Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-198/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkili Vəkil eyni əsaslar üzrə məhkəmənin qətnaməsi mövcud olduğundan işə xitam verilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı borcun qaytarılmasına dair iddia ərizəsi qismən təmin edilmiş, qanuni qüvvədə olan 2(102)-1480/2011 saylı, 20 may 2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən cavabdeh İddiaçı X2 xeyrinə 20.000 manat əsas borc, 2.000 manat mənəvi ziyan, 1.000 manat əldən çıxmış fayda, əmlak şəkilində borca görə 1.000 manat, 20 manat dövlət rüsumu tutulması qərara alınmışdır. İddiaçı borcu ödəmədiyindən qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tutma onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) yönəldilmiş, həmin əmlak İcra Şöbəsinin sifarişi əsasında qiymətləndirilmiş, açıq hərraca çıxarılmış, hərracda satılmadığından Nəsimi Rayon İcra Şöbəsi tərəfindən tələbkar kimi iddiaçı Nadejda Allahverdiyevaya təklif etmiş, iddiaçı Nadejda Allahverdiyeva tələbkar kimi təklifi qəbul etmiş, Nəsimi Rayon İcra Şöbəsi qeyri-yahşayış sahəsinin adına rəsmiləşdirilməsi barədə qərardad qəbul edilməsi üçün icraya nəzarət edən Nəsimi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 16 may 2013-cü il tarixli qərardadı ilə təqdimat məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmış və əsas kimi qeyd etmişdir ki, «İcra Haqqında» Qanuna əsasən bu səlahiyyət icra məmuruna verilmişdir. İcra Şöbəsi 22 may 2013-cü il tarixdə əmlakın borcun əvəzinə tədləbkar kimi Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilməsi və bu barədə çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul etmiş, inzibati orqan tərəfindən həmin qərar icra edilərək əvvəl İddiaçı məxsus olmuş 6 saylı qaraj üzərində 28 iyun 2013-cü il tarixdə Nadejda Allahverdiyevanın adına xüsusi mülkiyyət hüququ qeydə alınmış və onun adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh5 və 3-cü şəxs X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən əvvəl ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində Nadejda Allahverdiyevanın adına keçirməklə rəsmiləşdirilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli «əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə» qərarın ləğv edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(81)- 2695/2013 saylı qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyriyaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində 3-cü şəxs X2 adına keçirməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli «əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə» qərarın ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2014-cü il tarixli, 2-1(103)-145/2014 saylı qərarı ilə cavabdeh və Nadejda Allahyerdiyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(81)-2695/2013 saylı qərarı ləğv edilmiş, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014-cü il tarixli, 2-1(102)-675/2014 saylı qərarı ilə İddiaçı kassassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2014cü il tarixli, 2-1(103)-145/2014 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmədən cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh5 və X1rşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair yeni açılmış hallarla bağıl icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ilə iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə İddiaçı tərəfindən verilmiş ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2017-ci il tarixli, 2- 1(102)-779/2017 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2-ci dəfə həmin işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı ilə İddiaçı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2018-ci il tarixli, 2-1(102)-323/2018 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2-2(81)-639/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs X4 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) dair çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-273/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 setyabr 2018-ci il tarixli, 2-1(81)-639/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasnını 04 iyun 2019-cu il tarixli, 2-1(102)-1976/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2-1(103)-273/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(102)-1976/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan əlavə İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova və böyük icra məmuru Cavabdeh5 qarşı, 3-cü şəxs X5, "xxxx" MMC cəlb olunmaqla mübahisəli qeyri-yaşayış sahəsinin (qarajın) X2 adına keçirilməsi barədə verilən 17/70 182/3 №-li, 17 yanvar 2013-cü il tarixli təklifin və verilən qərarların və sənədlərin ləğv edilməsi, "xxxx" MMC-nin adından saxta tərtib edilmiş qeyd 12-194 №-li, 09 aprel 2012-ci il tarixli saxta əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Nəsimi Rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanov və icra məmuru Cavabdeh5 tərəfindən DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə göndərilən bütün səndələrin etibarsız hesab edilməsinə, ləğv edilməsinə, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2015-ci il tarixli, 2-1(81)-100/2015 saylı qərarı ilə həmin iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 sentyabr 2015-ci il tarixli, 2-1(103)-1462/2015 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2015-ci il tarixli, 2- 1(81)-100/2015 saylı qərar dayişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasnın 28 yanvar 2016-cı il tarixli, 2-1(102)- 197/2016 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edtilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 sentyabr 2015-ci il tarixli, 2-1(103)-1462/2015 saylı qərardəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı mübahisəli qeyri- yaşayış sahəsinin boşaldılmasına dair iddia ərizəsi təmin edilmiş, iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində 18,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (6 saylı qaraj) boşaldılması və cavabdeh İddiaçı istifadəsindən alınaraq iddiaçı X2 istifadəsinə verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)- 282/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Nəsimi Rayon İcra və Probasiya şöbəsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və qeyrilərinə qarşı, 3-cü şəxs qismində cəlb edilməklə X5 qərarı, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi qismən təmin edilmiş, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh5 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a nömrəli zirzəmisindəki 18,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 22 may 2013-cü il tarixli qərar etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a nömrəli zirzəmisindəki 18,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair X2 mülkiyyət hüququnu təsdiq edən DƏDRX-i tərəfindən verilmiş 28 iyun 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. Qeyd edilmiş hər iki mülki iş üzrə həm İddiaçı, həm X5 ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş, hər iki iş Bakı Apellyasiya Məhkəməsində birbləşdirilmiş, bir icraata qəbul edilmiş və nəticədə: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadı ilə 2-ci iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020- ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Nəsimi Rayon İcra və Probasiya şöbəsi, DƏDRX-nin 1 sayldı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmiş, iddiaçının qeyd olunan tərəblərinə artıq qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, iddiaçıya şikayət formasında icra sənədi verən və ya icraya nəzarət edən müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə zərurət qalmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnını 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qətnaməsi ilə 1-ci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Mçəhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 salı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-6328/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardad dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X6 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı hərəkətlər qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, nəticədə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2023-cü ild tarixli, 2-1(112)-14566/2023 saylı qərardadı ilə iddia tələbi qeyri-mümkünsüz hesab edilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş qətnamələr və qərarları ilə X2 mübahisəli əmlakın üzərində mülkiyyət hüquqları tam təsdiq edilmişdir. Bundan sonra mübahisəli əmlakın boşaldılması ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdır. Lakin, yuxarıda qeyd edilən qətnamə və qərarların qanuni qüvvəsini almasına baxmayaraq İddiaçı eyni iddia tələbləri ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərarları olduğu halda və İddiaçı bu məsələ ilə bağlı məlumatlı olduğundan, əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və sair tələbinə dair mülki işə yenidən baxılması ağlabatan deyil və iş üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-198/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-198/2024
17.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver