Məhkəmə qərarları › İş №2(006)-2004/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2004/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2004/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə, daha sonra Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 23 yanvar 2023-cü il tarixdə yatdığı yerdə qəflətən dünyasını dəyişmişdir. Qohumları ilə birgə mərhum anası X9 qəbristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Hövsan qəbiristanlığında yerləşir. X1 ölüm faktını şahidlər, əhaliyə vətəndaşlıq xidməti tresti və təcili yardım xidmətinin verdiyi arayışla təsdiq edə bilər. Hal-hazırda ölüm haqqında sənədi ala bilmirlər. Bunun üçün anasının məhkəmə qaydasında ölüm faktı müəyyən edilməsi lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. 05 iyun 2005-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 03022393 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin anası X6 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X5 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görunur ki, X4 adına 14:10-da çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Qonşuların tərtib etdikləri və Suraxanı rayonu Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 29 mart 2023-cü il tarixli aktdan görünür ki, X6 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş və Hövsan kənd qəbristanlığında dəfn olunmuşdur. Qəbristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X6 dəfn edilmişdir. 3 nömrəli şəhər poliklinikasının 30 yanvar 2023-cü il tarixli 62 saylı məktubundan görünür ki, Ərizəçi anası xx.xx.1946-cı il təvəllüdlü X4 3 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə müraciəti qeydə alınmadığından və ölümünün səbəbi məlum olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş «Ölüm haqqında şəhadətnamə»nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs 31 mart 2023-cü il tarixli 3-16-5/8-15-541/2023 saylı məktubundan görünür ki, ərizəçiyə X1 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum babasının bacısıdır. Hövsan qəbristanlığında dəfn olunmuşdur. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun xalasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar