Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin “Binəqədi” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 257 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.115 manat, faiz borcu üzrə 4.505,05 manat, cəmi 11.620,05 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan ** EV *** dövlət qeydiyyat nişanlı, “Saipa Tiba SX” minik markalı (buraxılış ili 2013, mühərrik SE9M15-806687, ban NAS8111DOD5724666, rəngi ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adının İddiaçı MMC-nin əvəzinə "xxxx" QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC kimi qeyd edilməsi və iddia tələbinin xahiş etdi hissəsinin “Cavabdeh "xxxx" ASC-nin “Binəqədi” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 257 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7.115 manat, faiz borcu üzrə 4.505,05 manat, cəmi 11.620,05 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan ** EV *** dövlət qeydiyyat nişanlı, “Saipa Tiba SX” minik markalı (buraxılış ili 2013, mühərrik SE9M15-806687, ban NAS8111DOD5724666, rəngi ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, əksik qalan borc məbləğinin Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi” sözləri kimi qeyd edilməsini xahiş etmişdir. Daha sonra, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia əizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə cavabdehin, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" QSC-nin nizamnaməsində edilmiş dəyişikliklərə görə, Fərmanda nəzərdə tutulmuş aktivlərin Kredit Təşkilatı tərəfindən alınması və idarə olunması ilə bağlı qərarları Nizamnaməyə uyğun olaraq Kredit Təşkilatının Səhmdarlarının Ümumi Yığıncağı, Müşahidə Şurası, Təftiş Komissiyası və İdarə Heyəti qəbul edir. Həmin aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirir (göstərilən məzmunda Nizamnaməyə 2.5-ci bənd əlavə edilmişdir). İddiaçı MMC-nin Nizamnaməsindən görünür ki, MMC Fərmanla "xxxx" QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədi ilə yaradılmışdır, onun təsisçisi "xxxx" QSC-dir, cəmiyyət müstəqil balansa, kredit təşkilatlarında cari və hesablaşma hesabına, habelə digər hesablara, möhürə, müvafiq ştamplara və blanklara malikdir, öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edir və vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış edir, öz öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyır, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, cəmiyyət dövlətin, dövlət isə cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. "xxxx" MMC-nin Nizamnaməsinin 3-cü bəndindən görünür ki, cəmiyyətin əsas məqsədi Fərmanın icrasını təmin etmək məqsədilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq "xxxx" QSC tərəfindən alınmış aktivlərin idarə edilməsindən ibarətdir və cəmiyyət aktivlərin idarə edilməsində iştirak edərkən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: … 3.2.2. ödəmə vaxtı keçmiş borcların (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görür. … Beləliklə, aydın olur ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ "xxxx" QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlərin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə, sonuncu müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, "xxxx" QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik deyil. "xxxx" MMC hazırki iddia ərizəsini "xxxx" QSC-nin verdiyi etibarnamə əsasında sonuncunun adından vermişdir (səh. 40). Məhkəmə qeyd edir ki, belə bir imkan xx.xx.2018-ci il tarixədək mümkün olmuşdur, belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni, hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır. Qeyd olunan normaya edilmiş dəyişikliyə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan Agentliyin icraçı direktoru tərəfindən imzalandığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMCnin Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver