Məhkəmə qərarları › İş №2(006)-2019/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2019/2020

23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2019/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X18 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7, cavabdeh “xxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC-yə, “xxxxxxxxxxxx” QSCyə, üçüncü şəxslər X6, X2 qarşı “kredit müqavilələrinin və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC arasında bağlanmış xx.xx.2013-ci il tarixli 6575, 6576, 6577, 6579, 6580 saylı kreditmüqavilələrinin və həmin kredit müqavilələrin təminatı olan xx.xx.2016-cı il tarixli ipotekamüqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) X11 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ilə cavabdeh arasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC arasında bağlanmış xx.xx.2013-ci il tarixli 6575, 6576, 6577, 6578, 6579, 6580 saylı kredit müqavilələrinin və həmin kredit müqavilələrin təminatı olan xx.xx.2016-cı il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəqiqləşdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X11 izahatında bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında da xx.xx.2013-ci il tarixli 6939 saylı və xx.xx.2013-ci il tarixli 7116 saylı kredit müqavilələri bağlanmışdır. Bu borcun təminatı olaraq X8 ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahələri (ümumi sahəsi 111,0 kv.ım olan 3 saylı və ümumi sahəsi 109,0 kv.m olan 5 saylı ofislər) kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-ci il tarixli 6939 saylı kredit müqaviləsinə əsasən 1.206.000 (bir milyon iki yüz altı min) manat və xx.xx.2013-ci il tarixli 7116 saylı kredit müqaviləsinə əsasən 600.000 (altı yüz min) manat kredit verilməsi nəzərdə tutulsa da həmin pul məbləğləri iddiaçıya verilməmiş və həmin pul məbləğləri iddiaçı tərəfindən alınmamışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, həmin pulların onun tərəfindən alınmasına dair hər hansı bir mötəbər sübut yoxdur (kassa məxaric orderi və s.). Belə ki, həqiqətən də onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında yuxarıda qeyd edilən kredit müqavilələri bağlanmış olsa da, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həmin kredit müqaviləsi əsasında ona verməli olduğu pulu ona ödəməkdən imtina etmiş və həmin müqavilələrin ləğv olunduğunu bildirmişlər. Lakin buna baxmayaraq, hazırda “X13 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ona qarşı Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, ondan xx.xx.2013-ci il tarixli 6939 saylı kredit müqaviləsinə əsasən 1.206.000 (bir milyon iki yüz altı min) manat əsas, 98490 (doxsan səkkiz min dörd yüz doxsan) manat olmaqla, cəmi 1.304.490 (bir milyon üç yüz dörd min dörd yüz doxsan) manat, xx.xx.2013-ci il tarixli 7116 saylı kredit müqaviləsinə əsasən 600.000 (altı yüz min) manat əsas, 43000 (qırx üç min) manat faiz borcu olmaqla, cəmi 1.947.490 (bir milyon doqquz yüz qırx yeddi min dörd yüz doxsan) manat kredit borcunun “X13 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Həmçinin iddia ərizəsindən də göründüyü kimi həmin kredit müqavilələri xx.xx.2013- cü il və xx.xx.2013-cii il tarixdə bağlandığı irəli sürülsə də, həmin kreditlərin təminatı olaraq ipoteka müqavilələri xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Bu bir daha həmin kredit müqavilələrinin saxta və qanunsuz olduğunu, onun aldadılaraq həmin kredit müqavilələrini imzalatdırmalarını, eləcə də həmin kreditlərin tərəfindən alınmasını şübhə altına alır. Odur ki, hesab edir ki, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-ci il tarixli 6939 saylı və xx.xx.2013-cü il tarixli 7116 saylı kredit müqavilələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək və iddia müddətinin keçməsi ilə bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıdaqeydolunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6575 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 1.500.000,00 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6576 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 1.500.000,00 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6577 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 1.500.000,00 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6578 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 1.500.000,00 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6579 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 1.500.000,00 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6580 saylı kredit müqaviləsindən görünür ki, Borc verən borc alana cari xərclər üçün 60 ay müddətinə 237.600 manatı məbləğində kreditin verilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X4 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 226,8 kv.m qeyri-yaşayış sahəsi olan 33 saylı mağaza kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 243,2 kv.m qeyri-yaşayış sahəsi olan 90 saylı ofis kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 212,4 kv.m qeyri-yaşayış sahəsi olan 92 saylı ofis kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 135.0 kv.m qeyri-yaşayış sahəsi olan 95 saylı ofis kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 104,4 kv.m qeyri-yaşayış sahəsi olan 98 saylı ofis kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq ipoteka qoyan X1 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №li binanın 7-ci mərtəbəsində 109,8 kv.m qeyri-yaşayış sahəsi olan 99 saylı ofis kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, cavabdeh “xxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 60 ay müddətinə, yəni xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2020-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəalarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci xx.xx.2020-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh “xxxxxxxxxxxx” QSC tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC-yə, “xxxxxxxxxxxx” QSCyə, üçüncü şəxslər X6, X2 qarşı “kredit müqavilələrinin və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar