məktubundan görünür ki, Ərizəçi qayınanası X3 ölümü barədə qeyd aşkar edilmədiyindən, ölüm aktının verilməsinin mümkün olmadığı bildirilmişdir. Şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, bacısının qayınanasını tanıyırdı. 1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qayınanasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X5 xx.xx.1997-ci il tarixdə Şəki şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Şəki şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar