Məhkəmə qərarları › İş №2(006)-1986/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1986/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1986/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X9 Ağstafa rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X9 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum X5 ilə evlənərək nikahları xx.xx.1992-ci il tarixdə 19 saylı X22 ilə qeydiyyata aldırmışlar. X5 xx.xx.2020-ci il tarixdə bronxların və ya ağciyərin yuxarı pay xərçəngindən Bakı şəhərində vəfat etmişdir. X10 ilə birgə nikahlarından xx.xx.1994-cü il təvəllüdlü X14 adında bir oğlan övladları doğulmuşdur. Oğlu xx.xx.1994-cü il təvəllüdlü X14 xx.xx.1994-cü il tarixdə Ağstafa rayonu, Eynallı kəndində qonaq olarkən qəflətən qarınağrısına düşərək bədəndə su çəkildiyi və bağırsağına mikrob düşməsi nəticəsində 6 aylıq ikən vəfat etmişdir. O Eynallı kəndində vəfat itdiyinə görə onu Eynallı kənd qəbiristanlığında dəfn edib gəlmişdilər. Uşağının səhhəti qəflətən pisləşdiyi üçün təcili tibbi yardım çağırılmamışdır. Ona görə də onun ölümünün səbəbi barədə rəsmi sənəd əldə etməmişdilər. Əslində uşaq üçün ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilmədiyi üçün onu almamışlar. Əri vəfat edəndən sonra onun adına olan əmlakı vərəsə kimi öz adına keçirtmək istəyərəkən 1 Saylı Bakı "Asan xidmət" Mərkəzindən məlumat verilmişdir ki, X10 ilə birgə nikahlarından doğulmuş xx.xx.1994-cü il tsvəliüdlü X9 da razılıq ərizəsi lazımdır. Orada bildirmişdir ki, Cavid 1994-cü il tarixdən vəfat etmişdir. 1 Saylı Bakı "Asan xidmət” Mərkəzindən məlumat verildi Qeydiyyat şöbəsinə müraciət etsin və xx.xx.1994-cü il təvəllüdlü X9 ölümü barədə şəhadətnamə alsın. O da 01 saylı Bakı "Asan xidmət" Mərkəzində qeydiyyat Şöbəsinə xx.xx.1994-cü il təvəllüdlü X9 ölümü barədə şəhadətnamə verilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsinə ölümü təsdiq edən sənəd olmadığı üçün xx.xx.2020-ci il tarixdə 05/Q-1338G15 saylı məktub ilə imtina verilmişdir. Eyni qaydada da Bakı şəhəri Nəsim rayonu 3 saylı Uşaq Poliklinikasına da müraciətinə xx.xx.2020-ci il tarixdə imtina barədə arayış verilmişdir. Ona görə də xx.xx.1994-cü il təvəllüdlü X9 ölümü haqqında şəhadətnaməni ala bilmir. xx.xx.1994-cü il təvəllüdlü X9 xx.xx.1994-cü il tarixdə Ağstafa rayonu, Eynallı kəndində ölməsini şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda oğlu xx.xx.1994-cü il təvəllüdlü X9 ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, mərhum onun bacısı oğludur. Bacı Ərizəçi ailəsi və uşaqları ilə birlikdə Ağstafa rayonu Eynallı kəndinə qonaq gəlmişdilər. Orda bacısının oğlu mərhum X1, lakin uşağı həkimə apara bilməmişdilər. Mərhum X4 rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etmişdir. X3 orada, yəni Ağstafa rayonunda dəfn etmişdilər. O, digər qohumlarla birlikdə yas mərasimlərini təşkil etmiş və orada iştirak etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X8 ifadə verərək bildirdi ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Ərizəçi ailəsi və uşaqları ilə birlikdə Ağstafa rayonu Eynallı kəndinə qonaq getmişdilər. Qonaq getdikləri yerdə qardaşının oğlu mərhum X2, lakin uşağı həkimə apara bilməmişdilər. Mərhum X4 rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etmişdir. X3 Ağstafa rayonunda dəfn etmişdilər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Məmmədova”, ərə “Məmmədov” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə №1223 ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Nəsimi Rayon 03 №li uşaq poliknikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli arayışından görünür ki, X14 03 saylı uşaq poliknikasında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli 01 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilmısi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 575/8 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 həqiqətən xx.xx.1994-cü ildə vəfat etmiş və Eynallı kənd qəbristanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, X9 Ağstafa rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X9 Ağstafa rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş X9 Ağstafa rayonu Eynallı kəndində xx.xx.1994-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X9 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar